Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə Ermənistan arasında nə baş verir?- “Surmalu”dakı partlayış təkcə İrəvanı silkələməyib...

Səfir etiraz edir, təxribatçı Peqov isə ara qarışdırır...

İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış Ermənistanın siyasi gündəminə ciddi təsir göstərməkdədir. Belə ki, Ermənistanın hazırkı hakimiyyətinə yaxın media vasitələri hadisənin arxasında Rusiyanın və onun Ermənistandakı əlaltılarının olduğuna dair eyhamlar vururlar. Həmçinin, qeyd edirlər ki, məhz Rusiya və onun himayə etdiyi qüvvələr partlayışın faciəli nəticələrindən istifadə etməyə çalışırlar.

Əslində, Paşinyan hökuməti tərəfdarlarının ittihamlarını əsassız saymaq doğru olmazdı. Ən azından ona görə ki, hələ 44 günlük müharibədən yaxşı tanıdığımız rusiyalı “muzdlu” hərbi jurnalist, Moskvadakı erməni lobbisinin xidmətçisi Semyon Peqov partlayışla bağlı müxtəlif təxribat xarakterli məlumatlar paylaşıb.

O, öncə partlayışın qatı anti-Rusiya mövqeli ekstremist “sasna tsrer” təşkilatı tərəfindən törədildiyini iddia edib. Daha sonra hadisənin miqyasını şişirdərək, partlayış nəticəsində az qala yüzlərlə insanın öldüyünü, onların arasında uşaqların da olduğunu bildirib. Faciədən Ermənistan hakimiyyətini ittiham etmək üçün bəhanə kimi istifadə edən Peqov və onun şəriki Mika Badalyan, eləcə də digər Rusiya təbliğatçıları bununla da əhali arasında panika yaymağa çalışıblar.

Buna paralel olaraq, Ermənistandakı rusiyapərəst siyasi müxalifət də bu faciədən siyasi alət kimi istifadə etməyə çalışır. Burada bir məqam da qeyd olunmalıdır ki, sentyabr ayında İrəvanda şəhər şurasına seçki keçiriləcək və yeni mer müəyyənləşdiriləcək. Bu baxımdan sözügedən partlayış həmin seçkinin nəticələrinə də ciddi təsir göstərə bilər. Hətta hakimiyyət daxilində belə hazırda bu post uğrunda çəkişmə olduğu bildirilir.

Belə ki, Paşinyanın sabiq müavini Tiqran Avinyan mer postuna əsas namizəd sayılır. Lakin partlayış yerinə gələn Avinyan özünü hakim partiyanın namizədi kimi təqdim etməklə, ciddi ittihamlara məruz qalıb və siyasi qalmaqala səbəb olub. Belə ki, müxalif qüvvələr onu bu faciədən öz siyasi reklam kampaniyası üçün istifadə etməkdə günahlandırıblar. Həmçinin, onun bu davranışı hakimiyyət daxilində mer postu uğrunda gedən savaşın təzahürü hesab edilir.

Maraqlıdır ki, Paşinyana yaxın bloqerlər də qarşı tərəfi, xüsusilə birbaşa Rusiyanı ittiham etməkdən çəkinmirlər. Hətta ilk olaraq xəbər yayılıb ki, partlayışdan bir neçə saat əvvəl bəzi Rusiya KİV-lərində artıq həmin partlayışın baş verdiyinə dair məlumatlar yayılıb. Bu isə hadisənin əvvəlcədən planlaşdırıldığına dair qənaət yaradır. Lakin sonradan belə bir məlumatın yayıldığı təkzib olunub. Ancaq istənilən halda, erməni cəmiyyətində son zamanlar Rusiyaya qarşı yaranan mənfi münasibət bu faciə fonunda kəskin şəkildə özünü büruzə verməyə başlayıb. Ermənilər bu hadisədə Rusiyanın əli olduğuna inanmağa daha çox meyllidirlər.

Məşhur “Telegram” kanallarından olan “Baqramyan-26” isə Rusiyanın Ermənistandakı səfirliyini ölkədə aranı qarışdırmaqda, siyasi qarşıdurmanı qızışdırmaqda, bu faciədən istifadə edərək, Paşinyan hakimiyyətini gözdən salmaqda ittiham edib. 

İş o yerə çatıb ki, bütün bunlara cavab olaraq, Rusiya səfirliyi xüsusi etiraz bəyanatı ilə çıxış edib və hətta Ermənistan XİN-ə nota göndərib. Səfirlik “Surmalu”-dakı partlayışda Rusiyanın adının hallandırılmasına etiraz edib və bildirib ki, “bu hadisədən istifadə edən siyasi qüvvələr Rusiya-Ermənistan münasibətlərinin pozulmasına yönələn təxribatlarla məşğuldurlar”.

Təbii ki, “siyasi qüvvələr” deyilərkən Paşinyan hakimiyyəti və ona yaxın dairələr nəzərdə tutulur.

Bir sözlə, avqustun 14-də baş vermiş partlayış təkcə İrəvanı deyil, Ermənistanın daxili siyasi həyatını və ermənilərin Rusiyaya qarşı onsuz da pisləşən münasibətini də silkələyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar