Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tayvan uğrunda Çin-ABŞ mübarizəsi - Bu mübarizə müharibəyə çevrilə bilərmi?

Adətən müharibədən qaçmağa çalışan Çinin Sakit Okean hövzəsində müharibəyə cəlb edilməsi ABŞ-ın maraqlarına uyğun görünürmü? Və yaxud Vaşinqton Pekini müharibəyə cəlb etməyi bacaracaqmı?..

Politoloq: “ABŞRusiya arasında mövcud olan Ukrayna gərginliyindən fərqli olaraq ABŞ və Çin arasında belə bir gərginliyin, xüsusilə də Asiya və Sakit okeanı arasında baş verməsi o qədər də inandırıcı görünmür”.

“Tayvana qarşı müharibə olarsa, bu təkcə ABŞ və Qərb ölkələrinin, Avropa Birliyinin müdaxiləsi ilə nəticələnməyəcək, eyni zamanda Yaponiya, Cənubi Koreya, Hindistan, İndineziya kimi çox saylı Sakot Okean ölkəsi Çinə qarşı birləşəcək. Çin də bunu yaxşı başa düşür”.

Bu sözləri politoloq Samir Hümbətov Çinlə ABŞ arasındakı yaranan Tayvan qarşıdurmasını PİA.az-a şərh edərkən qeyd edib.

Hazırda qlobal miqyasda ciddi geosiyasi problemlər baş alıb gedir. Belə bir həssas və mürəkkəb vəziyyətdə dünyanın gələcək taleyi bir çox mənada Amerika ilə Çin arasındakı münasibətlərdən asılı ola bilər. ABŞ Nümayəndələr Palatasının spikeri Nancy Pelosinin Tayvana səfəri Çin, Tayvan və onun müttəfiqi ABŞ arasındakı münasibətlərdə gərginliyin artmasına səbəb olub. Bu münasibətlər daim alovlanmağa meyilli olması ilə seçilib və 70 ildən çoxdur ki, davam etməkdədir.

Nensi Pelosidən sonra başqa konqresmenlər də Tayvana səfər edib. Senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir. Konqresmenlər Tayvan administrasiyasının rəhbərliyi ilə görüşlər keçiriblər. Pekin bu səfərlərə Tayvan ətrafında hərbi təlimləri artırmaqla, hərbi gəmiləri və təyyarələri ada ətrafında keşik çəkməklə cavab verib. Vaşinqtondan da Pekinin ünvanına xəbərdarlıqlar göndərilib.

Hazırda isə Şərqi Avropada və Sakit Okean hövzəsində geosiyasət qaynar qazanı xatırladır. Bəs Çinlə ABŞ arasındakı Tayvan qarşıdurmasının Rusiya ilə ABŞ arasındakı Ukrayna qarşıdurması kimi müharibəyə çevrilə bilərmi? Ümumiyyətlə adətən müharibədən qaçmağa çalışan Çinin Sakit Okean hövzəsində müharibəyə cəlb edilməsi ABŞ-ın maraqlarına uyğun görünürmü? Və yaxud Vaşinqton bunu bacaracaqmı?

Çin və ABŞ arasında yaranan gərginliyin mümkün nəticələrini PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Bu gün Asiya və Sakit Okean hövzəsində Çinə qarşı böyük bir ittifaqın qurulmasından söhbət gedir. Amma düşünmürəm ki, indiki məqamda Çin hökuməti tələsik addımlar atsın və müharibə üçün şərait yaratsın”.

Çin vəziyyətin hansı istiqamət üzrə cərəyan etdiyini yaxşı başa düşdüyünü qeyd edən politoloq PİA.az-a bildirib ki, hazırda Çinin əsas hədəfi baş verə biləcək təxribatlardan yayınmaqdır:

ABŞRusiya arasında mövcud olan Ukrayna gərginliyindən fərqli olaraq ABŞ və Çin arasında belə bir gərginliyin müharibə ilə nəticələnməsi heç də inandırıcı görünmür. Düzdür, son dövrlər Çin ABŞ-ın Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin Tayvana sələfindən sonra Çin aqressivliyini daha da artırdı. Çinin bu aqressivliyi də həm ABŞ-a, həm də Tayvana qarşıdır. Bu gün Çin bütün böyük miqyaslı hərbi təlimlər keçməklə, əslində həm ABŞ-a, həm də Tayvana əzələ nümayiş etdirməyə çalışır.

Amma Pekinin məsələni müharibəyə qədər aparıb çıxaracağını gözləmirəm. Çünki bu müharibə Çinin yüksəlməkdə olan iqtisadiyyatına ziyan vuracaq. Müharibə Çində iqtisadi tənəzzülə yol aça bilər ki, bu da ABŞ-ın əsas məqsədlərindən biridir. Eyni zamanda müharibə Tayvan yaxınlığından keçən ticarət marşurutlarına da böyük ziyan vuracaq ki, bu da ümumiyyətlə dünya iqtisadiyyatında güclü tənəzzülün olmasına yol açacaq. Ona görə də düşünürəm ki, Çin həmişə olduğu kimi səbrli davranaacq, amma Tayvanın da tamamilə Çindən qopmasına da imkan verməyəcək.

Əslində bu hesablanmış bir addımdır. Düşünürəm ki, ABŞ-ın istəyi müəyyən mənada Çini təxribata çəkməkdir. Amma Çin vəziyyətin hansı istiqamət üzrə cərəyan etdiyi yaxşı başa düşür. Buna görə də düşünürəm ki, Çinin əsas hədəfi baş verə biləcək təxribatlardan yayınmaqdır. Bunun üçün də Çin müəyyən addımlar atır və müharibə təhlükəsini qabardaraq gündəmdə saxlayır. Amma bir daha qeyd edim ki, Çin Rusiya kimi tələsik addım atıb Tayvana qarşı müharibəyə getməyəcək.

Samir Hümbətov: “Biz görürük ki, bu gün Ukrayna müharibəsi bir fövqəldövlət olaraq Rusiyanı sıradan çıxarır. Çinin də Tayvana hücumu eyni vəziyyətin təkrarlanmasına yol aça bilər və Çin faktiki olaraq Sakit Okean hövzəsində təklənə, hətta mühasirəyə alına bilər”.

Ümumiyyətlə, bir məsələni diqqətdə saxlamaq lazımdır ki, keçən il ABŞ-Böyük Britaniya və Avstraliya AUKUS hərbi ittifaqını imzalamaqla əslində, yeni bir ittifaq formalaşdırıblar. Verilən məlumatlardan belə aydın olur ki, hətta bu ittifaq Yaponiya, Cənubi Koreya və Hindistanın da qoşulma ehtimalı var. Bütün bunlara nəzərə alaraq deyə bilərik ki, bu gün Asiya və Sakit Okean hövzəsində Çinə qarşı böyük bir ittifaqın qurulmasından söhbət gedir. Amma düşünmürəm ki, indiki məqamda Çin hökuməti tələsik addımlar atsın və müharibə üçün şərait yaratsın. Biz görürük ki, bu gün Ukrayna müharibəsi bir fövqəldövlət olaraq Rusiyanı sıradan çıxarır. Çinin də Tayvana hücumu eyni vəziyyətin təkrarlanmasına yol aça bilər və Çin faktiki olaraq Sakit Okean hövzəsində təklənə, hətta mühasirəyə alına bilər. Yəni Pekinin Moskva kimi qızğın şəkildə qərar verib təcrid iqtisadiyyatına keçməsinə mən ehtimal vermirəm. Bütün halalrda bu müharibə anqlosaksların ticarət yolları üzərində nəzarətini gücləndirə bilər.

Aydın məsələdir ki, Rusiya ilə olduğu kimi Çin ABŞ-la birbaşa müharibəyə girə bilməyəcək. Əgər, bu müharibə olarsa, bu Tayvana qarşı ola bilər və o zaman da Çinə qarşı bütün Sakit okean hövzəsinin ittifaqı yaranaacq. Çünki Sakit okean hövzəsi yeni sivilizasiyanın və iqtisadi inkişafın mərkəzidir və bu mərkəzdə Çinin yüksəlişinə qarşı kifayət qədər güc və resusrs var. Tayvana qarşı müharibə olarsa, bu təkcə ABŞ və Qərb ölkələrinin, Avropa Birliyinin müdaxiləsi ilə nəticələnməyəcək, eyni zamanda Yaponiya, Cənubi Koreya, Hindistan, İndineziya kimi çox saylı Sakot Okean ölkəsi Çinə qarşı birləşəcək. Çin də bunu yaxşı başa düşür. Buna görə Çin mümkün variantda çalışır ki, özünə uyğun zamanı müəyyən etsin və onun üzərindən hərəkətə keçsin. Yəni Çin səbrlə məsələni diplomatik yolla həllinə çalışacaq. Hətta buna illər belə sərf eləsə də, Pekin Tayvan problemi diplomatik yolla öz xeyrinə həll etməyə çalışacaq.

Düşünürəm ki, Asiya və Sakit okean hövzəsində baş verən hadisələr hələ ki, Çinin maraqlarına xidmət etmir. Buna görə də Çin mümkün qədər ABŞ-ın təxribatlarına uymamağa çalışır və hesab edirəm ki, belə tezliklə Asiya və Sakit okean hövzəsində Çin-ABŞ qarşıdurmasısı olmayacaq. ABŞ bunu istəsə belə, Çin buna imkan verməyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

NATO Baş katibi: Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Ən çox oxunanalar