Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mixal Bilek: "Qarabağ"la cavab matçına xüsusi hazırlaşacağıq"

"Rəqibə böyük hörmətimiz var. Açıq oynasaydıq, matç daha sürətli və qaynar keçərdi. Əsas taktikamız müdafiə olunmaq idi"

Bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis nəticədən razı qaldığını bildirib: "Bizi evdə daha ağır oyun gözləyir. Cavab matçına xüsusi hazırlaşacağıq. "Qarabağ"ın güclü rəqib olduğunu bilirdik. Kifayət qədər şanslarımız da oldu. Amma qapıda və müdafiə xəttində də inamlı oynadıq. Hətta düşünürəm ki, bizim qol imkanlarımız daha çox idi".

O, futbolçularının aqressiv oynamadığını söyləyib: "Sadəcə, irəli getməyə tələsirdik. Ola bilsin, sürət özünü aqressiya kimi göstərib. Yeganə məqsədimiz hücum etmək idi".

Çexiyalı baş məşqçi qapıçı Yindrjix Stanekin kifayət qədər inamlı oyun göstərdiyini vurğulayıb: "Çexiyanın ən yaxşı qolkiperlərindən biridir. Fikrimcə, evdə də əla çıxış edəcək. Hesab edirəm ki, nəticə ədalətlidir. Şansları bərabər dəyərləndirirəm".

Bilek azərbaycanlı azarkeşlərin onlara qarşı aqressivlik nümayiş etdirmədiklərini bildirib: "Çox gözəl atmosfer yaratmışdılar. Ümid edirəm ki, bizim fanatlarımız da belə ab-hava yaradacaqlar. Fitə basılmağımızı aqressivlik kimi qəbul etmirəm".

Mütəxəssis cavab matçında da qapıçının inamlı çıxışına ümid edəcəklərini söyləyib.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar