Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brejnevin kürəkəninin “Çayka” ehtirası – Çurbanov avtomobili “dal qapı”dan alıb  

SSRI-nin avtomobil sənayesində “Çayka” (QAZ-13, QAZ-14) ən uğurlu və ən gözəl brend sayılıb. Sovet dövründə bir nəfər də olsun belə bu maşına sahib ola bilməyib. “Çayka” yalnız çox nadir hallarda müstəsna xidmətləri olan tanınmışlara dövlət tərəfindən pulsuz hədiyyə edilib, bu siyahıda yazıçı Mixail Şoloxovun, ilk kosmonavt Yuri Qaqarinin, ilk qadın kosmonavt Valentina Tereşkovanın, dünya şöhrətli balerina Qalina Ulanovanın da adı olub.

1959-cu ildən istehsalına başlanan “Çayka” partiya nomenklaturasının xidməti avtomobilləri üçün nəzərdə tutulub və ümumiyyətlə bu maşın satışa buraxılmayıb. Hər dövlət məmuruna da “Çayka”da gəzmək nəsib olmayıb.

Həmin dövrdə xidməti avtomobillərin bölgüsünü SSRİ Nazirlər Sovetinin işlər idarəsi aparıb. “Çayka” peyda olduqdan sonra yüksək ranqlı məmurların bu komfortlu maşına həvəsi o qədər böyük olub ki, Mərkəzi Komitə ilə Nazirlər Soveti bu maşının kimlərin istifadəyə verilməsi haqqında xüsusi qərar çıxarıblar. 25 il Nazirlər Sovetinin işlər idarəsinin müdiri vəzifəsində çalışan Mixail Smirtyukov öz memuarlarında “Çayka”ya xüsusi yer ayırıb:

“Avtomobillərin bölgüsünü biz vəzifə ranqlarına görə aparırıdıq. Yəni bu işdə xüsusi ciddi bir təlimat yox idi. “Çayka” meydana çıxdıqdan sonra məsələ bir az ciddiləşdi. Çünki bütün məmurlar bu maşından istəyirdilər. Nəhayət, Mərkəzi Komitə ilə Nazirlər Soveti birgə qərar qəbul etdi, “Çayka”nın kimlərə xidməti avtomobil kimi veriləcəyi müəyyənləşdi. Bunlar kimlər idi? Baç katib, Mərkəzi Komitənin katibləri, nazirlər, Dövlət İdman Komitəsi və Dövlət Arxitekturası Komitəsini çıxmaq şərtilə digər dövlət komitələrinin sədrləri, baş prokuror, Ali Məhkəmənin sədri, istisna hal olaraq SİTA-nın baş direktoru, Dövlət Plan və Dövlət Təchizat komitələrinin sədr müavinləri. O cümlədən müttəfiq respublikaların birinci katibləri və Nazirlər Soveti sədrləri üçün də “Çayka” ayrılırdı. Bu qərardan sonra mənim işim xeyli yühgülləşmişdi, məmurlar tərəfindən umu-küsüyə yer qalmamışdı. Amma bu qərardan yan keçmək istəyənlər də var idi.

Bir dəfə Brejnevin oğlu Yuri Brejnev mənə zəng vurdu, o, xarici ticarət nazirinin müavini vəzifəsində işləyirdi. Telefonda səsində bir az da inciklik hiss edirdim:

- Mixail Sergeyeviç, mən xarici maşında gəzirəm, bir rus olaraq xarici maşından istifadə etmək məndə narahatlıq yaradır. Mənə “Çayka” ayırmaq mümkün deyilmi?

Diqqətlə ona qulaq asdım və təmkinlə cavab verdim:

- Siz xarici ticarət əlaqələri ilə məşğulsunuz, məhz buna görə də xarici avtomobildə gəzmək sizin üçün daha rahat olmalıdır.

Düşündüm ki, bu məsələni gedib atasına danışacaq. Amma oğul Brejnev yəqin ki, bir maşına görə baş katibi narahat etmək istəməyib. Oğlu atasını narahat etməsə də, kürəkəni Yuri Çurbanov Brejenvi maşınla bağlı əməlli-başlı “silkələmişdi”. Məzuniyyətdə idim. Barvixada sanatoriyada istirahət edirdim. Yerimdə müavinim Anatoli Larin qalmışdı. Günlərin birində prosedurdan çıxanda baş həkim mənə dedi ki, təcili Moskvaya zəng vurmalıyam, Larin məni axtarır. “Təcili” sözündən anladım ki, nə isə ciddi məsələ var. Əlaqə yaratdım. Larin telefonda hətəcanla məruzəyə başladı:

- Brejnev zəng vurmuşdu, şəxsən özü. O, mənə ad və ata adı ilə müraciət etdi, mehribanlıqla hal-əhval tutdu, sonda isə bildirdi ki, Çurbanova “Çayka” verilməlidir, özü də sonuncu buraxılışdan.

Ona dedim ki, hələ heç bir qərar qəbul etməsin və zəngimi gözləsin. Adətən, belə vəziyyətlərdə mən Brejnevin sağ əli olan Konstantin Çernenko ilə məsləhətləşirdim. Aramızda yaxşı münasibət də var idi. Zəng vurdum, məsələni bildirdim. Mənə dedi ki, bir neçə saatdan sonra zəng edəcək. Heç bir saat keçməmiş zəng vurdu, bildirdi ki, nə etmək olar, Çurbanov “Çayka” istəyirsə, vermək lazımdır. Biz iki gün ərzində baş katibin kürəkənini yeni “Çayka” ilə sevindirdik...”

1975-ci ildə “Çayka”nın daha modernləşdirmiş və təkmilləşdirilmiş versiyası, QAZ-14-ün istehsalına başlanıb. Bu avtomobil rəsmi təqdim olunmamış o, ad günündə Brejnevə hədiyyə edilib. Baş katibin avtomobilinin salonu xüsusi işlənilib.

1970-ci illərdə hökumətlə razılaşmalardan sonra daha çox istismar olunmuş “Çayka”lar vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəbələrinə də (ZAQS) ayrılıb. Yeni ailə quran cütlüklər bu maşından bir günlük istifadə üçün 50 rubl icarə haqqı ödəyiblər ki, həmin pullar dövlət büdcəsinə köçürülüb. Digər maşınlarda bu qiymət 25 rubl olub.

“Çayka”nın cəmi 15-20 ədəd üstü açık kabriolet versiyası da istehsal edilib. Bu avtomobillərdən əsasən hərbi paradlarda istifadə edilib. Riqa Avtomobil Zavodunda (RAF) isə məhdud sayda universal tipli “Çayka” buraxılıb ki, həmin maşınlardan Səhiyyə Nazirliyinin 4-cü idarəsi Kreml məmurları üçün təcili tibbi yardım avtomobili kimi istifadə edib.

“Çayka”nın istehsalı 1989-cu ildə dayandırılıb. Bu illər ərzində 3118 ( bəzi mənbələrdə 4300) avtomobil istehsal edilib. Qeyd edək ki, bir sıra modellər həmin dövr üçün SSRİ-də təəccüblü sayılacaq hidravlik sükana, avtomat ötürücü qutuya malik olub.

“Çayka”nın müəllifi məşhur konstruktor Lev Yeremeyev olub. Bundan əvvəl “QAZ-21” və “ZİM”-lərin konstruktoru olan Yeremeyev SSRİ-nin avtomobil sənayesi tarixinə “avtomobil heykəltaraşı” adı ilə düşüb.

“Çayka” Azərbaycan dilində “qağayı” deməkdir. Əsas versiyaya görə maşının adı da bundan götürülüb. Əgər “Volqa” varsa, onun üzərində uçan “Çayka” da var (çay və quş adı nəzərdə tutulur) və o, daha yüksəklikdədir.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar