Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada müharibəni kim başlayıb? - Qərb, yoxsa Rusiya?...

Putin dünən isterik şəkildə Qərb dövlətlərini və NATO-nu tənqid edərək bildirdi ki, Ukraynadakı müharibəni məhz Qərb başlayıb...

Siyasi-şərhçi: “Müharibənin səbəbi heç də Ukraynanın NATO-ya üzv olması deyil, Ukrayna xalqının Putinin iradəsinə tabe olmamasıdır”.

“Putin iddia edir ki, guya o Ukraynanı işğal etməyə qalxmasa, bu ölkənin “denafisikasiya” və “demilitarizasiya” etmək niyyətini elan edərək müharibəni başlatmasa, oraya NATO gələcəkdi. Bilirsiniz, bu Rusiya liderlərinin ən böyük yalanlarından biridir”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiya prezidenti Vladimir Putinin Moskva Beynəlxalq Təhlükəsizlik Forumundakı çıxışını PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putin “Tavrida Art” Moskva Beynəlxalq Təhlükəsizlik Forumundakı çıxışında ABŞ-ın liderlik etdiyi Qərb dövlətlərini və NATO-ni isterik şəkildə tənqid edib. Putinin fikrincə müharibəni məhz Qərb başlayıb və bu müharibənin hədəfi “Rusiyanı ləğv etməkdir”. Putinə görə Qərbin bu cəhdi alınmayacaq və Rusiya bütün düşmənlərini “ləğv etməyə” qadirdir. Rusiya prezidenti qeyd edib ki, bunu tarix də dəfələrlə sübut edib.

Maraqlıdır ki, X Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında əsasən Afrika və bir neçə kiçik Asiya ölkəsinin nümayəndələri iştirak edib və Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu ölkələrin forumda iştirakından şad olduqlarını qeyd edərək, Qərbin Rusiyanın təcrid etmək planlarının iflas etdiyini vurğrlayıb.

Bəs müharibənin məhz Qərb tərəfindən başladıldığın iddia edən Putin nə qədər haqlıdır və Rusiya prezidentinin isterikası nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Rusiyanın məğlubiyyəti artıq qaçılmaz görünür. Bu müharibənin sonunda Rusiya Krımı itirsə belə, bu təəccüblü görünməyəcək”.

Bu gün ən neofaşist siyasət yürüdən hökumətin elə Putinin hökuməti olduğunu vurğulayan ekspert bildirib ki, buna görə də Putin qorxu içindədir:

Rusiya prezidentinin isterik çıxışı onunla əlaqəlidir ki, o başlatdığı müharibədə faktiki olaraq hədəflərinə çatmayıb. Həqiqəti desək, Rusiya məğlubiyyətlə üz-üzədir. Rusiyanın məğlubiyyəti artıq qaçılmaz görünür. Bu müharibənin sonunda Rusiya Krımı itirsə belə, bu təəccüblü görünməyəcək. Buna görə də Putin indidən çalışır bunun məsuliyyətini, əvvəl də olduğu kimi başqalarının üzərinə atsın.

Putin iddia edir ki, guya o Ukraynanı işğal etməyə qalxmasa, bu ölkənin “denafisikasiya” və “demilitarizasiya” etmək niyyətini elan edərək müharibəni başlatmasa, oraya NATO gələcəkdi. Bilirsiniz, bu Rusiya liderlərinin ən böyük yalanlarından biridir. Heç bir NATO Ukraynaya girməyəcək və əgər Rusiya başlatmasaydı, heç bir müharibə də olmayacaqdı.

Onu da qeyd edim ki, Rusiya rəsmilərinin iddialarına baxmayaraq, Ukrayna hakimiyyəti çox normal və demokratik bir hakimiyyətdir. Ukrayna məhz bu məsələdə Rusiyadan fərqlənir və tbii olaraq Ukrayna xalqının da öz gələcəyini despotik Rusiya ilə deyil, demokratik Avropa ilə görməsi çox təbiidir. Yəni Ukrayna xalqı öz gələcəyini Avropanın bir hissəsi olaraq görür və Putinin də müharibəni başlatmasının əsas səbəbi budur. Faktiki olaraq Putin 8 ildir ki, Ukrayna xalqının iradəsinə qarşı müharibə aparır, lakin qalib gələ bilmir.

Putinin bundan əvvəl belə bəyanatları da olmuşdu ki, Ukrayna NATO-ya üzv qəbul olunsa, Ukraynadan Moskvaya raketlərin uçuş məsafəsi 7 dəqiqəyə qədər qısalacaq və bu da Rusiya üçün qırmızı xətdir. Amma indi Finlandiya NATO üzvü olur və Finlandiyadan Sankt-Peterburqa raketlər daha tez çatacaq. Buna baxmayaraq Rusiya Finlandiyanın NATO-ya üzv olmasına etiraz etmir, səsini belə çıxartmır. Yəni müharibənin səbəbi heç də Ukraynanın NATO-ya üzv olması deyil, Ukrayna xalqının Putinin iradəsinə tabe olmamasıdır. Həqiqət budur və müharibə ona görə başlayıb ki, Putin Ukrayna xalqının Rusiyanı deyil, Qərbi seçməsini həzm edə bilmir. Məhz buna görə Ukraynada şəhərlər yer üzündən silinir və hər gün hərbiçi ya da mülki olmasından asılı olmayaarq yüzlərlə insan bommardmanlar nəticəsində ölür.

Putin və onun təbliğatçıları “qırmızı xətt” ifadəsini işlətməyi çox sevirlər. Amma anlamırlar ki, onlar “qırmızı xətt”i keçiblər və heç bir beynəlxalq normaya riayət eləmək istəmirlər. Suveren bir ölkənin ərazisində özlərinin yaratmış olduqları qondarma terrorçuları dövlət kimi tanımaqla, onların çağırışı ilə oraya qoşun yeritməklə Putin təkcə “qırmızı xətt”i keçmədi, həm də bütün beynəlxalq hüquq normalarını məhv etdi. Ya da özününün dediyi kimi “ləğv etdi”.

Ərəstun Oruclu: “Ukraynaya qarşı müharibə etməklə Putin son 20 ildə gördüyü bütün işləri zibil qutusuna atmış oldu. Putinin isterikası da bunnla bağlıdır. İndi Putin üçün tək çıxış yolu müharibəni diplomatik yolla və Rusiyanın fövqəldövlət simasını qorumaqla bitirməkdir. Bu isə imkansız görünür”.

Putin 24 fevral, hücum ərəfəsində verdiyi bəyanatla açıq-aşkar göstərdi ki, o hərbi təcavüz siyasətinə əl atıb. İndi də Putin bunun altından qaçmağa çalışır. Putinin qaçmağa çalışmasının da iki səbəbi var:

1. Rusiyanın daxil vəziyyəti. Çünki Putini ən çox maraqlandıran Rusiyanın daxili məsələsidir. Rusiya ordusunun belə faciəvi şəkildə rüsvay olması, dünyada rus ordusunun ikinci hərbi güc olması imicinin darmadağın olması, Putinə baha-başa gələcək. Bu əslində Rusiyanın dövlət olaraq məhv olmasının başlanğıcıdır. Çünki Rusiyanı dövlət və imperiya olaraq qoruyan əsas institut - yəni ordu artıq sıradan çıxarılır və bu Putinin və tərəfdarlarının yürütdüyü siyasətin nəticəsində ortaya çıxır. İndi Putini ya öz tərəfdaşları, yəni keçmiş KQB tərəfdaşları tərəfindən hakimiyyəti saxlamaq üçün devriləcək, ya da onların hamısını birlikdə xalq və hərbiçilər devirəcək. Çünki indi baş verənlər Rusiyanın bir dövlət olaraq təməlini dağıdır və bunun da əlamətləri görünməkdədir.

2. Rusiyanın dövlət olaraq dünyadan təcrid olunmasıdır. Bu gün məlum olur ki, Rusiyanın nəinki məişət texnikası, avtomobil texnikası, hətta ən müasir hərbi texnikası belə Tayvandan və digər ölkələrdən idxal olunan müasir texnologiyaların hesabına başa gəlirmiş. Rusiya indi həmin teznologiyaları istehsal edə bilmir və bu gedişlə yaxın illərdə Rusiyanın Hərbi Sənaye Kompleksi tamamilə iflas edəcək. Yaxın illər deyəndə mən azı 10-20 ili nəzərdə tuturam.

Buna görə də mən hesab edirəm ki, yaxın 10-15 il müddətində Rusiyanın bir dövlət və imperiya olaraq iflasını və yox olmasını müşahidə edəcəyik. Bu artıq qaçınılmaz görünür və bunu məsuliyyəti də tarixən Putinin üzərinə düşəcək. Yəni faktiki olaraq Ukraynaya qarşı müharibə etməklə Putin son 20 ildə gördüyü bütün işləri zibil qutusuna atmış oldu. Putinin isterikası da bunnla bağlıdır. İndi Putin üçün tək çıxış yolu müharibəni diplomatik yolla və Rusiyanın fövqəldövlət simasını qorumaqla bitirməkdir. Bu isə imkansız görünür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar