Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ölkənin nümayəndələri Finlandiyada görüşəcək

Avqust ayında Finlandiya, İsveç və Türkiyə nümayəndələri Finlandiyada görüşəcəklər.

Bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib.

Onun sözlərinə görə, qarşıdakı görüşün məqsədi NATO-nun Madriddə keçirilən sammitində razılaşdırılan anlaşma memorandumunun bəndlərinə baxmaqdır.

Haavisto əlavə edib ki, Türkiyə Finlandiyanın prosesi sürətləndirmək istəyindən xəbərdardır.

Bundan əvvəl İsveç Xarici İşlər Nazirliyi Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə görüşün gələn həftə İsveç ərazisində baş tutmayacağını açıqlamışdı.

Bildiyiniz kimi, İsveç və Finlandiya birlikdə mayın 18-də - Rusiyanın Ukraynaya qarşı apardığı üç aylıq müharibədən sonra NATO-ya üzvlük üçün tarixi ərizələr veriblər. Finlandiya üçün bu addım bir çox onilliklərə, İsveç üçün isə təxminən 200 illik neytrallığa son qoyub.(unikal)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar