Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İsrailə İranı vurmaq icazəsi verdi: Tehran “əndazə”ni aşmışdı

İsrailin baş naziri ABŞ prezidenti Co Baydenə zəng edib

İsrailin baş naziri Yair Lapid dünən axşam ABŞ prezidenti Co Baydenə zəng edərək onunla İranın nüvə proqramına dair beynəlxalq müqavilə layihəsini müzakirə edib.

Ovqat.com xəbər verir ki, məlumatı İsrail Baş nazirinin ofisi yayıb.

Bildirildiyinə görə, Lapid və Bayden telefon söhbətində "İranın nüvə proqramı ilə bağlı müzakirə edilmiş razılaşmanı və Tehranın nüvə silahına doğru irəliləməsinin qarşısını almaq üçün müxtəlif tədbirlər planı" barədə fikirlərini bölüşüblər. Liderlər həmçinin, “İranın Yaxın Şərqdə və onun hüdudlarından kənarda terror fəaliyyətlərini” də müzakirə ediblər.

ABŞ prezidenti Bayden “İsrailin öz təhlükəsizliyinə dərin sədaqətini, düşmənlərinin qarşısını almaq qabiliyyətini və özünü istənilən bütün təhdidlərdən müdafiə etmək hüququnun olduğunu” təsdiqləyib. Bu isə o deməkdir ki, Co Bayden İsrailə İrana bağlı qüvvələrə hərbi müdaxiləyə də yaşıl işıq yandırıb.

Maraqlıdır ki, bu telefon danışığından qısa müddət sonra İsrailin Suriyadakı İran hərbi bazalarına raket zərbələri endirməsi barədə xəbərlər gəlməyə başladı. Əsəd rejiminin rəsmi xəbər agentliyi SANA-nın hərbi mənbəyə istinadən verdiyi xəbərə görə, İsrail yerli vaxtla saat 21:18-də ölkənin bəzi bölgələrindəki rejim qüvvələrinə hava hücumu təşkil edib. Xəbərdə bildirilir ki, Suriyanın havadan müdafiə sistemləri “düşmən raketlərinin bir qismini” vursa da, hücumda maddi ziyan meydana gəlib. Raket zərbələrinin Dəməşq və Hələbdəki hərbi obyektlərə endirildiyi xəbər verilir. Həmin həbi bazalarda isə Suriya ordusu ilə yanaşı, İranın dəstəklədiyi xarici legionerlər və Hizbullaha aid birliklər də yerləşir.

Üstəlik, dünənki hücumlar İsrailin ilk əməliyyatı da deyil. Məlumata görə, bu, İsrailin 2022-ci ilin əvvəlindən indiyədək Suriyaya 22-ci hava zərbəsidir.

Diqqət çəkən digər mühüm məqam ondan ibarətdir ki, İsrail mediası bir müddət əvvəl Baş nazir Lapidin İranın nüvə proqramı ilə bağlı müqavilə layihəsi ilə əlaqədar Co Baydenlə görüşməyə çalışdığını, lakin bu görüşün baş tutmadığını bildirilirdi. Üzərindən az keçməmiş Co Bayden İsrail Baş nazirinin telefonunu qaldırmış və onunla İran məsələsini müzakirə etmişdir. Ardınca da İsrailin Suriyadakı hərbi obyektlərə raket zərbələri gəlmişdi. Bu iddiaları yan-yana qoyanda ortaya belə bir nəticə çıxır: ABŞ lideri əslində İsrail Baş naziri ilə nüvə sazişi barədə yox, İrana hərbi bazalarına müdaxilə barədə danışıb.

Xarıladaq ki, bir müddət əvvəl ABŞ-ın özü də Suriyadakı İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı qruplara qarşı hava hücumları həyata keçirmişdi. Avqustun 23-dən 26-na qədər davam edən bu hücumların əmrinin birbaşa ABŞ prezidenti Co Bayden tərəfindən verildiyi Pentaqonun Mərkəzi Komandanlığı tərəfindən etiraf olunmuşdu. Bayden də mətbuata verdiyi açıqlamada bu iddianı doğrulamış və Təmsilçilər Məclisinə məktub yazaraq onları da bu barədə məlumatlandırdığını açıqlamışdı. Co Baydenin fikrincə, Suriyadakı İran qüvvələrinə hücum bu ölkədəki ABŞ əsgərlərinin təhlükəsizliyini qorumaq və onlara edilən sürəkli hücumların qarşısını almaq məqsədi daşıyırdı.

Məsələ burasındadır ki, İrana bağlı qüvvələr avqustun 15-də ABŞ-ın əl-Tənf (ət-Fənf) hərbi bazasına bir gündə iki dəfə hücum etmiş və bəzi əsgərlərin yaralanmasına yol açmışdı. Görünür, ABŞ da bunun cavabını bir həftə sonra keçirdiyi 3 günlük hücumlarla vermişdi. Ardınca da İsrailə İran qüvvələrinə raket zərbələri endirməsinə razılıq vermişdir.

Sual oluna bilər: ABŞ-ın əl-Tənfdəki hərbi bazası İranın və müttəfiqlərinin rəsmən bəyan etdikləri hədəflərdən (İŞİD-lə mübarizə) uzaq bölgədə yerləşir. Bəs onda niyə İran və müttəfiqləri əl-Tənf bazasını hədəf seçiblər?

Zənnimizcə, bu, əl-Tənf bazasının hərbi-strateji əhəmiyyəti ilə bağlıdır. Suriya-İraq-İordaniya sərhəd xəttindəki bu hərbi baza İranın həm İraq, həm Suriya və həm də Livandakı müttəfiqləri ilə quru əlaqəsi qura biləcəyi nöqtədə yerləşir. İran bu 3 ölkədəki hərbi qüvvələrini digər bölgələrə yardıma göndərmək istəyəndə istər-istəməz əl-Tənf bazasının yaxınlığından keçməlidir. Əl-Tənf bazasının ətrafındakı 55 kilometrlik ərazinin ABŞ tərəfindən ciddi şəkildə mühafizəsi İranın İsraili təhdid edən regional “proksi”lərə silah və raket ötürməsinin də qarşısını alır. Bu bazanın digər əhəmiyyəti odur ki, ABŞ onun vasitəsilə İranın qarşısını kəsdiyi kimi, regiondakı öz müttəfiqlərinə yardım göstərə bilir. Üstəlik, ABŞ bu baza sayəsində İsrailin bölgədəki İran nöqtələrinə hücumlarına kəşfiyyat dəstəyi də verir. ABŞ həmçinin bu baza vasitəsilə İordaniyaya Suriyanın cənub-şərqində silah və narkotik şəbəkələrini aşkar etməkdə və onların hərəkətini izləməyə kömək edir. Nəzərə alsaq ki, molla rejiminin əsas gəlir mənbələrindən biri də elə narkotik ticarətidir, ona bağlı qüvvələrin əl-Tənfdəki ABŞ bazasını niyə hədəfə aldığının digər bir səbəbi də anlaşılır.

Bütün bu amillər onu göstərir ki, əl-Tənf bazası İranı Suriyanın cənub hissəsindən uzaqlaşdırmaq planının vacib elementlərindən sayılır.

Co Baydenin son ana qədər İsrail Baş nazirinin telefonlarına cavab verməməsi isə Vaşinqton administrasiyasının İranla aralarındakı gərginliyi artırmaq istəmədiyindən xəbər verir. Fikrimcə, bunun əsas səbəbi Avropadan sıxışdırılıb çıxarılmağa çalışılan Rusiyaİranla kompensasiya etməkdir. Belə ki, Avropa İttifaqı rus enerji mənbələrindən imtina edərsə, bunun mütləq alternativini tapmalıdır. Ən gözəl alternativlərdən biri isə İrandır. Di gəl ki, İranın Avropaya qaz və neft nəql etməsi İsrailin işinə yaramır. Məhz bu səbəbdən də İsrail sürəkli olaraq Suriyadakı İran mövqelərini “döyür”. İran isə onun qarşısını almaq üçün ABŞ hərbi bazalarına hücum edir. Bununla da həm ABŞ-ı öz altenativsizliyi ilə sionizmi dəstəkləmək variantları arasında seçim etmək məcburiyyətində buraxır, həm də regional yol qovşağı üzərindəki maneələri yumşaltmağa çalışır. Amma görünən odur ki, İranın öz cizgilərini aşması Vaşinqtonun da hərbi qüruruna toxunub və ABŞ prezidenti sonunda İsrail Baş nazirinin telefonunu qaldırmağı məsləhət bilib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar