Bazar ertəsi, 26 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Ukraynada atəşkəs təklif edəcəyi gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmaq üçün Ukraynanın Lvov şəhərinə gedir.

İlkin məlumata görə, masaya yatırılacaq əsas iki mövzu - taxıl dəhlizinin funksionallığının artırılması və müharibənin diplomatik yollarla həlli üçün atılacaq addımlardır.

İclasda müzakirə ediləcəyi gözlənilən məsələlər arasında Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində Türkiyənin vasitəçiliyi də var.

Müharibədən əvvəl Ukraynada olan və orada qalan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki “A440M” təyyarəsinin Türkiyəyə qaytarılması da mövzular arasındadır.

Ərdoğan sonuncu dəfə 2022-ci il fevralın 3-də, Rusiya-Ukrayna müharibəsinin başlamasına 17 gün qalmış Ukraynaya səfər edib.

Müharibə səbəbindən Ukraynanın hava məkanı bağlıdır. Ona görə də Türkiyə lideri və onu müşayiət edən şəxslər alternativ yollarla Lvova gedəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Bu hansı ağır çəkili nazirdi ki, vətəndaşlar ona görə əlavə 6 km əlavə yol getməyə məcbur olurlar... – Video

İranda etirazçı qadınların 20 yaşlı azərbaycanlı lideri öldürülüb - Video

Qarabağda şəhərsalma işlərini məmur öz oğlunun şirkətinə həvalə edib 

Van Dammın azərbaycanlı gəlinindən qalmaqallı açıqlama

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib - Yenilənib, Video

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub - Yenilənib

Ərdəbil də üsyana qalxdı: Hökumət qüvvələrinin daşlanması -Video

Sərhəddə 17 kilometrlik növbə yaranıb: Rusiyalılar sərhədi piyada keçirlər 

İrandakı etirazlarda ölənlərin sayı 55 nəfərə çatıb - Yenilənib

MŞ İdarə Heyətinin üzvü seçilmiş Niyaz Niftiyev istefa verib

Ən çox oxunanalar