Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artistə “Tərəqqi” medalı təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Estoniyada fəaliyyət göstərən “Rauf Avşar” Kukla Teatrının bədii rəhbəri Rauf Avşarovla görüşüb.

Dövlət Komitəsindən PİA.az-a verilən məlumata görə, Komitə sədri Azərbaycan mədəniyyətinin Estoniyada təbliğ olunması istiqamətində həmyerlimizin gördüyü işləri yüksək qiymətləndirib, Estoniyadakı diaspor təşkilatlarının, Tallin şəhərindəki Azərbaycan Evinin həyata keçirdiyi fəaliyyət istiqamətlərindən danışıb, Komitənin mədəniyyət sahəsində maraqlı layihələrə hər zaman dəstək göstərdiyini vurğulayıb.

Qonaq “Rauf Avşar” Kukla Teatrının fəaliyyəti barədə ətraflı məlumat verib və gələcək planlarına dair fikirlərini bölüşüb.

Rauf Avşarovun fəaliyyətinin Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirildiyini, 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görüldüyünü qeyd edən F.Muradov Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində - Prezident İlham Əliyevin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə təltif olunduğu “Tərəqqi” medalını ona təqdim edib.

Xatırladaq ki, Rauf Avşarov 17 aprel 1952-ci ildə Gəncə şəhərində Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Muxtar Avşarovun ailəsində dünyaya gəlib. Orta təhsilini öncə Gəncə şəhərində, sonra isə Bakı şəhərində alıb. 1978-ci ildə Azərbaycan Pedaqoji İnstitunu müəllim ixtisası üzrə bitirib. Bir müddət Sumqayıt şəhərindəki orta məktəblərin birində rəsmxətt müəllimi kimi fəaliyyət göstərib. 1981-ci ildə Estoniyaya köçərək orada öz müəllimlik fəaliyyətini davam etdirib. 1992-ci ildə Estoniyanın Tallinn şəhərində kukla teatrı rejissorluğu üzrə kursu bitirib. 1996-cı ildə "Rauf Avşar" Kukla Teatrını yaradıb.

Teatrın repertuarında daha çox italyan, bolqar, rus və Azərbaycan xalq nağılları əsasında səhnələşdirilmiş əsərlər yer tutur. Teatr təsis olunduğu tarixdən bu günə qədər 25 əsəri səhnələşdirib. Səhnələşilən əsərlərdə daha çox Azərbaycan adət-ənənələri təbliğ edilir. Hər il Novruz bayramı ərəfəsində Novruz elementlərini özündə əks etdirən əsərlərin səhnələşdirilməsi eston uşaqları tərəfindən maraqla qarşılanır. Teatr kollektivinin səhnələşdirdiyi uşaq tamaşaları bir neçə dəfə Skandinaviya və Baltikyanı ölkələrdə - Latviya, Norveç və İsveçdə oynanılıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə teatr heyəti Salyan, Şəki, Zaqatala, Qax rayonlarında, Gəncə və Sumqayıt şəhərindəki dövlət teatrlarında bir sıra tamaşaları səhnələşdirib.
“Rauf Avşar” Kukla Teatrı 2011-ci ildə Azərbaycanda təşkil edilmiş Kukla Teatrlarının I Festivalında iştirak edib. Teatr Estoniyada hər il təşkil edilən kukla teatrları festivalında da davamlı olaraq iştirak edir.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar