Şənbə, 01 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fövqəladə halların qarşısını zamanında almaq üçün intellektual sistemlər niyə qurulmayıb? - Ekspert FHN və ETSN-ni tənqid etdi

“İnkişaf Etmiş Ölkələr, son dövrlər isə bir çox qonşu ölkələr artıq fövqəladə halların qarşısını zamanında almaq üçün intellektual sistemlər qururlar. Bildiyim qədər Türkiyə də ötən illərdə baş verən güclü yanğınlardan sonra bu tip sistemlərin daha da inkişaf etdirilməsinə üstünlük verirlər. Yəni, ölkələr təhlükələri, tutaq ki, meşə masssivlərində, qoruqlarda və parklarda yanğın ocaqlarını vaxtında müəyyən etmək üçün videomüşahidə sistemləri qururlar. Bununla bağlı texnologiyalar son zamanlarda yetərincə inkişaf edib”.

PİA.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

Ekspert qeyd edib ki, mərkəzləşdirilmiş rəqəmsal videomüşahidə sistemlərilə, dron və foto-video müşahidə həlləri ilə baş verən təhlükəli vəziyyətlərin fəsadlarını minimuma endirmək mümkündür: “Təssüf ki, hələlik bizdə bu tip sistemlər yetərincə inkişaf etməyib. Bildiyim qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə müəyyən addımlar atsa da, real nəticələr hələlik ortada yoxdur. Baxıram ki, Fövqəladə Hallar Nazirliyi indiyədək heç "112 zəng xidmətinin" mobil versiyasını, “112 mobil xidməti” də işə sala bilməyibmiş. FHN-nin “112 mobil xidməti”nin mövcud olmadığı haqda dəfələrlə yazılıb və deyilib. Hətta 5 il öncə bu tip bir mobil tətbiq istifadəyə də verilmişdi. Lakin sonradan bu yığışdırıldı və hazırlanması üzərində işlər aparıldığı bildirilsə də, indiyədək reallaşmayıb. Xatırlayıram ki, ötən il onu hazırlayan şirkətlərdən biri “112 mobil xidmət” tətbiqinin tam hazır olduğunu bildirmişdi. Görünür ki bizə məlum olmayan hansısa səbəblərdən bu vacib mobil xidməti işə salmaq indiyədək mümkün olmayıb. Dünyada, hətta qonşu ölkələrdə artıq bu tip servislərdən effektiv istifadə və əhali ilə çevik əlaqələrin qurulması təcrübəsi var”.

O.Gündüz əlavə edib ki, Daxili İşlər Nazirliyi də, hazırlandığı haqqında mesajlar versə də, yetərincə effektiv işləyən "102 zəng xidməti"nin mobil versiyası, “102 mobil xidməti” hələ də ortada yoxdur: “Nə üçün gecikdirilməsi ilə bağlı DİN açıqlama verməyib. Yaxşı olardı ki, ETSN də “EKO-RADAR”-ın daha da təkmilləşdirilmiş mobil versiyasını işə salsın. Biz hazırda meşə yanğınlarına qarşı vuruşan FHN-in, yanğınsöndürmə işlərinə cəlb olunanların əməyini, fədakarlığını və səylərini yüksək dəyərləndiririk. Ümid edirik zamanında qarşısını ala biləcəklər. Bununla belə, düşünürəm ki, hökumət, FHN və ETSN, eGov-a cavabdeh qurumlar və digər aidiyyatı qurumlar müxtəlif növ fövqəladə halların, təhlükələrin zamanında qarşının alınması üçün, çeviklik və effektivlik üçün, daha az itki ilə vəziyyətdən çıxmaq üçün, kütləvi və effektiv məlumatlandırmanın təşkili üçün rəqəmsal sistemlərinin qurulmasına diqqəti və resursları xeyli artırmalıdırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

Hücum helikopterləri Zahedan üzərində uçaraq Bəluç nümayişçilərinə atəş açdı - Video, Yenilənib

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

Sentyabr şəhidinin ürək dağlayan həyat hekayəsi 

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq

Ən çox oxunanalar