Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cahangir müəllim inciməsin, amma onun getmək vaxtı çoxdan çatıb”

Günah keçisi olmaqdansa, məsum quzu olmaq daha yaxşı deyilmi?..

Azərbaycan Hava Yollarından hamı narazıdır. Elə bəndəniz də. Təyyarələr təzədir. Pilotlar mükəmməldir. Düzdür, sərbəst danışa bilmirlər. Səhvən bir cümlə desələr, Məmmədyarovdan daha betər səhvlər edəcəklər. Onların da arasında istisna halları var. Birini tanıyıram, pilotdur, bütün sərgilərimizə gəlib kitab alır. Belə insanları kitaboxuyan görəndə istəyirsən, təyyarəni ona hədiyyə edəsən. Pilotlar harda təlim alırlar, bilmirəm, qalxış-eniş yastığa baş qoymaq kimidir”.

Bunu “Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib.

Ş.Xuduoğlu qeyd edib ki, stuardessaları həmişə kədərli olurlar: “Bir az da qəzəbli. Stuardeslər də eynən. İnsanlardan ünsiyyətdən qaçırlar. Depressiv halları uzaqdan görünür. Servis bir az fərli işləyir. Qulaqcıqla, suyu eyni vaxtda sifariş etsən, öncə qulaqcığı gətirəcəklər. Məntiqlə başa düşürəm, təki sərnişinin başı qarışsın. Çox nadir halda gülümsəyərlər. Və o nadir hal zehnimə əbədi həkk olur. İnsan nə gözəl olur gülümsəyəndə... Yemək tabağında təntənəli "ansambl" yaradıblar. Diş çöpü də qoyurlar. Duz, istiot, çayı qarışdırmağa çöp, sup yeməyə qaşıq (?), şəkər tozu (xatırladım ki, çay verəndə ayrıca şəkər də təklif edirlər), azərbaycanlıların ən zəif yerindən tutublar; çörəyi bol edirlər, ağ, boz, qara çörəklər. Tabaq qarşına gələndə görüntüdən adam doyur. Yağ, pendir də var. Amma yağ-pendirlər illərdi sərnişinin qarşısında gəldiyi kimi də geri dönür. Çünki üstündə nə istehsal, nə də bitmə tarixi qeyd olunub. Şəkərin də üstündə İsmayıllı zavodundan başqa heç nə yazılmayıb. Stuardessa hələ də Azərbaycan dilinin anasını ağladır. Cahangir müəllim inciməsin, amma daha onun getmək vaxtı çoxdan çatıb. Düzdür, saat geriyə işləyir, yığdığını qoruya bilməyəcək. Amma yenə də nə qədər tez getsə, itkisi az olar... Qoy gənc biri gəlsin, hava məkanı gənclərə məxsusdur. Günah keçisi olmaqdansa, məsum quzu olmaq daha yaxşı deyilmi? Sabah sizin də haqqınızda cinayət işi başlayacaq Zakir Qaralov kimi, hava məkanından istifadə hüququnuz ümumiyyətlə olmayacaq. Bir də vacib məqam. Niyə həmişə həm baqaj verəndə, həm də geri dönüşdə pasport kontrolda basabas olur, bunu heç çür tənzimləmək olmazmı? Sərhəd qoşunları niyə bunu biryolluq həll etmir? Üstəlik, Avropanın enerji təminatçısına iddialı olan bir dövlətin qənaət etmək məqsədi ilə Beynəlxalq hava limanında havalandırma və kondisioneri söndürmək, o cümlədən tualetə kağız və sabun qoymamaq nə qədər düzdür? Həm Elçin müəllim, həm də Cahangir müəllim hardasa kiçik kənd üçün kitabxana tikiblərmi? Bundan xəbəri olan varmı, bəlkə mən bilmirəm...”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar