Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Siyasi partiyalar haqqında" qanun niyə mürtəcedir? - Təhlil

Siyasi partiya yaratmaq, lider olmaq üçün son 20 ildə davamlı Azərbaycanda yaşamaq mürtəcedir...

Kamal Əliyev,
 Politoloq

“Siyasi partiyalar haqqında" qanunda ən normal maddə iki dəfə seçkidə iştirak etməyən təşkilatın qeydiyyatının ləğv edilməsidir. Bu, müsbət addımdır və bilinsin ki, siyasətlə məşğul olmaq, siyasi iddialara sahib olmaq “yan gəlib yatmaq” işi olmamalıdır.

Lakin siyasi partiya yaratmaq, lider olmaq üçün son 20 ildə davamlı Azərbaycanda yaşamaq mürtəcedir, qeyri-demokratikdir, siyasi mədəniyyətsizlikdir. Ola bilsin ki, hökumət ictimaiiyətin nümayəndələri ilə parlamentdə keçiriləcək dinləmələrdə qanuna müəyyən düzəlişlər, əlavələr edəcək. Amma inanmıram ki, hər hansı dəyişiklik bu qeyri-demokratik qanunun ruhuna təsir edəcək.

Digər tərəfdən, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində göstərilib ki, yeni partiya qurmaq üçün 200 nəfər təsisçi, 10 min üzv tələb olunacaq. Nəzərə almalıyıq ki, Azərbaycan cəmiyyəti apolitikdir, siyasi təşkilatlara meyilli deyillər və dolayı yolla siyasi aktivliyə həvəssiz yanaşırlar, Azərbaycanlılar bir tək hakim YAP-a ya məcburu, ya da könüllü üzv olublar ki, bunların arasında xeyli insan kariyera, vəzifədə irəli getməyi özlərinə məqsəd ediblər. Azərbaycanda cəmi 3-4 siyasi partiya var ki, onların üzvlərinin sayı 10 mini ötər. Yəni, 2 gün öncə Akif Nağının Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən partiyasının əminəm ki, heç 2 min üzvü yoxdur. Və yaxud bu gün iqtidara yaxın olan, el arasında "avtobus müxalifəti" kimi tanınan siyasi qüvvələrin də onminlərlə üzvünün olduğuna əmin deyiləm. 

Bundan başqa, düşünürəm ki, partiyaların nüfuzu təkcə onların üzvlərinin sayı ilə deyil, onlara səs verən insanların ümumi etimadı ilə müəyyən edilməlidir. Məsələn, Müsavat partiyasının 10 min üzvü var, ancaq seçkinin nəticəsində mümkündür ki, bu partiyaya 80-100 min seçici səs verib. Bu, o deməkdir ki, partiyanın elektoratından daha çox ona simpatiya bəsləyən, etimad göstərən kütlələr var. Əslində, Avropada da belə bir tendensiya mövcuddur.

Əlavə olaraq, partiya üzvlərinin reysterdən keçməsi, kimlik və telefon nömrələrinin tələb olunması da absurddur. Bu, açıq-aydın siyasi partiyanın üzərində hər hansı konkret dövlət qrumunun nəzarəti, həm də partiya üzvünün pressinq altında fəaliyyət göstərməsi deməkdir. Sanki partiyalar onların şöbələridir və siyasi təşkilatlar üzərində "Demokl qılıncı" əsdiriləcək. Hərçənd, mən “Siyasi partiyalar haqqında yeni” qanuna elə də konseptual əlavə və düzəlişlərin ediləcəyinə inanmıram, ancaq inanmaq istərdim ki, nəhayət, Azərbaycanda proporsional seçki sistemi tətbiq olunsun. Əlbəttə, əsas qayə azad və demokratik seçki keçirmək, insanların siyasi təşəbbüslərinin beşikdə boğulmaması olmalıdır. Siyasi partiyalar haqqında konseptual, qabaqcıl qərar qəbul elə, ancaq azad seçki keçirilməyəcəksə, gerisi beyhudədir, təfərruatdır. 

Sonda onu da vurgulayım ki, “Siyasi partiyalar haqqında” qanun bu formada qəbul olunacaqsa, bu, azərbaycanlıların siyasətdən daha da uzaqlaşmasına, hətta ona nifrət etməsinə gətirib çıxaracaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar