Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki zabit öldürüb türmədən qaçan, qızla aldadılan oğru


Həbsxanadan niyə qaçırlar? Bir çox hallarda bu suala nə psixoloqlar, nə konvoylar, nə də dustaqlar cavab tapa bilir. Əlbəttə, sual əsasən qatı canilərə - qatillərə, manyaklara, böyük cəza müddəti almış residivist məhbuslara aiddir. Onlar üçün qaçış – yaşamaq şansıdır.

 
Dünyada olan məhbəs yerlərindən elə birisi yoxdur ki, oradan azadlığa qovuşmaq üçün cəhdlər edilməsin.
 
Qarətçi residivist Qurd Cəbrayıl bir dəfə məhkəmə zalından, dörd dəfə həbs düşərgələrindən qaçmağa nail olub.  
 
Superkiller adlandırılan Aleksandr Solonik həm həbs düşərgəsindən, həm də “Motrosskaya tişina” kimi qapalı qazamatdan qaçmağı bacarıb. Qraf Monte Kpisto isə ...
 
Belə misalları onlarca göstərmək olar.
 
Qızıldiş Mamedin məhbəs xatirələrindən:
 
- Ye­ni­cə İrkutsk vilayətindəki 17 saylı  zondan Komidəki peresılkaya gətirilmişdim. Məni sumqayıtlı Tahirlə iki gəncəli oğlan qarşıladı. “Taxo” (Tahirin ayaması) paylama məntəqəsində artıq dörd aya yaxın idi bit əzir, yatab gözləyirdi. Dörd ay müddətində özünə blat qazanmış Tahirin ətrafında bir neçə otrisala, sportsmen cəmləşmişdi. Çifirdən qurtumlayaraq sakitcə söhbət edirdik.
 
- Ana­to­li Na­ğı­yev haqqında bir şey eşitmisən?- Tahir  “Zolotoye runo” siqaretinin qutusunu mənə uzadaraq soruşdu və başının işarəsi ilə bizə süfrə hazırlayan oğlanı göstərərək: - bunun atası bərk xəstədir. O da Nağıyev kimi pobeq etməyi planlaşdırıb, – pıçıldadı.   
 
- Məsləhət görmürəm, - dedim. - Tolikin  iki nadzoru qət­lə ye­ti­rə­rək, zon­dan po­beq et­di­yi­ni təfərrüatı ilə bilirəm. Onu güclü idmançı kimi hələ Bakıdan tanıyırdım. Orta mək­təb­lə­rin­dən bi­rin­də bə­dən tər­bi­yə­si mü­əl­li­mi iş­lə­yirdi. Sonra isə ta­nış­la­rı va­si­tə­si­lə o vaxtlar Ba­kı­da ye­ni­cə ya­ran­ma­ğa baş­la­yan giz­li sex­lər­dən bi­rin­də eks­pe­rt ki­mi çalışırdı. Çoxları onun az bir müddətdə irəli getdiyinə, velosipedi “Moskviç-412”yə dəyişdiyinə həsədlə baxırdı. Əsas vəzifəsi giz­li yol­la is­teh­sal edi­lən mal­la­rı ittifaqın iri şə­hər­lə­ri­nə apar­maq və orada la­zı­mi yer­lə­rə bö­lüş­dü­rə­rək pul­la­rı­nı yığ­maq­dan iba­rət idi.
 
Xruşşovun hakimiyyətinin sonlarında “qanuni oğru” anlayışı həbsxanalardan fərqli olaraq azadlıqda demək olar ki, unudulmaqda idi. Brejnevin hakimiyyətə gəlişi ilə başlayan durğunluq, iqtisadiyyatda yaranan problemlər “defisit” anlayışını yenidən leksikona gətirdi. İstehsalla tələbatın uyğunsuzluğu təşəbbüskar, işgüzar adamları fəaliyyət göstərməyə həvəsləndirdi. Baltikyanı respublikalarda, Gürcüstan, AzərbaycanErmənistanda defisit malların istehsalı ilə məşğul olan gizli sexlər yağışdan sonra göbələk kimi artdı. Sexovşiklər, alverçilər, möhtəkirlər yuxarı dairələrin korrupsiyaya qurşanmasından sui-istifadə edərək, qısa müddətdə varlanmağa nail oldular.
Kriminal pulların sexovşiklər, qanuni oğrular və rüşvətxor məmurlar arasında bölüşdürülməsi öz axarı ilə, ağrısız keçdi. Kriminal pulların tüğyan etdiyi həmin dövrdə ittifaq məkanında daha qətiyyətli “oğru” nəsli meydana gəldi. Pula münasibət büsbütün dəyişdi. “Monqol” Rafik “Savo”, Paşa “Tsirul”, İvankov “Yaponçik”, “Ded Xasan” və sair kimi oğruların birləşdiyi bu yeni nəsil “klassik oğru qanunları”nın böyük qisminə sahib çıxdılar. Əgər əllinci illərin sonlarında “qanuni oğru” adına sırf oğrular, cibgirlər, aferistlər layiq görülürdüsə, yeni nəsil əsasən reket və quldurluqla məşğul olanlardan ibarət idi.
 
Tolik Nağıyev də həmin zümrənin nümayəndələrinə xidmət edirdi.
 Tolikin çalışdığı sex­də nə is­teh­sal olun­du­ğu­nu de­yə bil­mə­rəm, amma Nağıyevin əsas mal apardığı şə­hərlər Odessa, Kişinyov və Vo­ro­nej idi. Bu işin ar­xa­sın­da şüb­hə­siz ki, həm Bakıda, həm də həmin şəhərlərdə çox yük­sək vəzi­fə­li adam­lar da­ya­nır­dı. 60-cı illərin ortalarında "se­xov­şik­lər əmə­liy­ya­tı" ilə əla­qə­dar bö­yük bir dəs­tə­nin həbs edil­mə­si­ni çox­la­rı yax­şıca xa­tır­la­yır.
Tolikin bu işə cəlb edil­mə­si və ən məsuliy­yət­li və­zi­fə­lər­dən bi­ri­nin ona tapşırılma­sı heç də tə­sa­dü­fi de­yil­di. Hə­va­lə edil­miş is­tə­ni­lən mə­sə­lə­ni şüb­hə­siz ye­ri­nə yeti­rə bil­mək ba­ca­rı­ğın­dan baş­qa, o, həm də fi­zi­ki cə­hət­dən qüv­vət­li olma­sı ilə diq­qə­ti cəlb et­miş­di. Az vaxt­da Tolik mü­əl­lim­li­yi ata­raq bu yol­la özü üçün yax­şı şə­ra­it ya­ra­da bil­miş­di. Lakin bu hal uzun çəkmir, giz­li sex­də is­teh­sal olu­nan mal­lar Odessa və Kişinyovda tu­tu­lur. İstintaq zamanı ağır işgəncələrə baxmayaraq Tolik bütün cinayəti öz boynuna götürür. Amma çox çəkmədən bu iş­də iş­ti­ra­kı olan­la­rın ha­mı­sı məsuliy­yə­tə cəlb edi­lir. Son­da və­ziy­yət be­lə alınır ki, əsas təş­ki­lat­çı­lar küllü miqdarda rüşvət sayəsində su­dan qu­ru çıx­ma­ğı bacarırlar. Nə­ti­cə­də məh­kə­mə qar­şı­sın­da tək­ba­şı­na ca­vab ver­ən Tolik “pol çervon” həbs cə­za­sı­na məh­kum edi­lir.
 
Onun ci­na­yət­kar­lıq yo­lu­nu tut­ma­sına ai­lə­də maddi çatışmazlıqdan  ya­ra­nan  na­ra­zı­lıq­la­r səbəb olmuşdu. Dəb­də­bə­li hə­yat tər­zi ya­şa­ma­ğa adət et­miş, milliyyət­cə rus olan zövcəsinin dai­mi tələb və tənə­lə­ri Toliki se­xov­şik­lə­rə qoşulma­ğa va­dar etmişdi.
 
Həbs cə­za­sı mü­əy­yən edil­dik­dən son­ra onu  Sibirə, deyəsən Omsk guşələrindən bi­ri­nə etap göndərirlər. Cəza müddətinin üç ili­ni ba­şa vur­duq­dan son­ra ona məlu­mat çat­dı­rı­lır ki, arvadı baş­qa yo­la dü­şüb, özü də həmin sexovşiklərlə... Xə­bər ça­tan andan onun ən iztirablı məhbəs həyatı başlayır. İstintaq zamanı verilən işgəncələrdən yaranan ağrılara dözmək, beynini cırmaqlayan indiki iztirablardan daha yüngül idi.   Həmin andan düşərgədən qaçış planı cızan Tolik Ba­kı­ya qa­yı­dıb övrətinin cə­za­sı­nı ver­mək fik­ri­nə dü­şür. Nə­ha­yət ki, buna nail olur - zon­da iki za­bi­ti qət­lə ye­ti­rə­rək, qaç­ma­ğa im­kan tapır.
 
To­lik zon­dan qaç­dıq­dan son­ra gə­lib Ba­kı­ya çı­xa bi­lsə də, mentlər Nataşkanı bu barədə xə­bər­dar edə­rək, qaç­ma­ğı­na şə­ra­it ya­ra­dır­lar. Bir müd­dət Ba­kı­da gizlənə­rək, onun izi­nə düş­mək üçün xey­li kəş­fiy­yat apa­rsa da burada qalmağın təh­lü­kə­li ol­du­ğu­nu an­la­ya­raq ge­ri­yə, Ru­si­ya­ya qa­yıt­maq qə­ra­rı­na gə­lir. Barəsində ümumittifaq ax­ta­rı­şı elan olun­du­ğun­dan To­likə giz­lən­mək üçün eti­bar­lı sı­ğı­na­caq la­zım idi. Bu, bir vaxtlar “qastrol”lara gəldiyi Vo­ro­nej şəhə­ri olur.
 
Ax­ta­rış­da ol­ma­sı­na bax­ma­ya­raq, Ana­to­li bü­tün “vahiməli azad­lığı” dövrün­də ar­dı­cıl ci­na­yət­lər tö­rə­dir. Nataşkanın ona qar­şı et­di­yi xə­ya­nətdən son­ra To­lya bü­tün qa­dın­la­ra qar­şı sonsuz nif­rət his­siy­lə ya­na­şır. Yaraşıqlı, boy-buxunlu, qüvvətli, dilli-dilavər olduğu üçün qadınlarla asanlıqla ünsiyyət qurur, bir gecə yaşadıqdan sonra öldürür, mənzili şmondan keçirib aradan çıxırdı.  
Tolikin yaxalanması öz səh­vin­dən baş verir… Bü­tün İttifaqı - Mosk­va­dan tut­muş Si­bi­rin uc­qar şə­hər­lə­ri­nə­dək- vəl­və­lə­yə sal­mış bir ada­mı qa­dın hiy­lə­siy­lə ələ ke­çi­rmişdi­lər...
 
Hər bir hə­rə­kətin­də son də­rə­cə ehtiyatlı, diq­qət­li olan Na­ğı­yev qa­dın­la­ra qar­şı alu­də­li­yin­dən sa­yıq­lı­ğı­nı iti­rir. Uzun iz­lə­mə­lər­dən son­ra nə­ha­yət ki, onun koordi­nat­la­rı­nı mü­əy­yən­ləş­di­rir­lər. Gənc bir qızla onun gu­ya tə­sa­dü­fən görüşünü təş­kil edir­lər. Mi­lis ley­te­nan­tı olan gö­zəlçə şüb­hə­siz ki, onun görüşünə mül­ki pal­tar­da gəl­miş­di. Bü­tün tə­fər­rü­at­lar də­fə­lər­lə diq­qət­dən keçiril­dik­dən son­ra Tolikin həbs pla­nı təşkil edi­lir. Uzun müd­dət ax­ta­rış­da olan təhlü­kə­li ca­ni­nin tu­tul­ma­sı ağ­la­sığ­maz də­rə­cə­də yün­gül hə­ya­ta ke­çi­ri­lir. Qızın şəraba tök­dü­yü yu­xu dər­ma­nı öz işini görür. Mür­gü­lə­yən Nağıyevin kirpikləri qovuşan ki­mi qa­pı­nın ar­xa­sın­da göz­lə­yən mentlər otağa soxulurlar.
 
Vo­ro­nejdən Ros­to­va gə­ti­ri­lər­kən onu mü­şa­yi­ət edən kon­voy­la­rın əlin­dən çıxma­ğa im­kan tap­mır. La­kin elə Ros­tov­da tür­mə­yə sa­lın­dıq­dan son­ra haqqında ölüm hök­mü çı­xa­rı­la­ca­ğı­nı yəqinləşdirən Na­ğı­yev son də­rə­cə ümidsiz bir qaç­maq cəh­di edir. Bu­nu gö­rən kon­voy­lar xə­bər­dar­lı­ğa mə­həl qoy­ma­dı­ğı­nı gö­rüb, onu gül­ləylə tutur­, lakin öldürmürlər. Tapşırıq beləydi. Atılan beş gül­lə­nin ha­mı­sı qol və ayaq na­hi­yə­lə­rin­dən də­yir...
 
 
Xeyli müddət xəs­tə­xa­na­da ya­tdıqdan sonra Na­ğı­ye­v ye­ni­dən mü­ha­ki­mə edilir və ölüm hök­mü­ çıxarılır.
 
Hökm az müd­dət sonra ic­ra olu­nur…


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar