Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən zəngin və ən xəsis Getti: Nəvəsinin qulağını kəsdilər...

Atasının rəhbərliyi altında böyük xəyal qırıqlığı ilə neft sənayesinə sərmayələr qoyan Getti tez bir zamanda dünyanın ən zəngin şəxslərindən birinə çevrilir...

Təqvimlər 1914-cü ili göstərəndə bütün dünya böyük dağıntılara səbəb olacaq müharibə atmosferinə keçdi. 22 yaşını təzəcə tamamlayan C.Paul Getti, tarixə düşəcək yazıçı və diplomat olmaq xəyalları arasında fırlanarkən atası onu xəyallarından uzaqlaşdıraraq fərqli bir həyata hazırlaşdırdı. Neftin əhəmiyyətinin artdığını və bu sahəyə sərmayə qoymağın gələcəkdə böyük qazanc gətirəcəyini düşünən Gettinin atası 22 yaşlı oğluna yatırım üçün 10 min dollar verir. Arzularının arxasınca getməyi planlaşdırarkən, atasının rəhbərliyi altında böyük xəyal qırıqlığı ilə neft sənayesinə sərmayələr qoyan Getti tez bir zamanda dünyanın ən zəngin şəxslərindən birinə çevrilir.

Bu maraqlı və xəsis milyarderin həyatından bəzi epizodları təqdim edirik:

İllər keçdikcə Getti sərvətinə sərvət əlavə edərək daha da varlanır, 60-cı illərin əvvəllərində milyard dollarlıq sərvətə sahiblənir və ABŞ-ın ən zəngin iş adamı olur. Bir çox dildə səlis danışan və zəkası ilə hər kəsi valeh edən Getti mürəkkəb şəxsi həyatı ilə mətbuatın ən böyük mövzularından birinə çevrilir.

Milyarder beş dəfə ailə qurub və beş evlilik onda böyük bir məyusluq yaradıb.

1929-cu il Dünya İqtisadi Depressiyası zamanı öz qaynaqlarına sərmayə qoyaraq böhranı fürsətə çevirən Getti digər neft şirkətlərini də alaraq “Pacific West Petroleum Company”nin sahibi olur.

ABŞ-da iqtisadi bazasını genişləndirən Getti, II Dünya Müharibəsindən sonra ərəb neft bazarına girir və bu sahədə uğur qazanır. 1949-cu ilin əvvəlində İbn Səudla 60 illik neft müqaviləsi imzalayır. Bu razılaşmaya görə, 9,5 milyon dollar nağd ödəməklə cəmi 12,5 milyon dollar qazanan Getti, Səudiyyə Ərəbistanı və Küveytdəki münbit torpaqların neft varlıqlarının 50 faizinə sahiblənir. Bölgəyə daha 18 milyon dollar sərmayə yatırmaq riskini öz üzərinə götürən Getti sərvətini daim artıraraq dünyanın azsaylı neft zənginlərindən biri olur. 60 il ərzində ildə təxminən 16.000.000 barel (2.500.000 m³) neft hasil edib. Bu qazanc sayəsində Getti neftin emalından qazanc əldə etmək üçün tankerlər parkı alır və neft emalı zavodları tikdirir. 1967-ci ildə bütün neft şirkətlərini “Getti Oil” adı altında birləşdirən milyarder artıq dünyanın ən varlı adamları sırasındaydı.

Getti 30 yaşında ilk evliliyini edir və 1923-cü ildə gözəlliyinə heyran olduğu 19 yaşlı Jeanette ilə evlənir. Qısa müddətdə Corc adlı oğlu olan cütlüyün evliliyi bir il ərzində bitir.

2 il sonra Getti texaslı bir fermerlə - Allene ilə evlənir. Amma bu evlilik cəmi 6 ay davam edir.

Getti daha sonra Fini adlı gözəllə evlənir. Ronni adlı oğulları dünyaya gəldikdən qısa müddət ailə dağılır.

Getti üç dəfə evli olub boşanmış bir şəxs kimi qısa müddətdə ictimaiyyətin müzakirə mövzusuna çevrilir.

Hollivuda səfəri zamanı 14 yaşlı Enn adlı qızla tanış olan milyarder 8 ildən sonra onunla ailə qurur. Enn Gettinin 4-cü həyat yoldaşı olur. Cütlüyün Pol və Qordon adlı iki oğlu var idi. Amma 4 illik evlilikdən sonra ailə ittifaqı dağılıb.

Paul Getti 1937-ci ildə Luiza ilə evlənir və cütlüyün Timmi adlı övladı dünyaya gəlir. Timmi 12 yaşında beyin şişindən ölür və cütlük bu hadisədən sonra 1951-ci ildə boşanır.

“Heç bir qadın bir neçə neft buruğuna görə daha az diqqət istəməz”,- deyən Getti ayrılıqlara baxmayaraq, ömrü boyu 5 arvadı ilə yaxşı münasibətdə olub.

Getti sonradan Londona köçüb və bir daha ABŞ-a qayıtmayıb. İngiltərədə məskunlaşan Getti 1959-cu ildə Surreydə Kraliça Anna, Ginnes və Rotşild ailələrinin üzvlərinə ev sahibliyi edən “Sutton Place”ni alır və ölənə qədər bu malikanədə yaşayır.

Paul Getti həmişə uşaqları ilə soyuq davranıb. Böyük oğlunun ölümündən bir neçə həftə sonra, onun eyniadlı böyük nəvəsi, 16 yaşlı Con Pol Getti İtaliya mafiyası tərəfindən qaçırılır. Lakin baba Getti mafiyanın nəvəsini azad etmək müqabilində tələb etdiyi pulu ödəmək istəməyib. Düşünürdü ki, nəvəsi üçün tələb olunan fidyəni ödəsə, digər nəvələri də mafiya tərəfindən qaçırılacaq və həyatları təhlükə altında olacaq. Amma mafiya nəvəsinin qulağını kəsərək məktubla babasına göndərir. Mafiya ilə gərgin sövdələşmədən sonra Getti 14 milyon dollarlıq fidyənin cəmi 2,2 milyon dollarını ödəyir, nəvəsini xilas etmək üçün verdiyi pulun oğlunun borcu hesab edilərək faizlə ödənilməsini tələb edir.

Böyük sərvətinə baxmayaraq, xəsis Getti 1976-cı ildə 84 yaşında vəfat edəndə sərvətinin böyük hissəsini qurduğu Getti muzeyinə verərək, dünyanın ən zəngin sənət qurumunu yaradıb. Varislərinə cəmi 2 milyard dollar saxlayan Getti, yaratdığı fondla geridə qoyduğu sərvətdən faydalanmalarını təmin edib. (reyting.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ən çox oxunanalar