Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı məhkəməyə niyə müraciət edib?

Sabirabad Rayon İcra Hakimiyyətinin mətbuat xidməti Sabit Mirzəyevin məhkəməyə verilməsinin səbəbi ilə bağlı məlumat yayıb. Həmin məlumatı təqdim edirik:

"15 avqust 2022-ci il tarixdə Youtube sosial şəbəkəsində yayımlanan “Media TV” kanalında Saatlı şəhər sakini Mirzəyev Sabit Abas oğlunun video-müraciəti yayımlayıb. Video materialda S.Mirzəyev Saatlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Siraqəddin Cabbarov barəsində əssasız, heç bir sübut və fakta dayanmayan şər-böhtan dolu ifadələr işlədib. O, S.Cabbarovun Saatlı rayonuna rəhbərlik etdiyi müddət ərzində ayrılan vəsaitlərin mənimsənildiyini bildirərək, əvvəlki çıxışlarına görə qarşı tərəfdən məhkəməyə verildiyini dönə-dönə qeyd edib.

Məlumat veririk ki, Sabit Mirzəyevin Siraqəddin Cabbarov haqqında fikirləri, həmçinin onun rayona ayrılmış vəsaitlərin mənimsənildiyi barədə dedikləri tamamilə əsassızdır. Belə ki, Saatlı Rayon İcra Hakimiyyətinin maliyyə məsələləri, o cümlədən Prezidentin Ehtiyat Fondundan, həm də dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına görülmüş işlər Azərbaycan Respublikası Hesablama Palatası və Maliyyə Nazirliyi tərəfindən təftiş olunmuş, hər hansı maliyyə pozuntusu aşkar olunmamışdır.

Qeyd edək ki, S.Mirzəyevin bu xarakterdə çıxışları dəfələrlə olmuşdur. Elə bu səbəbdən Siraqəddin Cabbarov tərəfindən Sabit Mirzəyevə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair məhkəmədə iddia qaldırılmış və 29.08.2022-ci il tarixdə Saatlı rayon Məhkəməsində ilkin baxış məhkəməsi keçiriləcəkdir".

Məlumat üçün bildiririk ki, S.Cabbarov 17 may 2019-cu ildən Sabirabad Rayon
İcra Hakimiyyətinin başçısıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar