Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Cənubi Qafqazda Ermənistan üçün Rusiyanı əvəz edə bilərmi?..

İran rəsmilərinin yeri gəldi-gəlmədi bu bəyanatı səsləndirmələrinin məqsədi nədir və İran nədən narahatdır?..

Politoloq: “Revanşist planları naminə Yeravanın Tehrana güvənməsi sadəcə ağılsızlıqdır”.

“Tehranın Ermənistana verdiyi dəstəyin arxasında hər şeydən əvvəl İranın Cənubi Qafqazda nüfuz paylaşımına getmək istəyi ilə bağlıdır. Lakin buna Rusiya gedəcəkmi? Bu sualın cavabından çox şey, o cümlədən Ermənistanın taleyi də asılıdır”.

Bu sözləri politoloq İlqar Vəlizadə İran rəsmilərinin ən yüksək səviyyədə tez-tez Ermənistanla sərhədinin dəyişdirilməsinə imkan verməyəcəkləri barədə verdikləri bəyanatları PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar İran rəsmiləri ən yüksək səviyyədə tez-tez Ermənistanla sərhədinin dəyişdirilməsinə imkan verməyəcəyini dilə gətirirlər. Belə ki, İran ali dini liderinin iyulda Türkiyə prezidenti ilə görüşdən sonra rəsmi sosial şəbəkə hesabından İran-Ermənistan sərhədinin bağlanmasına qarşı olduqlarını, iki ölkə sərhədinin neçə min illik əlaqə yolu olmasını vurğulamasının ardınca bu həftə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı İran prezidenti İbrahim Rəisi ölkəsinin Qafqaz regionunda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcəyini bildirib.

İslam Respublikası rəhbərliyinin Ermənistanla sərhədlərinə bu qədər həssas yanaşması və hər dəfə beynəlxalq hüquqa istinad etməsi gülünc görünür. Çünki rəsmi Tehran 30 il ərzində işğal altında qalan Azərbaycan torpaqları ilə bağlı Ermənistan rəhbərliyinə hər hansı iradını bildirməyib, Azərbaycanla sərhədlərinin regionda geosiyasi dəyişiklik olmasını vurğulamayıb. Lakin istər 44 günlük müharibə dövründə, istərsə də ondan sonrakı mərhələdə İran rəhbərliyi Ermənistan mövzusunda, xüsusən də sərhədlərin toxunulmazlığı ilə bağlı dəfələrlə ən yüksək səviyyədə bəyanatlar verib, hətta Azərbaycanı təhdid edib.

Bəs İran rəsmilərinin yeri gəldi-gəlmədi bu bəyanatı səsləndirmələrinin məqsədi nədir və İran nədən narahatdır? Digər tərəfdən bu kimi bəyanatlarla İran Cənubi Qafqazda hərbi mövcudluğa can atmırmı və ümumiyyətlə, İran bölgədə Ermənistan üçün Rusiyanı əvəz edə bilərmi? Bu mümkün görünürmü?

İran Zəngəzur dəhlizi narahatlığını PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “İran bölgədə Rusiyanı əvəz edə bilməz. Çünki ilk öncə buna Rusiya imkan verməz”.

İranın bəzi siyasi dairələrinin bu cəfəng iddiaları ortaya atmaqla, sadəcə olaraq vəziyyəti qəsdən mürəkkəbləşdirdiklərini və əlavə gərginlik yaratdıqlarını düşünən politoloq PİA.az-a bildirib ki, İran tərəfi gərginlik yaratmaqla da öz məqsədlərinə çatmaq istəyirlər:

“Görünən odur ki, İran “Zəngəzur dəhlizi”nin reallaşmasından narahatdır. İran düşünür ki, “Zəngəzur dəhlizi” reallaşarsa, Ermənistan-İran sərhəddinə hər iki dövlətin nəzarəti azalacaq. Əslində isə bu cəfəng bir ideyadır. Çünki Azərbaycanın heç bir zaman başqa dövlətlərin ərazilərində gözü olmayıb. Azərbaycan dəfələrlə deyib, indi də deyir ki, Zəngəzurun itirilməsi tarixi ədalətsizlikdir. Vaxtı ilə o torpaqlar Azərbaycan torpaqları olub. Amma indi Azərbaycan o torpaqlara iddia etmir və Zəngəzuru torpaqlarına qatmaq fikri yoxdur.

“Zəngəzur dəhlizi”nin reallaşması o demək deyil ki, Azərbaycan o əraziləri öz torpaqlarına qatacaq. Bu İran tərəfindən çox məntiqsiz anlaşmadır. İran anlamalıdır ki, Ermənistan-İran sərhəddini rus sərhədçiləri qoruyur. Azərbaycan da indiki şəraitdə Rusiya ilə üz-üzə qalmaq niyyətində deyil. Bu ərazi Ermənistanın ərazisidir və Yəni beynəlxalq aləmdə Ermənistanın ərazisi olaraq tanınan bir ərazidir. Azərbaycan beynəlxalq hüquq normalarını da pozmaq niyyətində deyil.

Ona görə də bu tipli bəyanatları verməklə İran daha çox bulanıq suda balıq tutmağa çalışır və özünün Cənubi Qafqazda Rusiya və Türkiyə qədər əhəmiyyətli aktor olduğunu ortaya qoymağa çalışır. Tehranın Ermənistana verdiyi dəstək də bununla bağlıdır və bu dəstəyin arxasında hər şeydən əvvəl İranın Cənubi Qafqazda nüfuz paylaşımına getmək istəyi ilə bağlıdır. Lakin buna Rusiya gedəcəkmi? Bu sualın cavabından çox şey, o cümlədən Ermənistanın taleyi də asılıdır.

Artıq vəziyyət elə bir səviyyəyə çatıb ki, ermənilər Azərbaycanı İranla təhdid edirlər və bu təhdid əslində Teravanın geosiyasi planlarını iflasa apara bilər. Bunu da Yeravanda yaxşı bilməlidirlər. Çünki siyasət “saman çöpündən yapışmaqla” olmur. İran isə hazırda ermənilər üçün “saman çöpüdür” və bu “çöp” erməniləri xilas edə bilməz.

İlqar Vəlizadə: “Əgər İranın hər hansı hərbi planları varsa, onlar bu planları Azərbaycana qarşı yox, Rusiyaya qarşı aparmalıdır”.

İranın bəzi siyasi dairələri bu cəfəng iddiaları ortaya atmaqla, sadəcə olaraq vəziyyəti qəsdən mürəkkəbləşdirirlər və əlavə gərginlik yaradırlar. İran tərəfi gərginlik yaratmaqla da öz məqsədlərinə çatmaq istəyirlər. Bir daha qeyd edim ki, onların məqsədi də Cənubi Qafqazda, xüsusilə Zəngəzurda nüfuzlarını artırmaqdır. Hətta İran onların sərhədi boyu keçən “Zəngəzur dəhlizi”ni öz nəzarətləri altına almaq istəyir. Buna görə də Qafanda konsulluq da açdılar.

Amma bunların hamısı İran tərəfindən oynanılan oyundur. İran real proseslərə faha yaxından qoşulmaq və daha çox dividend əldə etmək üçün bu cür oyunlar oynayır və sabah istədiyinə nail olduqdan sonra Ermənistan öz süverinetini daha çox itirəcək. Yəni Tehran da Moskva kimi Ermənistandan geosiyasi alət kimi istifadə etməyə çalışır və Ermənistanın revanşist planları Tehran üçün heç də maraqlı deyil. Ona görə də revanşist planları naminə Yeravanın Tehrana güvənməsi sadəcə ağılsızlıqdır.

İran bölgədə Rusiyanı əvəz edə bilməz. Bu bir mənalıdır. Çünki ilk öncə buna Rusiya imkan verməz. Bildiyimiz kimi Ermənistan KTMT-nin üzvüdür. Ermənistanla Rusiya arasında ikitərəfli hərbi əməkdaşlıq barədə o qədər müqavilələr var ki, buna görə Ermənistanın Rusiyanın tərkib hissəsi olduğunu deyə bilərik. Buna görə də əgər İranın hər hansı hərbi planları varsa, onlar bu planları Azərbaycana qarşı yox, Rusiyaya qarşı aparmalıdır.

İlqar Vəlizadə: “İranın niyyəti sonucda baş tutmayacaq və vu siyasətin zərbəsi yenə də Ermənistana dəyəcək”.

Onu da qeyd edim ki, Cənubi Qafqazda nüfuz dairələri hələ də “Türkmənçay” müqaviləsi ilə müəyyənləşir. Bu müqaviləyə görə isə İranın Arazın bu tayına hərbi müdaxiləsi, həm də Rusiyanın nüfuz dairəsinə qarşı təcavüz olacaq.

Düşünmürəm ki, İran Azərbaycana qarşı bu cür bəyanatlar, fikirlər səsləndirməklə nəyəsə nail olacaqlar. Çünki “Zəngəzur dəhlizi”nin reallaşmasını Azərbaycan qədər Rusiya da istəyir. Bundan başqa “Zəngəzur dəhlizi”nin açılması ilə Ermənistanın bütün dəmir yollarını Rusiyanın öhdəliyinə verilmiş olacaq. Yəni İranın niyyəti sonucda baş tutmayacaq və vu siyasətin zərbəsi yenə də Ermənistana dəyəcək.

Bütün bunlara görə də İran tərəfindən Azərbaycana qarşı, xüsusən də “Zəngəzur dəhlizi”nə qarşı səsləndirilən əsassız, boş iddialar çox gülüncdür. İranın siyasi dairələri ya savadsızlıqdan, ya da başqa fikirlərdən bunları edirlər və deyim ki, çox kobudcasına edirlər. Amma bir daha qeyd edim ki, İran heç nəyə nail olmayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar