Şənbə, 01 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əhmədov: "Unun kisəsi 42-43 manat olacaq"

“Çörəyin qiyməti faktiki artıb. Son vaxtlar müəyyən qıtlıq var idi, rayonlarda unla bağlı problem də yaranmışdı. Dünya bazarında buğdanın qiyməti kifayət qədər yüksəkdir, təxminən 365 dollara qədər qalxıb. Biz taxılı əsasən xaricdən idxal etdiyimiz üçün çörəyin qiymətində belə bir problem yaranır. Əlbəttə, bu, çox ciddi məsələdir. Un strateji məhsuldur. Unun bir kisəsi artıq 40 manat 70 qəpik oldu, təxminən, 41 manat. Daşınma xərci və s. hesablayanda unun kisəsi 42-43 manatadək çıxacaq. Əlbəttə, bu, aztəminatlı ailələr, pensiya alanlar üçün problemlər yarada bilər. Amma başa düşmək lazımdır ki, bu, artıq dövlətdən asılı məsələ deyil. Çünki taxılı xaricdən idxal edirik”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Azərbaycanda qiymət artımı gözlənilən idi: “Hələ bir müddət əvvəl iqtisadiyyat naziri məlumat vermişdi ki, müəyyən qıtlıq gözlənilir. Artıq qiymətin artacağı aydın idi. Dünən Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında keçirilən üçtərəfli görüşdə müəyyən razılığa gəlindi. Artıq Ukraynadan taxılın ixracına geniş imkan yaradılır. Bu gün məlumat aldım ki, buğdanın qiymətində müəyyən enmələr olacaq. Çörəyin, unun qiymətinin belə artması, əlbəttə, sosial vəziyyət üçün problemli məsələdir. Dövlət bütün bunları nəzərə alaraq, müəyyən yardımlara, humanitar məsələlərə gələcəkdə baxa bilər”.

Vahid Əhmədov çörəyin qiyməti artdıqca çəkisinin azaldılması məsələsinə də münasibət bildirib: “Bu fikirlə razıyam, düzdür. 500 qramlıq çörək faktiki olaraq yoxdur, çəksən, hardasa 400 qramlıqdır. Bununla əlaqədar hökumətin müvafiq qurumları işləməlidir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var. Düzdür, onlar bu məsələlərə nəzarət edirlər, amma nəzarəti gücləndirmək lazımdır. Çörəyin qiyməti 55 qəpiyə qalxıbsa, 500 qramlıq olmalıdır, 400-450 qram yox. Nəzarətdə saxlanılmalıdır. Çörəyin keyfiyyətində problem yaranmamalıdır. Cənab Prezident İlham Əliyev buğda istehsalı ilə əlaqədar xüsusi göstərişlər verib. Bütün rayonlara, işğaldan azad olunmuş ərazilərdə artıq taxıl əkilib-biçilir. İş gedir, Azərbaycan özünü taxılla təmin edə bilsin. Taxıl strateji məhsuldur, buna görə həmişə diqqət mərkəzində olmalıdır”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

Hücum helikopterləri Zahedan üzərində uçaraq Bəluç nümayişçilərinə atəş açdı - Video, Yenilənib

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

Sentyabr şəhidinin ürək dağlayan həyat hekayəsi 

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq

Ən çox oxunanalar