Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Üç gün müddətində Urala qədər heç bir canlı qalmaz" – Arestoviç

“4 adi Ukrayna təyyarəsi Dneprin sağ sahilindəki bütün “S-300” və “S-400”-ləri yer üzündən sildi”

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri, hərbi ekspert Aleksey Arestoviç Rusiyanın son zamanlar tez-tez əl atdığı şantaj vasitələrinin effekt verməyəcəyini bildirib. 

O, qeyd edib ki, Kremlin nüvə şantajı, taxıl şantajı, yaxud Suvalsk dəhlizinin(Belarusu Kalininqradla birləşdirməli olan və Polşa, Litva ərzilərindən keçən dəhliz-red.) ələ keçiriləcəyinə dair hədə-qorxuları mənasızdır.

“AzPolitika.info” xəbər verir ki, "Feyqin LIVE"-da danışan Arestoviç deyib ki, Rusiyanın şantajları keçməyəcək: “Nüvə şantajı ilə məşğul olmaq üçün tam axmaq olmalısan. Taxıl şantajı keçmədi, nüvə şantajı təşkil etmək qərarına gəldilər”.

Arestoviç Rusiya ordusunun strateji idarəçilik böhranı yaşadığını bildirib və Xersonda gedən döyüşlərlə bağlı maraqlı fakt açıqlayıb:

 “Adi bir misalı xatırladım. 1986-cı ilin köhnə raketlərini daşıyan 4 adi Ukrayna təyyarəsi Dneprin sağ sahilindəki bütün “S-300” və “S-400”-ləri yer üzündən sildi. Sıfırladılar! Bu, cəmi 4 adi Ukrayna təyyarəsidir. NATO lazım gəlsə, bir hava zərbəsində havaya 2100 ədəd təyyarə qaldıra bilər. Hansı Suvalsk dəhlizindən danışırlar? Urala qədər diri heç nə qalmaz, mən hərbi texnika və qüvvələri nəzərdə tuturam. 3 sutka ərzində ümumiyyətlə, heç nə qalmayacaq. Siz kimi hədələyirsiniz?”

Ekspert bildirib ki, Putin rejiminin böyük fəlakəti artıq qaçılmazdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar