Cümə, 30 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynalılar “daha çox neofaşistdirlər”, yoxsa ruslar?..

Rusiya Qərbə doğru inteqrasiya etmək istəyən Ukrayna xalqını bu haqqdan məhrum etmək üçün hansı haqqa sahibdir və bu haqqı ona kim verib? Tanrımı, yoxsa artıq xəstəliyə çevrilən rus şovinizmi?..

Ərəstun Oruclu: “Rusiyanın faşist simvolikası ilə Ukraynaya hücum etməsi Putinin ən absurd ideyası idi və bu eyni zamanda Rusiyada “yeni faşizmin” reallaşdırılması idi. Moskva da bunu gizlədə bilmədi”.

“Təqribən 90 ildir ki, faşizmə qarşı mübarizə apardığını bar-bar bağıran bir ölkədə bütün bunların baş verməsi kimlərəsə təəccüblü görünə bilər. Amma mən qeyd edim ki, bu “rus ruhu”nun təbii halıdır”.

Busözləri “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Rusiya ordusunun Ukrayna müharibəsində faşist simvolikasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna münaqişəsi başlayandan, yəni 2014-cü ildən bəri Rusiya Ukraynanı “neofaşizmdə” ittiham edir. Lakin o da fakdır ki, Rusiya Ukraynaya məhz “neofaşizm” simfolları ilə hücum etdi və faktiki olaraq bu “neofaşist” simvollar Rusiyanın simvoluna çevrilsə də, bu “Z” və “V” simvollarının nə ifadə etdiyi rəsmi qaydada Rusiya tərəfindən açıqlanmır.

Rusiya təbliğatçılarının telekanalalrda davranışları isə ümumiyyətlə heç bir normal davranəşdan xəbər vermir. Onların səsləndirdikləri fikirləri isə ancaq açıq faşizm kimi, ya da neofaşizm kimi dəyərləndirmək olar. Bütün halalrda özlərinin beynəlxalq normalara sığmayan iddilarını digər xalqların və o cümlədən Ukrayna xalqının üzərində hegemon qılmağa çalışmaları və bunu adi hal kimi qəbul etmələri Rusiya cəmiyyətinin “ağır xəstə” olduğunu göstərməkdədir. Rusuiyanın dünyada ən böyük nüvə arsenalına sahib olmasını nəzərə alarsaq, bu xəstəlik həm də bütün dünya üçün təhlükəyə çevrilib. Belə olan halda “neofaşist” kimdir?

Beynəlxalq miqyasda tanınan sərhədlərini Rusiyanın təcavüzündən qorumağa çalışan, demokratik cəmiyyət formalaşdıran Ukraynamı, yoxsa imeriya və fövqəldövlət xəyalalrı yaşayıb mövcud sərhədləri hərbi yolla dəyişdirməyə cəhd edən, özünü dünya xalqları üzərində xüsusi imtiyaza sahib olaraq görən, bütün ideologiyalarını yalan, siyasətlərini şantaj üzərində quran və despotik hakimiyyətə sahib olan Rusiyamı?

Rusiya Qərbə doğru inteqrasiya etmək istəyən Ukrayna xalqını bu haqqdan məhrum etmək üçün hansı haqqa sahibdir və bu haqqı ona kim verib? Tanrımı, yoxsa artıq xəstəliyə çevrilən rus şovinizmi?

Bu gün Rusiyanın bütün rəsmilər, təbliğat ruporları və nə yazıq ki, sadə rus xalqı Ukrayna şəhərlərini dağıdaraq, dinc insanları bombardman edib öldürərək və milyonlarla insanı qaçqın durumuna gətirərərk iddia edirlər ki, onlar buna məcburdurlar. Bəs bu məcburiyyət nədən doğur? Xəstə “rus ruhu”ndan doğmurmu?

Bu gün sadə ruslar iddia edirlər ki, təhlükəsizliklərini təminat almaq üşün onlara “yeni torpaqlar” lazımdır. Halbuki Rusiyanın ərazisi dünyanın quru hissəsinin 6/1 hissəini təşkil edir. Və ruslar özlərini kimdən, nədən qorumaq istəyirlər? Əgər onlar da dünya sivilizasiyasının bir hissədirlərsə və dünyada ən böyük nüvə silahı arsenalına sahibdirlərsə, o zaman təhlükəsizlik təminatı üçün “yeni torpaqlar” ruslara niyə lazımdır? Axı bu məntiqlə hər kəs qonşusuna təcavüz etmək haqqına sahib olur və bu əslində xaosa açılan qapı olur...

Bəs belə olan halda Ukrayna xalqını “neofaşist” adlandıran Rusiya dövləti nə qədər haqlıdır və Ukraynadakı müharibənin alovlanmasında “Ukrayna neofaşizmi” daha böyük rol oynayıb, yoxsa rus faşizmi?..

Mövzunu PİA.az-ın əməkdaşı siyasi analitik və təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Rusiya rəsmiləri və təbliğat ruporları Ukraynanı “neofaşizm”də ittiham edirlər. Onların bu ittihamlarının arxasında isə heç bir əsas yoxdur və belə bir əsas olsaydı, Qərb, o cümlədən İsrail Ukrayna ilə indiki münasibətlərə sahib olmazdılar”.

Bu gün bütün parametrləri ilə neofaşist ölkənin Rusiya olduğunu vurğulayan siyasi analitik PİA.az-a açıqlamasında qeyd edib ki, rusların beynəlxalq hüququ rədd edərək digər xalqların gələcəyi üzərində öz haqqlarının olması iddiası ilə çıxış etmələri əsil neofaşizm nümunəsidir və bu insani dəyərlərə aid olan heç bir məntiqə sığmır:

“Açığı Rusiyanın Ukraynanın milli və beynəlxalq haqqlarına qəsb edərək Ukrayna xalqının seçiminə qarşı çıxması ən adi faşizm nümunəsdər. Ancaq Rusiya ordusunun “Z” və “V” simvolları ilə Ukrayna torpaqlarına təcavüz etməsi ən adi siyasi və ideoloji normaları aşdı. Çünki Rusiya Ukraynadakı “faşizmi” yox eləmək naminə bu ölkəyə təcavüz etdi və bu zaman rus ordusunun yeni faşist simvollarından istifadə etməsi heş bir məntiqə sığmır.

Buna görə də hesab edirəm ki, Rusiyanın faşist simvolikası ilə Ukraynaya hücum etməsi Putinin ən absurd ideyası idi və bu eyni zamanda Rusiyada “yeni faşizmin” reallaşdırılması idi. Moskva da bunu gizlədə bilmədi. Bəlkə də bu “rus ruhu”nun tamamilə xəsətələnməsi ilə əlıaqəli idi, ya da rus şoviniminin ifrat şəkildə ortaya çıxması idi.

Rusların beynəlxalq hüququ rədd edərək digər xalqların gələcəyi üzərində öz haqqlarının olması iddiası ilə çıxış etmələri əsil neofaşizm nümunəsidir və bir daha qeyd edim ki, bu insani dəyərlərə aid olan heç bir məntiqə sığmır.

Təqribən 90 ildir ki, faşizmə qarşı mübarizə apardığını bar-bar bağıran bir ölkədə bütün bunların baş verməsi kimlərəsə təəccüblü görünə bilər. Amma mən qeyd edim ki, bu “rus ruhu”nun təbii halıdır. Ona görə də bunda təəccüblü heç nə yoxdur. Sadəcə Rusiya oz “ruhunu” pərdə arxasında tutmağa çalışır və buna görə də Rusiya rəsmiləri və təbliğat ruporları Ukraynanı “neofaşizm”də ittiham edirlər. Onların bu ittihamlarının arxasında isə heç bir əsas yoxdur və belə bir əsas olsaydı, Qərb, o cümlədən İsrail Ukrayna ilə indiki münasibətlərə sahib olmazdılar. Yəni bu iddia absurddur və hər hansı səviyyədə Ukrayna millətçiliyinin də başqa xalqlara qarşı təcavüzü və aqressiyası da bu günə qədər elə də müşahidə olunmayıb. Amma Putin dönəmində bu açıq şəkildə Rusiyada özünü göstərməkdədir.

Ərəstun Oruclu: “Rusiyanın bu gün Ukraynada elədikləri faşizmin açıq görünən simasıdır”.

Buna görə də Putin özünün neofaşizm simvolikasının görüntüləri altında həyata keçirdiyi siyasət və hərbi cinayətlərin ağır nəticələr yaradan məsuliyyətini Ukraynanın üzərinə atmaq istəyir. Ukraynada hansı “neofaşizm” siyasətindən söhbət gedə bilər ki, bu ölkədə xalqın mütləq əksəriyyəti yəhudi əsilli prezidenti seçib. Ukrayna xalqı demokratik inkişaf yolunu seçib və ona bu yolda da mane olmaq istəyən ölkə Rusiyadır. Doğrudur Ukraynada olqarxiya və korrupsiya hələ də var. Amma Zelenski höküməti olqarxiya və korrupsiyanı kifayət qədər zəiflədə bilib.

Ona görə də bu gün neofaşist ölkə olaraq elə Rusiyanın özü görünür. Ən neofaşist siyasət yürüdən hökumət də elə Putinin hökumətidir. Buna görə də Putin qorxu içindədir.

Rusiyadan verilən bütün bu sərsəm, isterik bəyanatlar da həmin qorxudan gələn təbii reaksiyalardır. Putin öz dönəminin axının çatdığını anlayır. Putin başa düşür ki, onun rejimi çökməkdədir və onun rejimi ilə birlikdə Rusiya da çökməkdədir. Putinin öz həyatı təhlükə altındadır. Buna görə də o bu cür bəyanatlar verir.

Ərəstun Oruclu: “Bu müharibədə faşist ideologiyaya kimin sahib olması açıq şəkildə görünür və Putinin, o cümlədən Lavrovun verdiyi bəyanatlar heç nəyi dəyişmir”.

Ancaq bu da bir fakdır ki, bütün dünyada qadağa olunmuş “Z” və “V” neofaşist simvolikası ilə Ukraynada müharibəni davam etdirən Putinə artıq heç kim inanmayacaq. Rusiya dövlətinə heç bir dövlət etibar etməyəcək və bütün hallarda Rusiyadakı neofaşizm öz beşiyində boğulacaq. Çünki bu müharibədə faşist ideologiyaya kimin sahib olması açıq şəkildə görünür və Putinin, o cümlədən Lavrovun verdiyi bəyanatlar heç nəyi dəyişmir. Çünki bu bəyanatların nə qədər böyük yalan olduğu da hamıya aydındır.

Əgər bir dövlət dinc əhalini, uşaq baxçalarını, xəstəxanaları raket atəşinə tutub adını orada Ukraynada “neofaşizmi yox eləmək” qoyursa, burda kimin neofaşist olub-olmadığı öz-özündən aydındır. Rusiyanın bu gün Ukraynada elədikləri faşizmin açıq görünən simasıdır.

İkinci dünya müharibəsinin tarixinə baxanda görürük ki, Hitler və tərəfdarları heç vaxt faşist olduqlarını etiraf etməyiblər. Onlar müqəddəs iş üçün çalışdıqlarını iddia edirdilər və özlərinin da tam haqqlı olduqlarına inanırdılar. Amma onların əməlləri sonunda faşizm olaraq tanındı və bu gündə bu əməllər bütün dünya tərəfindən lənətlənir. Eyni tale də Putini və putinizmi gözləyir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

KTMT Azərbaycan-Ermənistan sərhədinə qoşun yeridir...

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” – Nazirə sərt ittiham

Azərbaycan bayrağına hörmətsizlik edən vəzifəli şəxs şəhid övladı imiş - Yenilənib, Video

Rusiya Ukraynaya "İskəndər" raketləri atıb: ölən və yaralananlar var, 52 avtobus yanıb

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb

Tofiq Yaqublu sərbəst buraxılıb- Yenilənib, Video

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Ən çox oxunanalar