Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov müşavirə keçirdi — Video

Sentyabrın 1-də Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib.

PİA.az xəbər verir ki, nazir müavini Tapdıq Əmiraslanov və Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyətinin iştirak etdiyi müşavirədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib. 

Əvvəlcə nazir Kəmaləddin Heydərov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə hər zaman xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin üzərinə ciddi vəzifələrin düşdüyünü xatırladıb. Odur ki, ölkə başçısının ali etimadını əməli işdə doğrultmaq üçün bundan sonra da Nazirliyin şəxsi heyəti var gücü ilə çalışmalıdır.

Sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyəti ilə əlaqədar hesabatı dinlənilib. Qeyd olunub ki, çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, habelə dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi vəzifəsini həyata keçirən Xidmətin səmərəli fəaliyyəti sayəsində cari ildə də çimərlik ərazilərində suda boğulma halı qeydə alınmayıb. Vurğulanıb ki, təhlükəsizlik tədbirləri təkcə Abşeron yarımadasında deyil, digər şəhər və rayonların sahilboyu ərazilərində də həyata keçirilir. Bundan əlavə, Xidmətin əsas vəzifələrindən olan kiçikhəcmli gəmilərin təhlükəsiz istismarına nəzarətin təşkili ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verilib.

Müşavirəyə yekun vuran nazir Kəmaləddin Heydərov sularda təhlükəsizliyin təmin edilməsi istiqamətində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin üzərinə düşən mühüm vəzifələri xatırladıb. Nazir həlli vacib məsələləri qeyd edərək, müvafiq tapşırıqlarını verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - Video

Ən çox oxunanalar