Şənbə, 24 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaporojye AES-də çıx - 40-dan çox ölkə Rusiyaya çağırış etdi

Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi birgə bəyanatla çıxış edərək Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasından dərhal qoşunlarını və şəxsi heyətini çıxarmağa çağırıb.

PİA.az “Report”a istinadla xəbər verir ki, bəyanat Avropa İttifaqının Vyanadakı beynəlxalq təşkilatlar yanında nümayəndəliyinin rəsmi saytında dərc olunub.

Qeyd olunub ki, Rusiya hərbçilərinin və silahlarının nüvə obyektində yerləşdirilməsi qəbuledilməzdir, MAQATE-nin bütün üzvlərinin hörmət etməyi öhdələrinə götürdükləri təhlükəsizlik və təminat prinsiplərini pozur.

Bildirilib ki, Zaporojye AES-də Rusiya hərbi qüvvələrinin olması operatora və Ukrayna hakimiyyətinə beynəlxalq konvensiyalara, MAQATE-nin təhlükəsizlik standartlarına uyğun olaraq nüvə və radiasiya təhlükəsizliyi üzrə öhdəliklərini yerinə yetirməyə mane olur.

Sənəddə qeyd edildiyi kimi, Rusiyanın işğalı və Ukraynanın nüvə obyektlərində mövcudluğunu davam etdirməsi nüvə insidentləri və qəza riskini xeyli artırır.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Bandotdel Milli Parkın direktorunu saxladı – “Ecofront” məlumat yaydı

Kreml Qarabağa yeni general qubernator təyin etməyə hazırlaşır

Rusiyada səfərbərliyə niyə ən çox milli azlıqların nümayəndələri çağırılır?

A.Yeniseydən təhsil nazirinə: Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır - Foto

İş adamı: Hökumət imkan versə, bir kisəsi 35 manata əla növ unu Azərbaycana gətirmək olar

Çində hərbi çevriliş olub və Si Tsinpini deviriblər?..

Ermənilər Fransada mədəniyyət mərkəzinə hücum ediblər

Paşinyan özünü ifşa etdi - sülh istəyən lider belə danışmaz

“Meyvəli”nin direktoruna məxsus şirkət ləğv olunur – Rəsmi

Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi üçün səsvermə keçirilib - Yenilənib

Ən çox oxunanalar