Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehran bunu da edər? - İran Rusiyaya verdiyi zərbə PUA-larını Ermənistana da verə bilərmi?

Tehran Rusiyaya 100-dən artıq pilotsuz uçuş aparatları (PUA) satıb...

Hərbi-ekspert: “İranın PUA-larının Ermənistana verilməsi ehtimalı böyükdür. Biz zaman-zaman erməni pilotların İran ərazisində hazırlığı barədə də müəyyən siqnallar almışıq”.

İrandan zərbə PUA-larının alınması Ermənistanda daxili auditoriyanı bir qədər rahatlaşdıra bilər. İrandan PUA-ların alınması isə Ermənistana daxili təbliğat ünsürünə çevrilə bilər”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev İranın Rusiyaya pilotsuz uçuş aparatlarını satmasını PİA.az-a şərh edərkən qeyd edib.

Pentaqonun yaydığı məlumata görə İran Rusiyaya 100-dən artıq pilotsuz uçuş aparatları (PUA) satıb. “The New York Times” qəzeti isə dünən yazıb ki, həmin PUA-lar artıq Rusiyaya gətirilib. Lakin İranRusiya rəsmiləri bu məlumatları təkzib edirlər.

Bilirik ki, Azərbaycan-Ermənistan münaqişəsində İran Ermənistanı dəstəkləyib və dəstəkləməkdə də davam edir. II Qarabağ müharibəsində də İran ərazisindən Ermənistana silah-sursat daşınırdı.

Qeyd edək ki, hazırda Ermənistan bir çox ölkələrdən zərbə PUA-ları almağa çalışır. Onların arasında Çin və Hindistan da var. İsrail isə bu sahədə Yeravanın təklifinə rədd cavab verib. NATO ölkələri olan və Yeravana simpatiyaları olan ölkələr isə KTMT üzvü olduğu üçün Ermənistana silah sata bilmirlər. Lakin İranla vəziyyət bir qədər fərqlidir. Azərbaycana qarşı “şiə qardaşlığı” şüarı səsləndirən və eyni zamanda tarixi, dini və mədəni birliyimiz olan İran bizimlə deyil, məhz Ermənistanla müttəfiq olmağa üstünlük verir.

Belə olan halda Tehran, sözü gedən zərbə PUA-larını Ermənistana verə bilərmi və bu Cənubi Qafqazda hazırda yaranmış balansa necə təsir edər?

İranın istehsal etdiyi PUA-ları Ermənistana verməsi ehtimalını PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “İranın belə bir addım atması Azərbaycanla olan münasibətlərini kifayət qədər pozulmasına, hətta iki ölkə arasında uçurum yaranmasına səbəb ola bilər. Sonra Tehran istəsə belə, bu uçurumu aradan qaldıra bilməz və Azərbaycanın daxili auditoriyasına təsir gücü kifayət qədər zəifləyər”.

İranın Ermənistana PUA-ları verməsini daxili autoriyada istifadə olunacağını düşünən ekspert PİA.az-a bildirib ki, reallıqda bu güc balansını, xüsusilə də Azərbaycanla olan kifayət qədər dərin uçurumu aradan qaldıra bilməz:

İranın Rusiyaya satdığı “Mühacir 6” və “Şahid” PUA-ları indiyə qədər heç bir başqa ölkə tərəfindən əldə edilməyib. Başqa sözlə desək, İranda kifayət qədər çoxsayda PUA istehsal olunur və onlar əvvəlcə sınaqları keçirilir,sonra isə istehsala başlanılır. Hətta İranda PUA-lar seriya istehsalına qədər inkişaf edib. Amma maraqlı olan burasıdır ki, bu PUA-lardan məhdud sayda Suriya və Yəmən ərazisində müşahidə olunur.

Qeyd edim ki, zamanında İranın PUA-larının tam kiçik mini modellərindən Hizbullahın və İraqda olan şiələrdə görünüb. İranın PUA-larının təkmilləşdirilmiş, modernləşdirilmiş və açıq universal platformaya gətirib çıxarılması təcrübəsi indiyə qədər mövcud deyil. Ona görə də bu zərbə PUA-larının döyüş meydanında hansı effekt yaradacağı hələ bilinmir. Əgər Rusiya bu PUA-lardan Ukraynada istifadə etsə, o zaman biz onların gücünü görəcəyik.

Ümumilikdə götürdük də İranın PUA-larının Ermənistana verilməsi ehtimalı böyükdür. Biz zaman-zaman erməni pilotların İran ərazisində hazırlığı barədə də müəyyən siqnallar almışıq. Onların vizual görüntüləri əldə olunmasa da, belə bir faktın mövcudluğunda həqiqət payı çox yüksəkdir.

Ədalət Verdiyev: “Belə informasiyaların Ermənistanda dedi-qodu səviyyədə olsa belə, dövriyyəyə buraxılmaması onu deməyə əsas verir ki, İran hələ ki, Ermənistana bu PUA-lardan verməyib”.

Düşünmürəm ki, İrandan Ermənistana verilən PUA-lar Azərbaycanla mövcud olan real əməliyyat şəraitinə hansısa bir təsiri olsun. Çünki indiyə qədər İran PUA-ları heç bir döyüş şəraitində və yaxud da münaqişə şəraitində özlərini təsdiq etdirə bilməyiblər. Əksinə qəza sayına görə İran PUA-ları demək olar ki, bir çox anti-rekordlara malikdir. Odur ki, Cənubi Qafqazda hazırda mövcud olan güc balansına Ermənistanın İrandan əldə edəcəyi PUA-lar heç bir təsir göstərməyəcək.

İrandan zərbə PUA-larının alınması Ermənistanda daxili auditoriyanı bir qədər rahatlaşdıra bilər. İrandan PUA-ların alınması isə Ermənistana daxili təbliğat ünsürünə çevrilə bilər. Yəni hakimiyyət bundan Ermənistan ordusunun sağlamlaşdırılması, modernləşdirilməsi, inkişafı, modern silahlarla silahlandırılması istiqamətində addımlar kimi öz opponentlərinə qarşı istifadə edə bilər və Paşinyan bundan xal toplaya bilər.

Belə informasiyaların Ermənistanda dedi-qodu səviyyədə olsa belə dövriyyəyə buraxılmaması onu deməyə əsas verir ki, İran hələ ki, Ermənistana bu PUA-lardan verməyib. Amma verilsə belə, reallıqda bu Cənubi Qafqazda güc balansına təsir edə bilməz. Digər tərəfdən isə İranın belə bir addım atması Azərbaycanla olan münasibətlərini kifayət qədər pozulmasına, hətta iki ölkə arasında uçurum yaranmasına səbəb ola bilər. Sonra Tehran istəsə belə, buçurumu aradan qaldıra bilməz və Azərbaycanın daxili auditoriyasına təsir gücü kifayət qədər zəifləyər. Bunu isə Tehranda hesaba almamaları mümkün deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar