Çərşənbə, 28 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: "Bu məsələlər FHN-ə yaraşmaz"

Məlum olduğu kimi son günlər, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyevin FHN-in bir neçə xanım əməkdaşları ilə intim videosunun yayılması ölkə gündəmini alt-üst edib. 7-8 il öncə baş verən məsələnin bu günlərdə gündəmə bomba kimi düşməsi beyinlərdə bir sıra suallar yaratdığından məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən açıqlama almaq qərarına gəldik.

Sumqayit.tv-in ünvanladığı suala partiya sədri bildirdi ki, bu videoların indi ictimayyətə təqdim edilməsi sözügedən nazirliyə qarşı aparılan qərəzdən xəbər verir. “FHN naziri çox ləyaqətli, vətənini sevən insandır. 44 günlük Qarabağ müharibəsində bütün məsələlər ilə yaxından maraqlanmışdı. Bəzi qüvvələr var ki, Azərbaycanda dövlətə yanan insanları ləkələmək üçün əllərindən gələni edirlər. Mən də hal-hazırda Ankarada müalicə almağıma rəğmən məsələ ilə bağlı olan xəbərləri izləyirəm. Həmin şəxslərlə əlaqədar müəyyən tədbirlər görülüb.” Daha sonra H.Hacıyev yaxın günlərdə yenidən belə məsələlərlə bağlı hər hansı dövlət qurumlarında analoji hadisələrin baş verməsini arzulamadığını bildirdi. “Aydındır ki, hakimiyyət daxilində kimlər-kimlərə qarşı bu vasitədən istifadə edirsə çox xoşagəlməyən və irgənc üsuldur. Azərbaycan dövlətinə bu cür hallar lazım deyil. Hər hansı avaranın birinin gördüyü işə başqası cavabdeh deyil ki. Düşünürəm bu məsələlər FHN-ə yaraşmaz. Dediyim kimi, hakimiyyət daxilində dövləti sevən, ona xidmət edən insanlara böhtan atırlar. Lakin ağa qara yapışmaz. Hər halda bu mənasız məsələdir. Bu cür şantajlarla heç kimi əqidəsindən, yolundan döndərmək olmaz. Bilirsiniz ki, mən həmişə həqiqəti danışan insanam. Kimsə kimin yatağına girib bunu başqa yerdə axtarsınlar. Bizə Qarabağımızı azad etmək lazımdır.” deyə H.Hacıyev fikirlərini tamamladı.

pia.az 


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Neftçalada şəhid dəfnində İran təxribatı - Video

Həbs edilən keçmiş MTN naziri azadlığa çıxdı

Paşinyan Azərbaycana yeni xəritə təklif etdi - Video

8 milyonluq mənimsəmə - Müdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edildi

Azərbaycanda dəhşət: Ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırdılar

On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb - Fotolar

İranın 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə plan hazırladığı ortaya çıxdı

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət etdi - Yenilənib

Prezident və birinci xanım Füzuliyə səfər edib - Fotolar, Yenilənib

Ən çox oxunanalar