Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan Azərbaycana 19 kq narkotik keçirən şəxs tutulub - Foto

Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində ölkə ərazisinə xaricdən külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddənin gətirilərək realizə olunmasının qarşısı alınıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Xeyirxah Kurabbaslı Səmədabad kəndi ərazisində saxlanılıb. Həmin şəxsdən dövlət sərhədini qanunsuz olaraq keçməklə ölkəmizə gətirdiyi 19 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən, ayrı-ayrı bükümlərdə 5 kiloqram 295 qram heroin, 1 kiloqram 360 qram metamfetamin, 4 kiloqram 560 qam tiryək, 6 kiloqrama yaxın həşiş qətranı və 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar