Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqası: "Qarabağ" bu gün pley-off oyununa çıxacaq

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək...

Azərbaycan çempionu Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Matçın baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olacaq.

İki komanda indiyədək avrokuboklarda bir dəfə rəqib olub. 2016/2017 mövsümündə ÇL-in III təsnifat mərhələsinə təsadüf edən dueldə Plzen təmsilçisi qalib gəlmişdi. Çexiyadakı matçda qolsuz heç-heçə qeydə alınmışdı. Bakıdakı görüşdə 1:1 hesablı heç-heçəyə nail olan qonaqlar səfər qolu sayəsində mərhələ adlamışdılar. Bu mənada, sabahkı qarşılaşma "köhlən atlar" üçün revanş xarakteri də daşıyır.

Ağdam klubu oyuna ciddi itkilərlə çıxacaq. Mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər. Rəqibin heyətində isə hər hansı itki yoxdur.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyun

17 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya)

Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)

VAR hakimləri: Neyts Kaytazoviç, Yure Praprotnik (hər ikisi Sloveniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar