Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu deputatlar yanğın baş verən zaman “Qalaaltı”nda istirahət edirmiş 

Şabranda “Qalaaltı” İstirahət Mərkəzində müalicə olunuram. Artıq hər şey yaxşıdır. Deputat Etibar Əliyev, Konstitusiya Məhkəməsinin məsul işçisi Şahin Rüstəmov və digərləri ilə gecə saat 2-3-dək insanların arasından çıxmadıq. Burada Orta Asiyadan olanlar da var idi. Hamısına təskinlik verdik. Bəzi yoldaşlar təhlükəsizliyi düşünüb buranı tərk etdilər. Sanatoriyada “YAŞAT Fondu”nun xətti ilə 50-dən yuxarı uşaq dincəlirdi. Onlar təxliyə olundular. İnanın ki, üstümə qalın paltar almaq üçün belə, otelə qayıtmadım. Camaatın arasında olduq, səbirli olmaları üçün təskinlik verdik. Yanğın həqiqətən təhlükəli idi. Qalanın altından sanatoriyanın üst tərəfinə kimi bütün sahə, demək olar, yanırdı. Hətta 50 metr məsafəyə kimi gəlmişdi. Çox qorxulu vəziyyət idi. Bunu inkar etmək olmaz”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin göstərdikləri fədəkarlığı xüsusi vurğulayıb: “Saatlarla FHN-in yanğınsöndürənlərini müşahidə etdim. Maşınlar dağı üzüyuxarı qalxa bilmirdi. Gecə yarısı, fənərlərlə yollar tapır, alov ocaqlarının söndürülməsi üçün canlarını təhlükəyə atırdılar. Qalaltı sanatoriyasının rəhbərliyi, işçiləri də fədakarlıq göstərdilər. Onlar da yanğınsöndürənlərlə birlikdə, çiyin-çiyinə səfərbər olmuşdular. Yaxşı oldu ki, əksəriyyət özünü itirmədi. Sanatoriyada 600-dən yuxarı istirahət edən, müalicə alan insan, xeyli sayda işçi heyəti var, əksəriyyəti dözüm göstərdi. Dövlətimizin gücünə inandıq. İnandıq ki, yanğının qarşısı alınacaq, şükürlər olsun ki, yanılmadıq. Hətta gecə saat 2-dən sonra pəncərədən müşahidə edirdim. Saat 3-də, 4-də, artıq bir-iki yanğın nöqtəsi qalmışdı, o da təhlükə törətmirdi... Bu gün səhər artıq hər şey yaxşıdır. Bir az tüstü var, vəssalam. Bir deputat kimi, Vəhdət Partiyasının sədri kimi, vətəndaş kimi, fədakarlıq göstərən yanğınsöndürənlərə, sanatoriyanın rəhbərliyinə, şəxsi heyətinə minnətdarlığımı bildirirəm. Gözlərimin qarşısında olan fədəkarlıq idi. Halal olsun! Xalqımızın belə ruh yüksəkliyini görmək mənim üçün xoşdur. Təklif etdilər ki, heç olmasa ailə üzvlərim getsinlər. Amma biz razılaşmadıq. Onlar da bizimlə burada sona qədər qaldılar. İndi hər şey ötüb keçib. O gün olsun ki, respublikamızın ərazisində bütün yanğınlar tamamilə söndürülsün”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar