Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və BMT Ukraynadan əliboş qayıtdılar... - Avropanın yeni təhlükəsizlik platforması yaradılacaq?

Lvovda baş tutan görüşün cəmi 40 dəqiqə olması diqqət çəkir...

Politoloq: “Türkiyə və BMT-nin vasitəçiliyi Ukrayna taxılının ixracına imkan yaradılması üçün MoskvaKiyevin iştirakı ilə razılıq əldə olunması BMT-nin son illərdə münaqişəli məsələlərin həllində əsas uğuru sayıla bilər”.

“Yeni təhlükəsizlik sistemi yalnız Rusiya ilə Çinin ABŞ və Qərb ölkələri qarşıdurmasının səngiməsi, kompromis variantlar tapılmasından sonra mümkün ola bilər. Yaxın perspektivdə isə daha çox qarşıdurma meyillərinin artacağını proqnozlaşdırmaq olar”.

Bu sözləri politoloq Zaur İbrahimli Lvovda Türkiyə, Ukrayna və BMT liderləri arasında keçirilən görüşü PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Lvovda Türkiyə, Ukrayna və BMT liderləri arasında görüş keçirildi. Görüşün cəmi 40 dəqiqə olması, Zelenskinin fikrində qəti olmasının və güzəşt barəsində düşünməməsinə dəlalət edə bilər. Beləliklə Lvov görüşü bir daha təsdiq etdi ki, bu payız Ukrayna qaynar olacaq. Dünyada qiymət artımı davam edəcək, taxıl böhranı Afrika və Asiyanı bürüyəcək, neftin və maye qazın qiymətləri ən yuxarı hədlərdə olacaq.

Bütün bunlara görə demək olarmı ki, bir neçə aydan sonra Avropanın yeni təhlükəsizlik platforması meydana çıxacaq, o cümlədən Qafqaz və Mərkəzi Asiyada yeni proseslər başlayacaq?

Ərdoğan və Qutterreşin Ukraynadan əliboş geri dönəmlərinin səbəblərini PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Hazırda BMT Təhlükəsizlik Şurasının üzvləri Rusiya və Çin ABŞ və Böyük Britaniya ilə açıq qarşıdurma vəziyyətindədirlər. Digər üzv ölkə Fransa isə ABŞBritaniyanın təşəbbüslərini dəstəkləyir. Bu cür vəziyyət BMT faktiki olaraq yalnız humanitar fəaliyyətlər həyata keçirmək potensialını saxlayır”.

Hazırda regional hərbi ittifaqların yarandığını müşahidə etdiyimizi vurğulayan ekspert PİA.az-a bildirib ki, ABŞ özünün və Qərb blokunun təhlükəsizliyinin təminatçısı kimi məhz bu yeni strategiyanı əsas götürüb:

“Türkiyə və Ukrayna prezidentlərinin, BMT-nin Baş katibi ilə Lvovda görüş təşəbbüsü böyük ehtimalla BMT-nin təşəbbüsü idi. Hazırda dünyada baş verən silahlı münaqişələr və geosiyasi qarşıdurmanın gücləndiyi mühitdə BMT-nin özünün əsas - yəni sülh və əmin-amanlığın, beynəlxalq problemlərin həllində əməkdaşlığın təmin edilməsi missiyasını yerinə yetirə bilmədiyi bir daha açıq göründü.

Hazırda BMT Təhlükəsizlik Şurasının üzvləri Rusiya və Çin ABŞ və Böyük Britaniya ilə açıq qarşıdurma vəziyyətindədirlər. Digər üzv ölkə Fransa isə ABŞBritaniyanın təşəbbüslərini dəstəkləyir. Bu cür vəziyyət BMT faktiki olaraq yalnız humanitar fəaliyyətlər həyata keçirmək potensialını saxlayır. Türkiyə və BMT-nin vasitəçiliyi Ukrayna taxılının ixracına imkan yaradılması üçün MoskvaKiyevin iştirakı ilə razılıq əldə olunması BMT-nin son illərdə münaqişəli məsələlərin həllində əsas uğuru sayıla bilər. BMT-də məhz bu hadisənin xüsusi əhəmiyyətini vurğulamaq və əldə olunmuş uğuru möhkəmləndirmək və yeni təşəbbüslər ümidi ilə bu müzakirələri təşkil etmişdi.

Bununla belə, əvvəlcədən də ciddi nəticələrə ümid yox idi, Rusiya-Ukrayna müharibəsində yaranmış indiki vəziyyətdə Kiyev üçün mart ayında Türkiyədə aparılmış danışıqlardakı şərtlər çərçivəsində masaya oturmaq əlverişli deyil. Rusiya isə Kiyevin şərtlərini müzakirə etmək belə istəmir. Bu baxımdan Lvov görüşü Zelenskinin mövqeyini bir daha təhlil etmək baxımından vasitəçilik missiyasını üzərlərinə götürmək istəyən Ankara və BMT üçün vacib idi.

Zaur İbrahimli: “Ukrayna müharibəsi göstərdi ki, BMT, ATƏT kimi qlobal miqyasda sülhün təmin olunması, beynəlxalq problemlərin birgə səylərlə həlli məqsədilə yaradılmış beynəlxalq strukturlar yeni çağırışlara cavab verə bilmir”.

Güman etmək olar ki, Rusiya Ukraynanın şərtləri ilə bağlı mövqeyini dəyişməsə, danışıqların başlaması perspektivi sual altındadır. Rusiyanın mövqeyinin təhlili göstərir ki, Moskva Zelenski ilə danışıqlara müsbət baxır, bununla belə Kiyevin indi irəli sürdüyü şərtlər daxilində yox, onun hərbi qələbələrini nəzərə alan şərtlər irəli sürür. Kiyevin addımları isə yalnız Zelenski və komandasının iradəsindən asılı deyil, Rusiyanın hücumu dayandırmaq üçün başda ABŞ olmaqla Qərb ölkələri böyük resurslar sərf ediblər və bunun müqabilində Moskvanın taktiki hərbi nailiyyətlərinə legitimlik qazandıra biləcək hər hansı anlaşmaya razılaşacaqları mümkün görünmür. Güman etmək olar ki, Rusiya indiki siyasətini davam etdirdiyi halda payız aylarında hərbi əməliyyatlar yenidən genişlənəcək və döyüş meydanındakı vəziyyət həlledici olacaq.

Ukrayna müharibəsi göstərdi ki, BMT, ATƏT kimi qlobal miqyasda sülhün təmin olunması, beynəlxalq problemlərin birgə səylərlə həlli məqsədilə yaradılmış beynəlxalq strukturlar yeni çağırışlara cavab verə bilmir. Dünyada yeni təhlükəsizlik arxitekturasının qurulması ilə bağlı müzakirələr başlasa da, yaxın perspektivdə bu istiqamətdə ciddi addımlar atılacağı mümkün görünmür.

Hazırda regional hərbi ittifaqların yarandığını müşahidə edirik. ABŞ özünün və Qərb blokunun təhlükəsizliyinin təminatçısı kimi məhz bu yeni strategiyanı əsas götürüb. Yeni təhlükəsizlik sistemi yalnız Rusiya ilə Çinin ABŞ və Qərb ölkələri qarşıdurmasının səngiməsi, kompromiss variantlar tapılmasından sonra mümkün ola bilər. Yaxın perspektivdə isə daha çox qarşıdurma meyillərinin artacağını proqnozlaşdırmaq olar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar