Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahşükür Paşazadə: "Qazaxıstanda və Azərbaycanda multikulturalizmin inkişafı təmin edilib"

Qazaxıstanda və Azərbaycanda multikulturalizmin, dinlərarası sülh və əməkdaşlığın təmin edilməsi və inkişafı üçün lazımi şərait yaradılıb.

PİA.az xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 14-15 sentyabrda Qazaxıstanda keçiriləcək dini liderlərin VII qurultayına ünvanladığı məktubunda yer alıb.

Onun sözlərinə görə, dini, siyasi, elmi və ictimai xadimlər VII Qurultayda həmrəylik nümayiş etdirərək yekun sənəddə terrorun bütün forma və təzahürlərini, nifrət və ksenofobiyaya çağırışı, dindən şəxsi və siyasi məqsədlər üçün istifadə edilməsini, həmçinin kilsələrdə, məscidlərdə, sinaqoqlarda və digər dini məbədlərdə inanclı şəxslərə qarşı ekstremizm aktlarını kəskin şəkildə pisləyəcək, dini simvolların və müqəddəs yerlərin təhqir olunmasına qarşı etiraz səsini ucaldacaqlar.

A.Paşazadə məktubunda ənənəvi dünya dinlərinin təmsilçilərinin, dövlət xadimlərinin və ictimai xadimlərin bütün dünyada sülh və əmin-amanlığın təmin edilməsinə yönəlmiş səylərinin yekun məqsədi olan missiyanı yüksək səviyyədə həyata keçirdiyinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə öz dərin minnətdarlığını bildirib.

O, AzərbaycanQazaxıstanın həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri dərinləşdirilmək üçün geniş imkanlara malik olduğunu bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar