Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Kərimli: “Deputatlara qarşı fobiya yaranıb”

“İnsanlar fikirləşirlər ki, deputat seçicilərin adından olan təmsilçidirsə və xalq onu seçibsə, deməli, onu tənqid və hər şey tələb etmək hüquqları var. Ancaq düşünmürlər ki, bəzi məsələlər deputatın səlahiyyətindədir, ya yox. Bəzən deputat müəyyən məsələləri yerinə yetirə bilmir. Buna ya onun səlahiyyəti imkan vermir, ya da gücü çatmır. Hətta icra orqanları da bəzən deputatın sorğularına cavab vermir, telefonlarını belə götürmürlər və saymazlıq edirlər. Bəzən icra strukturunun rəhbəri minlərlə, onminlərlə insana rəhbərlik etdiyini düşünür. O, milyonlarla pulun dövriyyəsinə nəzarət edir və müəyyən şəkildə saymazlıq göstərir. Təəssüf ki, bu halda vətəndaşlar icra orqanın nümayəndəsini, o işi görməyə məsul olan şəxsləri deyil, deputatları hədəf seçirlər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, deputatların tənqid hədəfi olmasının digər səbəbi bəzi agentliklərin, saytların icra strukturlarında olan imkanlı şəxslərin əlində olmasındadır: “Onlar özlərindən zərbəni yayındırmaq üçün deputatlardan qalxan kimi istifadə edirlər. Ancaq bu heç kimə icazə vermir ki, istər deputat, istərsə başqa şəxslər haqqında yalan xəbərlər, şər-böhtan yaysın. Bu dəfə mən xoş tendensiyanı hiss etdim. Sevinc Fətəliyevanın məsələsindən sonra sosial şəbəkələrdə bəzi vətəndaşlarımız tanımadığı halda belə, onun müdafiəsinə qalxdılar. Demədiyi sözün tirajlayıb, xanımın şəxsiyyətini alçaltmaq nəyə lazımdır? Sevinc xanımın işindən çoxlarının heç xəbəri yoxdur. O inglis dilini çox gözəl bildiyindən dəfələrlə beynəlxalq təşkilatlarda Azərbaycanın mənafeyini müdafiə edib. Hətta mən xaricdən qonaq gələndə Sevinc xanımın Azərbaycanın mənafeyi üçün nə qədər çıxışlar etdiyinin şahidi olmuşam. Hamı bilir ki, Sevinc xanım heç vaxt heç kimin qəlbinə dəyməyib, heç kimi alçaltmayıb. Ona bu cür münasibət bəsləmək insaflıdırmı? Hesab edirəm ki, bu doğru deyil. Ümumiyyətlə, nəyəsə görə deputatlara qarşı fobiya yaranıb. Hamı onların üstünə düşür. Təbii ki, haqlı nöqsanlarımız varsa, qəbul etməyə hazırıq, amma şər-böhtan atılanda, fikirlərimiz təhrif olunanda, inciyirik. Axı biz də insanıq və gücümüz çatan qədər xalqımız, vətənimiz üçün işlər görürük”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar