Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlk növbədə Mətbuat Şurasının güclü nüfuzu formalaşmalıdır”

“Mətbuat Şurasında fundamental dəyişikliklər etmək lazımdır. Qurultay xatirinə qurultay keçirmək olmaz. Əks təqdirdə bu, media islahatlarına ciddi zərbə olar”.

Bu fikirləri “Konkret.az” saytının baş redaktoru Fadil Paşayev deyib. Baş redaktor qeyd edib ki, cəmiyyətdə Mətbuat Şurasının ilk növbədə güclü nüfuzu formalaşmalıdır:

“Əgər Şurada dəyişikliklər kosmetik xarakter daşıyacaqsa, bu qədər hay-küyə heç ehtiyac da yoxdur. İnanıram ki, əsaslı, köklü dəyişikliklər olacaq. Qurum ilk növbədə jurnalistlərin məbədinə çevrilməli və Medianın İnkişafı Agentliyi ilə birlikdə ölkəmizdə media islahatları hərəkatını yaratmalıdır. Bilirsiniz, ölkəmizdə neqativ hallara qarşı mübarizə yalnız inzibati metodlarla həyata keçirilə bilməz. Bu sahədə medianın rolu da artırılmalıdır. KİV-də, elektron mediada, mətbuat orqanlarında dərc olunan, işıq üzü görən bütün yazılara reaksiya olmalıdır. "Heç kim heç kimin kitabını oxumur" stereotipindən uzaqlaşmağın vaxtıdır. Mətbuat Şurası nüfuzlu qurum olacağı təqdirdə bu baxımdan jurnalistikanın əvvəlki hörməti qayıda bilər. Ölkədə peşakar jurnalistlərə, media subyektlərinə dəstək olmaq ictimai təşkilat kimi Mətbuat Şurasının birbaşa vəzifəsi olmalıdır. Belə olan təqdirdə təsirli islahatlara qurum öz töhfəsini verə bilər, media islahatları hərəkatının əsasverici qüvvəsinə çevrilər”.

F.Paşayev əlavə edib ki, dərinləşən media islahatlarının böyük zaman aparması üçün mütəhərrik sistem qurulmalıdır: “Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi medianın reyestrini həyata keçirəcək. Əlbəttə, bu islahatlar istiqamətində aparılan təsirli addım olsa da, qarşıda müəyyən narazılıqlar yaranacaq. Yalnız nüfuzlu Mətbuat Şurası və onun rəhbərlik heyəti ortaya çıxan anlaşılmazlıqları aradan qaldıracaq. Mediada islahatlar çox ciddi addımlardır. Bu, tək MEDİA-nın işi ola bilməz. Bu sahədə çəkili, söz sahibi olan ictimai təşkilat da qabaqcıl olmalıdır. Cəmiyyətdə hörməti, nüfuzu olan qələm sahibləri də bu hərəkata cəlb olunmalıdır. Ümid edirəm ki, qurultayda bütün qələm adamlarının, jurnalist cameəsininin iştirakı təmin olunacaq, media ədalətinə riayət olunacaq. Hər şeyi zaman göstərəcək. Qurultayın nəticələri və ondan sonrakı prosesləri izləyək”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar