Cümə, 30 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrə Gülnarə Kərimovanın 131 milyon dollarını Özbəkistana qaytaracaq

Özbəkistan və İsveçrə İslam Kərimovun qızı Gülnarənin 131 milyon dollarının Avropa ölkəsinin banklarına qaytarılması haqqında saziş imzalayıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Gülnarə Kərimovanın aktivlərinə dair sazişi Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov və İsveçrə prezidenti İqnazio Kassis imzalayıblar”, - deyə məlumatda bildirilir.

Kərimovanın özü də hazırda vətənində həbsdədir. 2015-ci ildə o, Özbəkistan məhkəməsi tərəfindən rüşvətxorluq və vergidən yayınmada təqsirli bilinib və buna görə 5 il həbs cəzası alıb. 2020-ci ildə keçmiş prezidentin qızı hədə-qorxu ilə pul tələb etmə və mənimsəmə işində təqsirli bilinərək, daha 13 il 4 ay həbs cəzası alıb.

2020-ci ildə İsveçrə Özbəkistanla Kərimovanın çirkli pulların yuyulması işində müsadirə edilmiş pulların qaytarılmasına dair razılaşmanın şərtlərini razılaşdırıb . Özbəkistan Prokurorluğu həm də birinci prezidentin varisi tərəfindən çıxarılan milli tarixi və bədii dəyərlərin geri qaytarılmasını istəyir.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

KTMT Azərbaycan-Ermənistan sərhədinə qoşun yeridir...

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” – Nazirə sərt ittiham

Azərbaycan bayrağına hörmətsizlik edən vəzifəli şəxs şəhid övladı imiş - Yenilənib, Video

Rusiya Ukraynaya "İskəndər" raketləri atıb: ölən və yaralananlar var, 52 avtobus yanıb

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Tofiq Yaqublu sərbəst buraxılıb- Yenilənib, Video

Ən çox oxunanalar