Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hökumət müəyyən mənada zorakılıq edir” - Ekspertdən çörəyin qiymətinin artımına reaksiya...

Azərbaycanın iri un və çörək istehsalçıları birgə məlumat yayaraq unun və çörəyin yuxarı hədlərini müəyyənləşdiriblər...

Rəşad Həsənov: “Çörəyin qiymətini istehsalçılar müəyyən etməlidir. Çünki məhsul onların məhsuldur və onlar ziyanla çalışmalı deyil”.

“İstehsalçı məhsulu baha istehsal edib, ucuz satmalı deyil. Hökumət bu sektorun ziyanla işləməsinin qarşısını almaq haqqında düşünməlidir”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycanda növbəti çörək artımının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanın iri un və çörək istehsalçıları birgə məlumat yayaraq unun və çörəyin yuxarı hədlərini müəyyənləşdiriblər. Belə ki, un istehsalçıları çörək və un məmulatlarının qiymətini 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək göstərilən səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edib və ötən dövr ərzində ərzaqlıq buğdanın qiymətində artımlar baş versə də, unun qiymətində artım olmayıb. Bununla belə, dünya bazarında, həmçinin əsas idxal bazarlarında taxılın qiymət dinamikasında artımın davam etməsi qiymətlərin yenidən uyğunlaşdırılmasını zəruri edir.

Yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat.

Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək.

Bu qərara əməl etmək istehsalçılar və marketlər üçün nə qədər məcburi ola bilər və bu qərarın yerinə yetirilməsi üçün dövlət təminatı varmı?

Çörəyin qiymət artımını PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “Hökumət məhsulun ucuz başa gəlməsi üçün yollar tapmalıdır. Həmçinin hökumət elə etməlidir ki, Azərbaycan ərzaq məhsullarının 95 faizini xaricdən idxal etməsin”.

Hökumətin sahibkarlara subsidiyalar verdiyini xatırladan ekspert PİA.az-a bildirib ki, hökumət bu yollarla bazarda psixoloji dalğa yarada bilən məhsul növü olan çörəyin qiymətini müəyyən səviyyədə saxlanmasına çalışır:

“Çörəyin qiymətini istehsalçılar müəyyən etməlidir. Çünki məhsul onların məhsuldur və onlar ziyanla çalışmalı deyil. Bu dövlət tərəfindən tənzimlənən fəaliyyət sahəsi deyil. Taxılın və unun qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.

Ona görə də düşünürəm ki, bizim hökumət müəyyən mənada zorakılıq edir. Eyni zamanda hökumət müəyyən mənada haradasa kompromis yollar tapmağa çalışır. Yəni hökumət sahibkarlara subsidiyalar verir və beləliklə də, hökumət bu yollarla çalışır ki, bazarda psixoloji dalğa yarada bilən məhsul növü olan çörəyin qiymətini müəyyən səviyyədə saxlasın.

Rəşad Həsənov: “Hökumətin birbaşa çörəyin qiymətinə müdaxilə etməsi bizim real bazar iqtisadiyyatına diqtə etməyimiz deməkdir”.

Amma istehsalçı məhsulu baha istehsal edib, ucuz satmalı deyil. Hökumət bu sektorun ziyanla işləməsinin qarşısını almaq haqqında düşünməlidir. Yəni hökumət məhsulun ucuz başa gəlməsi üçün yollar tapmalıdır. Həmçinin hökumət elə etməlidir ki, Azərbaycan ərzaq məhsullarının 95 faizini xaricdən idxal etməsin. Hökümət bunların üzərində düşünməlidir.

Onu da qeyd edim ki, istehsalçılara müxtəlif ölkələrdə yanacaq, enerji sərfiyyat xərclərinin optimallaşdırılması ilə bağlı hökumət qərarlar qəbul etməlidir. Yəni hökumət sahibkarlara bu istiqamətdə hansısa formada müəyyən dəstək verə bilər. Amma hökumətin birbaşa çörəyin qiymətinə müdaxilə etməsi bizim real bazar iqtisadiyyatına diqtə etməyimiz deməkdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar