Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BŞİH ADR Partiyasının piket keçirməsini məqsədəuyğun saymayıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinin binası qarşısında piket keçirilməsiylə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

PİA.az-ın məlumatına görə, Hüseyn Məlik, Əlövsət Talışxanlı və Əlövsət Sadıxlının imzaladığı müraciətdə bildirilib ki, avqustun 24-də saat 12.00-da 13.00-a qədər keçirilməsi planlaşdırılan piketin ümumi məqsədi ADR Partiyasının qeydiyyatla bağlı sənədlərinin indiyə qədər iki dəfə Ədliyyə Nazirliyi tərəfindən geri qaytarılmasına etirazdır.

Bildirilib ki, piketin “ADR Partiyasını qeydiyyata alın!”, “ADR Partiyasının qeydiyyatı üçün süni əngəllər yaratmayın!”, “ADR Partiyasının qeydiyyatını uzatma, qeydiyyata alın!” şüarları ilə keçirilməsi nəzərdə tutulub.

Bakı Şəhər İcra Hakimiyyəti bu gün aksiya ilə bağlı müraciətə cavab verib və piketin keçirilməsi məqsədəuyğun sayılmayıb. Qeyd edilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin 1-ci hissəsinin və 9-cu maddəsinin 3-cü hissəsinin tələblərinə cavab vermədiyi üçün Ədliyyə Nazirliyinin binasının qarşısında piket məqsədəuyğun hesab edilmir.

Qeyd edək ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin birinci hissəsinə əsasən, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

Qanunun 9-cu maddəsinin 3-cü hissəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar