Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorxmaz İbrahimli "REAL" sədrinə səsləndi: "Siz nə danışırsınız?!"

“REAL Partiyasının sədri İlqar Məmmədov meşə yanğınlarının təbiətə böyük faydası olduğunu deyib. Onun söylədiklərinin heç bir əsası yoxdur. Meşə yanğınları qətiyyən faydalı deyil. Təbii ki, 10 milyon il əvvəl baş verən yanğınlar hansısa bir fayda verə bilərdi, məsələn, nəticədə suxurlar formalaşıb. Bu, başqa söhbətdir. Çağımızda yanğınlar meşə ətrafında yaşayan insanlar daxil olmaqla, təbiətimizə böyük zərər verir. Bu, bir siyasi partiya rəhbərinə ümumiyyətlə, vətəndaşa yaraşmayan açıqlamadır. Guya, yanğınlar ekosistemlərə yeni nəfəs verir. Əksinə, yanğınlar nəticəsində meşə altında yaşayan bütün biomüxtəliflik məhv olmaqdadır”.

Bu sözləri Pravda.az-a açıqlamasında “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.

O bildirib ki, bu gün Azərbaycan meşələrində, bütünlükdə dünyada baş verən yanğınlar çox ciddi faciədir: “Üzüntümü bildirirəm. Dəymiş ziyana görə dövlətimizə, millətimizə başsağlığı verirəm. Siz nə danışırsınız? Hansısa bir həşərat yaranacaq… Belə şey olarmı? Meşə yanğınından kül törəyir. Həmin külü də külək dağa-daşa dağıdacaq. Heç bir fayda verməyəcək. Meşə altındakı torpaq yanıb qovrulur, çürüntü olur, o çürüntü də yanıb gedir, hər şey külə çevrilir. Bunun zərərindən başqa heç bir faydası yoxdur. Tək bu deyil, yanğınlar həmçinin təbiətdə karbon, metan qazının yaranmasına əlavə təkan verir. Bütün siyasi partiyalar, iqtidarı, müxalifəti bu cür məsələlərdə diqqətli olmalıdır. Əgər bir siyasi partiyanın rəhbəri sabah hakimiyyətə gəlməyə iddialıdırsa, belə açıqlamalar verəndə diqqətli olsun”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar