Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Premyer Liqası: "Qəbələ" ardıcıl 2-ci qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Məlumata görə, "Qəbələ" evdə "Şamaxı"nı qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 8-ci dəqiqədə "qırmızı-qaralar"dan Rövlan Muradov açıb. 2 dəqiqə sonra Murad Musayev fərqi artırıb. 10-cu dəqiqədə Felipe Santos 3-cü topu rəqibin qapısından keçirib. Qonaqlar 56-cı dəqiqədə Amil Yunanovun qolu ilə fərqi azaltsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər.

Ardıcıl 2-ci qələbəsini qazanan "Qəbələ" xallarını 6-ya çatdıraraq, 2-ci pilləyə yüksəlib. Lider "Sabah"la 3-cü sıradakı "Qarabağ" da eyni xala malikdir. Xalı olmayan "Şamaxı" isə 8-ci yerdə qərarlaşıb.

Turun son matçında "Neftçi" bu gün evdə "Kəpəz"lə qarşılaşacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sabah" səfərdə "Zirə"ni 3:1, "Qarabağ" "Sumqayıt"ı 2:0, "Turan Tovuz" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar