Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə sakinləri şəhər rəhbərliyinin fəaliyyətindən razıdır

Hər bir cəmiyyətdə hakimiyyətə münasibətin ən vacib meyarı vətəndaşın məmnunluq səviyyəsidir. Bu meyar müasir dövrdə təkcə politoloji-siyasi deyil, həm də mənəvi-psixoloji kateqoriya kimi çıxış edərək dövlət-vətəndaş münasibətlərinin real mənzərəsini, xarakterini müəyyən edir.

Bu gün cənab Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi, ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları hər bir dövlət məmuruna həm nümunə, həm də gələcək fəaliyyətində yol xəritəsidir.

Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman öz əksini tapır. Həyata keçirilən tədbirlərin, atılan bütün addımların arxasında vətəndaş məmnunluğu dayanır. Dövlət başçısının vətəndaşlara olan sonsuz diqqət və qayğısı, onun söylədiyi “Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi dəyərli fikirləri Gəncədə də öz real əksini tapmaqdadır.

Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Gəncədə hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, əhali ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Gəncədə olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Şəhər rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.

Niyazi Bayramovun Gəncəyə rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğısı bunu söyləməyə əsas verir.

Gəncəyə rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, şəhid ailələrinə, müharibə veteranlarına daim qayğı ilə yanaşan Niyazi Bayramov şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman diqqətdə saxlayır, onları daim ziyarət edir, qayğıları ilə maraqlanır.

Qeyd etmək lazımdır ki, ilk dəfə olaraq Gəncədə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə www.gencesehidleri.az saytı yaradılmışdır. Bu sayt I Qarabağ Müharibəsi, Vətən müharibəsi, mülki və digər şəhidlərimiz barədə məlumatları vahid platformada toplayır. Layihənin əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yaşatmaqla, onları tanıtmaqdır.

Niyazi Bayramov dəfələrlə müxtəlif tədbirlərdə çıxışı zamanı qeyd edib ki, "Ölkə Prezidenti İlham Əliyevin vətəndaşlara olan münasibəti, onlara göstərdiyi qayğı hər bir dövlət məmuru üçün örnək olmalıdır”.

İcra başçısı vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının həmişə davam edəcəyini öz çıxışlarında dəfələrlə qeyd edib.

"Vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır” - deyən icra başçısı idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını dəfələrlə deyərək, bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verir.

Gəncədə vətəndaş qəbulları mütəmadi olaraq keçirilir. Təkcə son ay ərzində səyyar qəbullar şəhərin Bağbanlar qəsəbəsində, Hacıkənd qəsəbəsində, Gəncə Tibb Kollecində, Futbol Təmayüllü Gimnaziyada, Məhsəti mərkəzində, 18 nömrəli tam orta məktəbdə, 16 nömrəli tam orta məktəbdə, 12 nömrəli tam orta məktəbdə, 3 saylı orta məktəbdə,Yeni Gəncə yaşayış massivində, Azərbaycan Texnologiya Universitetində, Gəncə Dövlət Universitetinin tədris korpusunun həyətində və s. keçirilmişdir.

"Açıq mikrofon" şəraitində keçirilən bu səyyar qəbullarda şəhər rəhbəri sakinlərlə yaşadıqları ərazilərdə görüşərək, onları narahat edən məsələlərlə yerində tanış olur. Bu görüşlərdə Niyazi Bayramovla yanaşı, onun birinci müavini Səməd Tomuyev, müavin Kamran Məhərrəmov, Gəncədən olan millət vəkilləri, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami və Kəpəz bələdiyyələrinin sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edirlər.

Bundan başqa bayram və istirahət günlərində asudə vaxtını keçirmək üçün Gəncənin müxtəlif hissələrində gəzintiyə çıxan şəhər rəhbərliyi sakinlərlə görüşür, onlarla səmimi söhbət edir, sakinləri narahat edən məsələlərlə maraqlanırlar. Şəhərdə istənilən vətəndaş yaxınlaşıb ona öz problemi haqqında müraciət edə bilir. Şəhər rəhbəri həmin müraciət edən şəxsi sonadək dinləyir, onun müraciətinin həll olunması istiqamətində lazımi tədbirlər görür. Böyük insani keyfiyyətlərə malik icra başçısı olduğu üçün Niyazi Bayramov şəhər əhalisi tərəfindən hörmətlə qarşılanır.

Vətəndaşlar onların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə edirlər. Bütün bunlar onu göstərir ki, dövlət daim vətəndaşının yanındadır. Xalqla hakimiyyətin birliyi dövlətimizi daha da gücləndirir və sarsılmaz edir.

Hal-hazırda Gəncə şəhərinin küçə və prospektlərində, yaşayış massivlərində, eləcə də müxtəlif parklarda "Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində geniş miqyaslı təmizlik və abadlıq işləri həyata keçirilir. Digər tərəfdən, Gəncənin küçələrinin, qəsəbə və məhəllə daxili yolların asfaltlanması da şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilən sözü gedən layihəyə paralel şəkildə aparılır. Bu layihə çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə mərhələli şəkildə küçələrin və məhəllə daxili yolların asfaltlanması həyata keçirilir. Şəhərdə nəinki yeni salınmış qəsəbələrdə, hətta qədim küçələrin çoxunda heç vaxt asfalt, küçə işıqlandıırılması, içməli su və çirkab su xətlərı olmamışdır. Amma indi bu çatışmamazlıqların aradan qaldırılması istiqamətində gərgin işlər gedir, bu ucqar ara küçələr belə tamamilə asfaltlanır, içməli su xətləri, habelə kanalizasiya xətləri çəkilir. Sovet dövründə belə asfalt olmayan ara küçələrə asfalt salınır və işıqlandırma sistemləri quraşdırılır.

Yol infrastrukturunun yenilənmə işləri başa çatan ərazilərdə sakinlərin rahatlığı üçün digər abadlıq-quruculuq işlərinin aparılması, yaşıllıqların salınması, məhəllələrdə qənaətli elektrik sistemlərinin qurulması, oturacaqların, uşaq əyləncə mərkəzlərinin yenilənməsi və s. də nəzərdə tutulur. Yaşayış binalarının dam örtükləri dəyişdirilir, hətta 30-40 ildən artıq dam örtüklərinin altında olan müxtəlif tullantılar tamamilə təmizlənir. Şəhərdə olan yaşıllıqlar mütəmadi olaraq suvarılır, küçələrdə və prospektlərdə yol kənarlarına ağac şitilləri əkilir.

Prezident İlham Əliyevin tapşırığı ilə 2020-ci ildən Gəncə şəhəri "Yaşıl şəhər" layihəsinə qoşulub. Qeyd etmək istəyirəm ki, Gəncə Azərbaycanda AYİB-in Yaşıl Şəhərlər şəhər dayanıqlılıq proqramına qoşulan ilk şəhərdir. "Yaşıl Şəhər" layihəsi Gəncə şəhərinə ən aktual ekoloji problemləri və iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcək. Layihə bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırma sisteminin və ictimai nəqliyyatın yenilənməsi kimi üç mərhələdən ibarətdir.

Hal hazırda Gəncədə Gəncə Dövlət Dram Teatrının istifadəyə verilməsindən sonra Gəncə İdman Sarayında da işlər sürətlə davam edir. Artıq Sarayın otaqlarının döşəmə hissəsinə beton örtük salınıb, havalandırma sistemlərinin quraşdırılması və müasir üsullarla kabelləşmə işləri aparılır. Bununla yanaşı, idmançıların və sakinlərin rahatlığını təmin etmək üçün Sarayın sağ girişində eskalatorun quraşdırılması da nəzərdə tutulub. İkimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər də fəaliyyət göstərəcək.

Bir müddət bundan əvvəl şəhərin mərkəzi hissəsində 25 may-17 noyabr 1918-ci il tarixləri arasında Nuru Paşa komandanlığındakı Qafqaz Hərəkatında Azərbaycanın müstəqilliyi naminə qardaşlıq uğrunda 11 iyul 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman məhmətçiyin xatirəsinə inşa edilən abidənin təməli qoyuldu, bununla bağlı sənəd imzalandı,qısa bir müddətdən sonra abidənin açılış mərasimi keçirildi.

Bir müddət bundan əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin rəsmi tərəfdaşlığı ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında II Milli Yaylaq Festivalı keçirildi.

Bu qeyd etdiklərim Gəncə şəhərində aparılan işlərin yalnız bir hissəsidir. Qısaca olaraq qeyd etmək istəyirəm ki, ölkə Prezidentinin Gəncəyə və Gəncəlilərə olan diqqət və qayğısı nəticəsində Gəncə günü-gündən gözəlləşir və qədimliyini saxlamaqla müasir şəhərə çevrilir.

Şəhər rəhbəri Prezident İlham Əliyevin əhaliyə diqqət və qayğı ilə yanaşmaq, onların problemlərini həll etmək haqqında olan bütün tapşırıqlarını çox ləyaqətlə yerinə yetirir. Belə bir bacarıqlı, yüksək insani keyfiyyətlərə malik bir şəxsi şəhərimizə başçı təyin etdiyinə, respublikamızın inkişafı naminə gördüyü işlərə görə, Prezident İlham Əliyevə şəhərin çoxminli əhalisi adından təşəkkür edirik.

Elçin CAVADOV
Gəncə Dövlət Universitetinin kafedra müdiri, texnika elmləri doktoru

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar