Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Yunanıstan gərginliyi... - ABŞ müttəfiqlərinin müharibə etməsində maraqlıdır?

Türkiyə və Yunanıstan arasında gərginliyə NATO və ABŞ-ın sərgilədiyi mövqe...

Politoloq: “Yunanıstanla münasibətlərdə gərginlik Türkiyəni yenidən Vaşinqton və Brüsselə üz tutmağa məcbur edə bilər”.

“Bütün bunların ABŞ-ın Yunanıstanda yeni hərbi bazalar yaratması və Şərqi Avropa regionunda hərbi iştirakının genişləndirilməsində Afinanı əsas tərəfdaş kimi seçməsindən sonra başlaması Vaşinqtonun mövqeyi ilə bağlı suallar yaradıb”.

Bu sözləri politoloq Zaur İbrahimli Türkiyə və Yunanıstan arasında yaranan gərginliyi PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar iki NATO ölkəsi olan Türkiyə və Yunanıstan arasında gərginlik o qədər yüksəlib ki, hətta bəziləri bu qarşıdurmanın müharibəyə aparıb çıxmasını istisna etmir. Buna baxmayaraq hər iki ölkənin müttəfiqləri, xüsusən də ABŞ bu məslədə daha çox susmağa üstünlük verirlər.

Bəzi sisyasi analitiklər hesab edirlər ki, Vaşinqtonun susmasının və hər iki müttəfiqinini danışıqlar masasına dəvət etməməsinin səbəbi ABŞ-ın Türkiyə və Yunanıstan arasında gərginliyin daha da şiddətlənməsində maraqlı olmasıdır. Hətta bəziləri iddia edirlər ki, ABŞ Türkiyə ilə Yunanıstan arasında müharibənin olmasında maraqlıdır.

Qeyd edək ki, iki ölkə arasında gərginlik Türkiyədə 30 avqust Qələbə gününün 100 illik tədbirləri fonunda daha da artıb. Yunanıstanın haqsız iddiları qarşısında Türkitə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, Afina öz hərəkətlərinə düzən verməzsə, Türkiyə hər an hərəkətə keçə biolər. Ərdoğanın bu bəyanatını təhdid olaraq görən Yunanıstan isə müttəfiqlərinə müraciət edib.

Maraqlı açıqlamalardan biri isə dünən Fransa Xarici İşlər nazirindən gəldi. Nazir bildirdi ki, hər hansı qarşıdurma halında onun ölkəsi Yunanıstanı müdafiə edəcək. Burda diqqət çəkən məsələ isə Fransa Xarici İşlər nazirinin tərəfləri dialoqa dəvət etməməsi idi. Bu da onu göstərir ki, Türkiyənin NATO üzrə müttəfiqləri də gərginliyin artmasında maraqlıdırlar və onlar bu maraqlarını heç gizlətməyə də çalışmırlar.

Türkiyə və Yunanıstan arasında gərginliyə NATOABŞ-ın sərgilədiyi mövqeyi necə dəyərləndirmək olar və bu gərginlik NATO-ya hansı səviyyədə təsir edir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Gərginliyin üst səviyyəyə çıxmasında Vaşinqtonun və onun Avropadakı müttəfiqlərinin əsas marağı Türkiyəni zəiflətməkdir”.

Ukraynada müharibəsinin həlledici mərhələyə qədəm qoyduğu bir zamanda Ankara-Afina müharibəsinin Moskva üçün böyük hədiyyə və qələbə üçün stimul olacağını düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, böyük ehtimalla bundan sonrakı mərhələdə Vaşinqton və NATO öz təsir imkanlarından yararlanaraq gərginliyi ortadan qaldırmağa çalışacaq. Bütün bu proseslərdə isə Türkiyənin Rusiya və bölgə ilə bağlı müəyyən öhdəliklər götürməsinə nail olmağa çalışacaqlar:

“Bu ilin əvvəlində iki ölkə arasında normallaşan münasibətləri Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin may ayında ABŞ-a səfəri və orada Türkiyə əleyhinə bəyanatlar səsləndirməsi gərginləşib. Vaşiqtonda Türkiyə əleyhinə açıqlamalar verməsindən sonra Afinanın Ankaraya qarşı addımları daha təhlükəli miqyas alıb. Xüsusən NATO təlimləri zamanı Türkiyə patrul təyyarəsinin hədəfə alınması, yunanların S 300 raket kompleksindən istifadə etməyə cəhd göstərməsi gərginliyi son illər görünməmiş səviyyəyə qaldırıb.

Bütün bunların ABŞ-ın Yunanıstanda yeni hərbi bazalar yaratması və Şərqi Avropa regionunda hərbi iştirakının genişləndirilməsində Afinanı əsas tərəfdaş kimi seçməsindən sonra başlaması Vaşinqtonun mövqeyi ilə bağlı suallar yaradıb. Eyni zamanda NATO-nun və təşkilat üzrə aparıcı müttəfiqlərin Yunanıstanın təxribatlarına etiraz etməməsi Türkiyəyə qarşı Alyansın sərt yanaşması kimi dəyərləndirilir.

Türkiyənin Rusiya-Ukrayna müharibəsində Moskvaya qarşı sanksiyalar tətbiq etməməsi, Suriya ilə əlaqədar məsələlərdə ruslarla əldə etdiyi razılaşmalar, İsveç və Finlandiyanın NATO üzvlüyünə şərtlər irəli sürməsi, ABŞ-ın Yaxın Şərq siyasətinə qarşı çıxması Vaşinqton və Alyansın aparıcı üzvlərinin Afinanı gücləndirməklə Ankaranı zəiflətməyə, təsir imkanlarını azaltmağa çalışdığını ehtimal etməyə əsas verir.

Zaur İbrahimli: “Bu gərginiyə baxmayaraq güman etmirəm ki, Türkiyənin NATO-da üzvlüyü ilə bağlı Alyans hər hansı addım atsın”.

Hesab edirəm ki, gərginliyin üst səviyyəyə çıxmasında Vaşinqtonun və onun Avropadakı müttəfiqlərinin əsas marağı Türkiyəni zəiflətməkdir. Çünki Türkiyə getdikcə güclənir və Ankaranın güc mərkəzinə çevrilməsi də Vaşinqtonu və digərlərini çox narahat edir. O cümlədən Fransa da yaxşı başa düşür ki, Türkiyənin Aralıq dənuizində qüdrəətinin artması Parisin Aralıq dənizindəki və Şimaki Afrikadakı mövqelərini zəiflədir. Ona görə də onlar israrla Türkiyəni Yunanıstanla qarşıdurmaya sövq edirlər və təəssüf ki, Yunanıstan da onların əlində alətə çevrilib.

Eyni zamanda Türkiyə xarici siyasətinə ABŞNATO təsirinin azalması, Ankaranın müstəqil kurs yürütdüyü açıq görünür. Xüsusən hərbi-müdafiə sənayesinin inkişafı, region ölkələri, İran, ərəb monarxiyaları, Rusiya ilə əlaqələri tarazlı şəkildə inkiçaf etdirməyə nail olması, İsraillər münasibətlərin normallaşması, Azərbaycanla strateji müttəfiqlik və türkdilli ölkələrlə əməkdaşlığın güclənməsi Türkiyənin müstəqil xarici siyasət yürütməsi və milli maraqlarını müdafiə etmək potensialını nümayiş etdirdi. Məhz bu amillər Türkiyəyə münasibətdə Vaşinqton və NATO rəhbərliyinin sərt yanaşmasını şərtləndirib.

Yunanıstanın da mövqeyi məhz bu amillərlə izah oluna bilər. Yunanıstanla münasibətlərdə gərginlik Türkiyəni yenidən Vaşinqton və Brüsselə üz tutmağa məcbur edə bilər. Həmçinin, Vaşinqton və NATO-nun yanaşması bu məsələlərdə Türkiyə üçün vacibdir.

Zaur İbrahimli: “NATO Türkiyəyə münasibətdə sərt addımlar atmayacağı yəqindir. Həmçinin yunanlarla müharibə ehtimalı da aşağıdır”.

Bu gərginiyə baxmayaraq güman etmirəm ki, Türkiyənin NATO-da üzvlüyü ilə bağlı Alyans hər hansı addım atsın, Türkiyə təşkilatın hərbi potensial cəhətdən ən güclü üzvlərindəndir və yeganə müsəlman ökəsidir, coğrafi mövqeyi də böyük üstünlük verir. Bu baxımdan NATO Türkiyəyə münasibətdə sərt addımlar atmayacağı yəqindir. Həmçinin yunanlarla müharibə ehtimalı da aşağıdır. Silahlı insidentlər istisna olunmur. Amma tam miqyaslı hərbi əməliyyatlar gözlənilən deyil.

Ukraynada müharibə həlledici mərhələyə qədəm qoyur və belə bir zamanda Ankara-Afina müharibəsi Moskva üçün böyük hədiyyə və qələbə olardı. Güman edirəm ki, yaxın zamanlarda ikitərəfli rəsmi təmaslar başalayacaq və Vaşinqton və NATO öz təsir imkanlarından yararlanaraq gərginliyi ortadan qaldırmağa çalışacaq. Bütün bu proseslərdə isə Türkiyənin Rusiya və bölgə ilə bağlı müəyyən öhdəliklər götürməsinə nail olmağa çalışacaqlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar