Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sürməli” partlayışına görə Yeravan və Moskva arasında yaranan gərginlik...

Paşinyana yaxın mətbuat yanğına səbəb kimi Rusiyanı hədəf seçib. Ağır ittihamlar nədən xəbər verir?..

Politoloq: ““Sürməli”dəki partlayışdan sonra Paşinyan ailəsinə bağlı mətbuat belə demək mümkünsə, “qırmızı xətti” keçdi. Hətta Rusiya səfiri buna görə Ermənistan hökümətinə nota belə verdi və bu da ondan xəbər verir ki, Moskva ilə Yeravan arasında iplər qopmaq üzrədir”.

“Heç kimə sirr deyil ki, mövcud vəziyyətdən Paşinyan komandası istifadə etmək istəyir. Hamıya məlumdur ki, Paşinyan tam olaraq Ermənistanı Avropa İttifaqında, Qərb düşərgəsində görür və Rusiyadan uzaqlaşmaq istəyir”.

Bu sözləri politoloq Zaur Məmmədov “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışa görə Ermənistanla Rusiya arasında yaranan gərginliyi PİA.az-a şərh edərkən qeyd edib.

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın ictimai-siyasi həyatı daha da mürəkkəbləşib. Ötən günlərdə İrəvanda, “Sürməli” ticarət mərkəzində baş vermiş partlayış Ermənistan KİV-də sensasiyayalı xəbərlərin dərc olunması ilə müşahidə olunub. Yerli mətbuat, hətta Paşinyana yaxın mətbuat yanğına səbəb kimi Rusiyanı hədəf seçib. Hətta erməni mətbuatı yazmışdı ki, “Sürməli” ticarət mərkəzindəki partlayışdan bir neçə saat əvvəl Rusiya mətbuatı hadisə ilə bağlı məlumat yayıb. Sonradan bu məlumat təsdiqlənməsə də, erməni mətbuatı partlayışın məhz Rusiya tərəfindən həyata keçirilməsi ilə bağlı mesajı ictimaiyyətə ötürmüş oldu. Bununla da Rusiya ilə Ermənistan arasında olan ziddiyyətlərin bir az da dərinləşdi və Rusiya Ermənistana nota verdi.

Qeyd edək ki, Rusiyaya qarşı səsləndirilən ittihamların epiçentri Paşinyana yaxınlığı ilə tanınan populyar “Baqramyan 26” teleqram kanalıdır. Bəzi məlumatlara görə isə “Baqramyan 26” teleqram kanalı birbaşa Paşinyanın nəzarəti altındadır. Məhz bu kanaldan da Paşinyanın əsas siyasi tezisləri səsləndirilir və kanal Ermənistanın Baş nazirinin əsas təbliğat ruporu kimi bilinir.

Dünən isə “Baqramyan 26” teleqram kanalı 44 günlük müharibədə Ermənistanın yaşadığı ağır məğlubiyyətə görə Rusiyaya qarşı ağır ittihamlar yönləndirib. Kanal müharibədə bir çox qərarların alınmasına, o cümlədən Azərbaycanın iqtisadi və hərbi infrastrukturlarına zərbələrin endirilməsinə məhz Moskva mane olub. Həmçinin “Baqramyan 26” teleqram kanalı yazır ki, 44 günlük müharibə ərzində Ermənistan parlamenti separatçıların qurumunu tanımağa cəhd göstərib. Lakin yenə də Moskvadan gələn zəng nəticəsində bu baş tutmayıb.

Paşinyana yaxın olan mətbuatın Rusiyaya qarşı bayraq açması isə əslində çox şeydən xəbər verməlidir. Çünki bu mətbuatın Paşinyanın direktivi olmadan Rusiyaya bu qədər asi olması heç də inandırıcı gəlmir.

Hazırda Ermənistanla Rusiya arasında baş verənləri necə dəyərləndirmək olar və Paşinyana birbaşa bağlı olan medianın Rusiyaya qarşı ağır ittihamlar səsləndirməsi nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Ukraynadan sonra məhz Ermənistanda və eyni zamanda Qazaxıstanda anti-Rusiya meyillərinin daha da güclənməsinin şahidi olacağıq. Hətta baş verənlər bu ölkəri Rusiya ilə münaqişəyə də aparıb çıxara bilər”.

Son zamanlar “Laçın dəhlizi” ətrafında baş verənlərin, Qarabağda ermənilərlə bağlı bəzi nüansların, rus sülhməramlılarının Rusiyanın imicinə Ermənistanda zərbə vurduğunu düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu kontekstdə biz İrəvanın Rusiyanı gözdən salmaq üçün bəhanələr axtarışı içində olmasının fərqində olmalıyıq:

Rusiyaya qarşı hər zaman çıxış edən Ermənistandakı media arasında yeganə media kimi biz Nikol Paşinyanın və onun həyat yoldaşına yaxın olan kütləvi informasiya vasitələrinin adlarını çəkə bilərik. Lakin “Sürməli”dəki partlayışdan sonra Paşinyan ailəsinə bağlı mətbuat belə demək mümkünsə, “qırmızı xətti” keçdi. Hətta Rusiya səfiri buna görə Ermənistan hökümətinə nota belə verdi və bu da ondan xəbər verir ki, Moskva ilə Yeravan arasında iplər qopmaq üzrədir və artıq bağlı qapılar arasında aparılan danışıqlar kömək etmədiyinə görə Moskva Yervana rəsmi nota verməyə məcbur oldu.

Maraqlı məqam ondan ibarətdir ki, Ermənistan hakimiyyətini məhz indi Rusiyaya qarşı bu kimi çıxışlar etməsinə məcbur edən səbəblər nədir? Heç kimə sirr deyil ki, mövcud vəziyyətdən Paşinyan komandası istifadə etmək istəyir. Hamıya məlumdur ki, Paşinyan tam olaraq Ermənistanı Avropa İttifaqında, Qərb düşərgəsində görür və Rusiyadan uzaqlaşmaq istəyir.

Digər tərəfdən də Ermənistanın Baş naziri başa düşür ki, Rusiyadan uzaqlaşmaq o qədər də asan məsələ deyil. Amma son zamanlar “Laçın dəhlizi” ətrafında baş verənlər, Qarabağda ermənilərlə bağlı bəzi nüanslar, rus sülhməramlıları Rusiyanın imicinə Ermənistanda zərbə vurmaqdadır. Bu kontekstdə biz İrəvanın Rusiyanı gözdən salmaq üçün bəhanələr axtarışı içində olmasının fərqində olmalıyıq.

Əlbəttə, “Sürməli” ticarət mərkəzində baş vermiş partlayış haqqında sübutsuz söz demək çətindir. Çünki Ermənistan tərəfi açıqlamışdı ki, bu teror hadisəsi deyil. Amma bütün bu bəyanatlara baxmayaraq, erməni mətbuatının baş verənlərə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq cəhdi Ermənistanla Rusiya arasında olan münasibətləri gərginləşdirəcək addıma çevrildi. Təsadüfi deyil ki, dünən səfirlik də Ermənistan Xarici İşlər Nazirliyinə öz notasını verdi.

Zaur Məmmədov: “Ermənistanın Rusiyadan qopması prosesinə illərdir start verilib”.

Hər bir halda ErmənistanRusiya münasibətlərinin korlanması artıq bir neçə ildir ki, davam etməkdədir. Bu da Azərbaycan üçün olduqca yaxşı haldır. Xüsusilə qeyd etmək istəyirəm ki, Ermənistanın Rusiyadan qopması prosesinə illərdir start verilib. Ermənistanın orta və alt qruplarında, qeyri-hökumət təşkilatlarında, eyni zamanda tələbə və gənclər təşkilatlarında çoxdandır ki, anti-Rusiya əhvalı müşahidə olunur. O zamankı keçmiş hökuməti və Rusiya tərəfindən maliyyələşən media qrupları və jurnalistləri çıxmaq şərti ilə artıq bir qrup kütlə Qərbə və Avropa İttifaqına yaxınlaşmağın vacib olduğunu qeyd edirdilər.

Artıq bu proseslər baş verib. Növbəti hədəf kimi biz yaxın aylarda və illərdə Ukraynadan sonra məhz Ermənistanda və eyni zamanda Qazaxıstanda anti-Rusiya meyillərinin daha da güclənməsinin şahidi olacağıq. Hətta bu, onlar arasında münaqişəyə də gətirib çıxara bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar