Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın yanında yer almayan Rusiyanın KTMT-si...

Kremlin liderliyində olan hərbi ittifaqda Rusiyaya qarşı meyllərin artması nədən xəbər verir?..

Siyasi-şərhçi: “Həm Ermənistan, həm də Rusiya müharibələri digər ölkələrin ərazisində həyata keçirirlər. Bu ədalətsiz müharibələrdə KTMT-nin dəstəyini almaq istəyirlər. Belə olan halda digər üzvlər də bu işğalçı siyasətin alıtinə çevrilmək istəmirlər”.

“KTMT-nin yaranması belə məcburi xarakter daşıyıb və “Varşava müqaviləsi”nin süqutundan sonra Rusiya yeni bir hərbi ittifaqa ehtiyac duyduğu üçün belə bir təşkilat yaradılıb. Bu təşkilata üzvlük isə heç də könüllü və təbii ehtiyacdan olmayıb”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov KTMT-nin hazırkı durumunu PİA.az-a şərh edərkən qeyd edib.

Ukraynada başlatdığı müharibədən 6 ay ötməsinə baxmayaraq, Rusiya öz liderliyində yaratdığı hərbi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, (KTMT) Belarus istisna olmaqla heç bir yardım ala bilmir. Belarusdan aldığı yardımı da tam olaraq KTMT-dən alınan yardım kimi də dəyərləndirmək olmaz. Çünki Belarusun Rusiyanın Ukraynaya qarşı müharibədə öz ərazilərindən istifadə üçün verdiyi icazə KTMT-dən daha çox ili dövlət arasında olan “İttifaq dövləti” çərçivəsindədir. Yəni Belarusun Ukrayna müharibəsində Rusiyaya göstərdiyi yardımı KTMT ilə əlaqələndirmək heç də doğru olmazdı.

Dünən Rusiya mətbuatının yaydığı məlumatda isə bildirilir ki, Tacikistan və Özbəkistan Əfqanıstandan çıxarılan və ABŞ-a aid olan 100-dən artıq Rusiya istehsalı olan təyyarə və helikopteri Ukraynaya verəcək. Xatırladaq ki, bu təyyarə və helikopterləri ABŞ Əfqanıstanda istifadə etmək üçün Rusiyadan satın alıb və Taliban hərəkatı Əfqanıstanda hakimiyyətə gəlirkən həmin təyyarə və helikopterlər Tacikistan və Özbəkistanda yerləşdirilib. İndi isə ABŞ Düşənbə və Daşkənddən bu texnikaları Ukraynaya yollamağı tələb edib.

Qeyd edək ki, tam saz vəziyyətdə olan 100-dən artıq təyyarə və helikopterin Ukraynaya verilməsi hava məkanında Kiyevin üstünlüyünü təmin edəcək. Bu isə Rusiyanın müharibədə əsas üstünlüyə sahib olduğu sahədə ciddi problemlərlə üzləşəcəyindən xəbər verir ki, bu problemi də Rusiya üçün yaradan KTMT üzvü Tacikistan və Moskvanın Mərkəzi Asiyada əsas tərəfdaşlarından biri olan Özbəkistandır. Bu halda təbii olaraq ortaya sual çıxır: Kremlin liderliyi və diktəsi altında olan KTMT-də nələr baş verir?

Xatırladaq ki, aha əvvəl yayılan məlumatlara görə Rusiya Ukraynada müharibədə KTMT-nin müdaxiləsini istəsə də, ErmənistanQazaxıstan KTMT-nin Ukraynaya müharibəsinə müdaxiləsini yol verilməz hesab ediblər. Onlar bunu KTMT ölkələrinin təcavüzə məruz qalmamması ilə əlaqələndiriblər. Nəzərə alsaq ki, NATO bütün imkanları ilə Alyansa üzv olmayan Ukraynaya yardım edir, o zaman KTMT ölkələrinin Rusiyaya qarşı sərgilədikləri mövqe sadəcə anlaşılmazdır. Bu onu göstərir ki, Rusiya öz liderliyi altında olan hərbi ittifaqda belə nüfuzunu keçirə bilmir və faktiki olaraq bu “ittifaq”da da təcrid olunmuş vəziyyətdədir.

Ümumiyyətlə KTMT-nin hazırkı durumunu necə dəyərləndirmək olar və Rusiyanın öz liderliyində olan hərbi ittifaqda Rusiyaya qarşı meyllərin artması nədən xəbər verir? Demək olarmı ki, artıq KTMT formal olaraq da varlığını qoruya bilmir və “klinik ölüm” yaşayır?

KTMT də baş verənləri PİA.az-ın əməkdaşı siyasi-şərhçi, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “KTMT formal xarakterli hərbi ittifaq olub və bu ittifaq ancaq Rusiyanın imici üçün gərəkli olub. Belə deyə biləri ki, KTMT “ölü doğulub” və bu üzdən də indiki yaşanan proseslər təbiidir”.

RusiyaErmənistanın həyata keçirdikləri işğalçılıq siyasətini davam etdirəndə KTMT üzvləri ilə məsləhətləşmədiklərini vurğulayan ekspert PİA.az-a bildirib ki, belə olan halda da əlbəttə ki, KTMT-nin digər üzvləri öz mövqelərini birmənalı şəkildə ortaya qoyurlar və işğalçılıq siyasətinin aləti olmaq istəmirlər:

“KTMT-dəki vəziyyət bizim təsəvvürümüzdə olan hərbi-siyasi blokların həmrəylik obrazından çox uzaqdır. Misal üçün NATO ilə KTMT ölkələri arasında olan həmrəyliyi müqayisə belə eləmək olmaz. Doğrudur NATO-da üzv dövlətlərin bir-biriləri ilə siyasi və hərbi problüemləri var, buna baxmayaraq Alyans prinspial məsələlərdə, xüsusən ittifaq ölkələrinin təhlükəsizlik məsələlərində tam birlik nümayiş etdirirlər və Ukrayna ittifaqın üzvü olmasa belə, bu birlik bu gün Ukrayna müharibəsində özünü göstərir.

KTMT ilə isə vəziyyət başqadır. Məsələ onadaır ki, bu hərbi ittifaqın iki ən problemli ölkəsi işğalçılıq müharibəsi aparır. Bunu həm Rusiya, həm də Ermənistan nümunəsində müşahidə edirik. Çünki həm Ermənistan, həm də Rusiya müharibələri digər ölkələrin ərazisində həyata keçirirlər. Bu ədalətsiz müharibələrdə KTMT-nin dəstəyini almaq istəyirlər. Belə olan halda digər üzvlər də bu işğalçı siyasətin alıtinə çevrilmək istəmirlər.

Eyni zamanda hər iki dövlət bu müharibələri başladanda, həyata keçirəndə, işğalçılıq siyasətini davam etdirəndə KTMT üzvləri ilə məsləhətləşməmişdilər. Belə olan halda da əlbəttə ki, KTMT-nin digər üzvləri öz mövqelərini birmənalı şəkildə bildirirlər. Çünki KTMT-nin digər üzvləri ərazi bütövlüyünün üstün olmasını bəyan edirlər

Digər tətərfdən isə KTMT-nin yaranması belə məcburi xarakter daşıyıb və “Varşava müqaviləsi”nin süqutundan sonra Rusiya yeni bir hərbi ittifaqa ehtiyac duyduğu üçün belə bir təşkilat yaradılıb. Bu təşkilata üzvlük isə heç də könüllü və təbii ehtiyacdan olmayıb. Yəni KTMT formal xarakterli hərbi ittifaq olub və bu ittifaq ancaq Rusiyanın imici üçün gərəkli olub. Belə deyə biləri ki, KTMT “ölü doğulub” və bu üzdən də indiki yaşanan proseslər təbiidir.

Fərhad Məmmədov: “Hər bir ölkənin xüsusi təhlükəsizlik təhdidləri var. Bilirik ki, Rusiyanın KTMT üzvü olan ölkələrə belə ərazi iddiaları var. Ona görə də KTMT ölkələri Rusiyanı özlərinə qarşı da təhlükə olaraq görürlər və KTMT-də olmaqla əslində bu təhlükəni önləməyə çalışırlar”.

Hər bir ölkə çalışır ki, xarici siyasətdə üstünlüyə nail olsun. Həmçinin hər bir ölkənin xüsusi təhlükəsizlik təhdidləri var. Bilirik ki, Rusiyanın KTMT üzvü olan ölkələrə belə ərazi iddiaları var. Ona görə də KTMT ölkələri Rusiyanı özlərinə qarşı da təhlükə olaraq görürlər və KTMT-də olmaqla əslində bu təhlükəni önləməyə çalışırlar. Əgər KTMT kimi hərbi siyasi bloka üzvlük bu təhdidləri neytrallaşdırmaq üçün kifayət etmirsə, əlbəttə, bu dövlətlər daha böyük, daha güclü dövlətlərə, məsələn, ABŞ və Çinə müraciət edirlər. Həmin dövlətlər çalışırlar ki, öz problemlərini, öz təhlükəsizliyini bu dövlətlərin iştirakı ilə də təmin etsinlər.

Ona görə də KTMT anormal bir qurumdur və bu qurmda olan dövlətlərin təhlükəsizlik strategiyaları heç də üst-üstə düşmür. Hətta KTMT-nin daha çox təcavüvkar dövlətləri olan RusiyaErmənistanın təhlükəsizlik strategiyaları fərqlidir. Ermənistanda düşünürlər ki, Rusiya onların işğalçı siyasətlərinə hərbi yardım göstərməlidir, Rusiya isə düşünür ki, Ermənistan bütün hallarda Moskvanın geosiyasi maraqlarını təmin etməlidir. Digər dövlətlər isə öz təhlükəsizlik problemlərini əsasən Rusiyadan qaynaqlandığından əmindirlər. Yəni KTMT daxilində olan vəziyyət bundan ibarətdir.

Ümumilikdə isə KTMT-nin səmərəsizliyi göz önündədir. Əlbəttə, Qazaxıstanda daxili çəkişmələrdə KTMT qüvvələrindən istifadə edildi. Amma Qazaxıstana KTMT qüvvələrinin çıxarılması bu dövlətin təhlükəsizlik problemini daha artırdığı üçün Qazaxıstan bir neçə gündən sonra bu qüvvələrin öz ərazisindən çıxarılmasını istədi və buna da nail oldu”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar