Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Avropa Birliyi arasında enerji müharibəsi - Qalib kim olacaq?

Avropanı faktiki olaraq qaz şantajına məruz qoyan və ziyanla çalışan Moskva digər bazarlarda uğradığı zərəri qaytara bilirmi?..

İqtisadçı-ekspert: “Macarıstan, Çexiya və Slovakiyadan başqa digər Avropa ölkələri demək olar ki, Rusiyadan neft almır. Artıq Rusiya neft satışından ziyan görməyə başlayıb”.

Avropa Birliyinin Rusiyadan qaz asılılığı kifayət qədər ciddi və güclüdür. Avropa Birliyi üçün Rusiyanın qaz asılılığını azaltmaq çox asan məsələ deyil”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Rusiya ilə Avropa arasında həm də enerji müharibəsini PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna müharibəsi fonunda Rusiya ilə Avropa arasında həm də enerji müharibəsi gedir. Sanksiyalar, qərb treyderlərinin özünüməhdudiyyət və Rusiya tərəfindən enerji şantajına görə neftin qiyməti, depressiv covid qiymətləri ilə müqayisədə, nominal ibarədə 4,5 dəfə artıb.

Xatırladaq ki, 1970-ci illərin iri neft böhranı zamanlarından bəri dünya belə kəskin sıçrayış görməyib.

Lakin tək Avropa qaz qiymətlərində tarixi rekordlar qeydə alınıb. Bu da yəqin “Qazprom”un köməyi ilə olur. Kömürün qiyməti 2022-ci ilin zirvəsinə yaxınlaşmaqdadır, neft isə hələ ki, cari əsrin əsas maliyyə böhranı ərəfəsində real ibarədə çox ucuzdur.

Bu qədər yüksək qiymətlərin nəticələri və Aİ-nin Rusiya tədarüklərinə reaksiyası göz qabağındadır. Əvvəllər Rusiya Avropanın 40 faizədək qaz tələbatını təmin edirdi, 2021-ci covid ilində bu rəqəm bir qədər – 35 faizədək azalmışdısa, hazırda bu, artıq 25 faizdən azdır. Gələn ilin sonuna qədər isə Avropa Birliyi ümumiyyətlə Rusiya qazından imtina edəcəyini açqıalayıb. Rusiya isə Avropaya “Şimal axını 1” marşurutu qazın nəqlini demək olar ki, dayandırıb. Rusiya bununla həm “Şimal axını 2” qaz kəmərinin istismara verilməsini təmin etmək istəyir, həm də qazın qiymətini maksimum səviyəyə çatdıraraq sanksiyaların Rusiyadan daha çox Avropaya ziyan vurmasını nəzərə çatdlraraq avropalıların öz hökümətlərinə qarşı etirazlarına nail olmaq istəyir. Yəni qaz sanksiyalara qarşı hazırda Rusiyanın əlində olan əsas silahdır və Moskva bu silahdan effektli istifadə etmyə can atır.

Bəs bu müharibədə kim daha imkanlı görünür və müharibənin qalibi kim olacaq? Avropanı faktiki olaraq qaz şantajına məruz qoyan və ziyanla çalışan Moskva digər bazarlarda uğradığı zərəri qaytara bilirmi? Xüsusən Rusiyanın neft satışında geriləmə müşahidə olunurmu?

Rusuyanın Avropa Birliyi ilə apardığı enerji müharibəsini PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Avropda bu qış çox sərt və soyuq keçəcək. Yəni Avropa Birliyi ölkələrində enerji resurslarının çatışmamazlığı müşahidə olunacaq və Avropa Ukrayna müharibəsini soyuqdan donaraq hiss edəcək”.

Avropa Birliyinin qazla bağlı problemlərinin qaldığını vurğulayan ekspert PİA.az-a bildirib ki, qışa doğru qaz Rusuyanın əlində Avropaya təzyiq üçün kifayət qədər güclü bir şantaj alətinə çevrilə bilər:

Rusiya uzun illərdir ki, Avropa Birliyinin, Qərbin böyük neft, qaz təhcizatçısıdır. Yəni Avropa Birliyi ölkələrinin 35 faizə yaxınının ümumi qaz təchizatını Rusiyadan asılı idi. Bu göstərici neft istehlakında bir az fərqli idi. Amma hər halda Avropa ölkələri Rusiyadan hər gün təqribən 3 milyon barrelə yaxın neft alırdılar.

İndi Avropa Birliyində neftin əvəzlənməsi daha asandır. Yəni indi Avropa Birliyi ölkələri Rusiyadan alınan nefti azaldırlar. Macarıstan, Çexiya və Slovakiyadan başqa digər Avropa ölkələri demək olar ki, Rusiyadan neft almır. Artıq Rusiya neft satışından ziyan görməyə başlayıb. Rusiya Avropaya sata bilmədiyi nefti Hindistan və Çinə satmağa cəhd edir. Amma onlar da nefti ancaq 30 faizə yaxın endirimlə almağa razılıq verirlər. Məsələn bu gün dünya bazarında neftin qiymətin qiyməti 98 dollardırsa, təqribi hesablamaya görə Hindistan və Çin Rusiyada 65-70 dollara neft alırlar. Buna görə də Rusiyaya neft gəlirləri azalır.

Amma Avropa Birliyinin Rusiyadan qaz asılılığı kifayət qədər ciddi və güclüdür. Avropa Birliyi üçün Rusiyanın qaz asılılığını azaltması da çox asan məsələ deyil. Ən azından bunun üçün beş il vaxt lazımdır. Bu müddətdə yeni infrastruktur qurulmalı, yeni qaz mənbələri tapılmalıdır.

Göründüyü kimi Avropa Birliyinin qazla bağlı problemləri qalır. Qışa doğru qaz Rusiyanın əlində Avropaya təzyiq üçün kifayət qədər güclü bir şantaj alətinə çevrilə bilər. Bunu Avropa Birliyi ölkələri də anlayırlar. Buna görə də obrazlı desək, Avropda bu qış çox sərt və soyuq keçəcək. Yəni Avropa Birliyi ölkələrində enerji resurslarının çatışmamazlığı müşahidə olunacaq və Avropa Ukrayna müharibəsini soyuqdan donaraq hiss edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar