Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Altı “HİMARS” raketindən yalnız birini vura bilərlər” – Ukraynalı hərbi ekspert

Ukraynanın “Siyasi-hərbi araşdırmalar mərkəzi”nin rəhbəri, hərbi ekspert Aleksandr Musienko “Unian.ua” portalına maraqlı müsahibə verib. O, müsahibəsində Krımda baş verən partlayışın səbəbi, cənub istiqamətindəki durum və Rusiya hərbi texnikasının vəziyyəti barədə danışıb.

PİA.az həmin müsahibəni təqdim edir:

- Əgər Ukraynanın cənubundakı cəbhədə baş verənlər barədə xəbərləri diqqətlə izləsək, belə təsəvvür yaranır ki, həm Ukrayna, həm də Rusiya hərbi gücləri hücuma hazırlaşır. Ancaq belə bir fikir də var ki, hər iki tərəf təşəbbüsün ələ alınması uğrunda döyüşür. Sizin fikrinizcə, yekunda kim üstünlük qazanacaq?

- Bu gün Ukrayna gücləri əksər istiqamətlərdə ilk əsas tapşırığı - düşmənin hücumunun və irəliləyişinin dayandırılması tapşırığını yerinə yetiriblər. Şiddətli döyüşlərin getdiyi Baxmut-Avdeyevka istiqaməti istisna olmaqla vəziyyət nisbətən sabitləşib. Baxmut-Avdeyevka istiqamətində Rusiya ordusu durmadan bizim mövqelərə hücum edir, amma vəziyyət rusların Severodonetsk və Lisiçanska hücum etdiyi kimi o qədər də ağır deyil.

İndi Ukrayna Ordusu düşmənin irəliləməsinin qarşısının alınması tədbirlərini görür, rusları sıxışdırmaq üçün güc və ehtiyat qüvvə toplanması prosesi gedir. Ruslar da tutduqları mövqeləri saxlamaq üçün ehtiyat qüvvələr cəlb edirlər. Onlar həmçinin, Ukrayna Ordusunun əks-hücuma keçən zaman buraxa biləcəyi səhvlərdən istifadə etməyə çalışacaqlar.

Faktiki olaraq bu, təşəbbüs uğrunda mübarizə deməkdir. Lakin mən düşünürəm ki, dönüş artıq var. Təşəbbüs tədricən Ukrayna tərəfinə keçir. Planların reallaşdırlması və cənubdakı ərazilərin işğaldan azad edilməsi üçün bizim müdafiəçilərə uğur arzulamaq qalır.

- Yəni, siz proqnozlaşdırırsınız ki, Ukrayna güclərinin hücumu olacaq?...

- Biz bunu döyüşlərin gedişində görəcəyik. Amma onu demək lazımdır ki, Ukrayna Ordusu cənubda üstünlük qazanmaq üçün müəyyən strategiya reallaşdırır. Bu, “Himars” sistemləri vasitəsilə yüksək dəqiqlikli zərbələrin vurulmasında, Dnepr çayı üzərindən Xerson vilayətinin sağ sahilinə daşınan hərbi arsenalın və mərmi anbarlarının məhv olunmasında özünü təzahür etdirir. Yəni, Ukrayna gücləri düşmənin taqətdən salınmasını hədəf alaraq əks-hücuma keçmək üçün plasdarm yaradır. Lakin quruda əks-hücuma keçmək üçün hələ gözləmək lazımdır.

- Cənubda rusiyalıları taqətdən salmaq və onların körpülər vasitəsilə gələn yardımlarını kəsmək üçün nə qədər vaxta ehtiyac var?

- Rusiya hərbi qruplaşmaları əvvəlki imkanlarından məhrum olublar. Biz Antonov və Kaxovsk körpüsünə vurulan zərbələri görürük. Düzdür, bəzi yerlərdə panton körpülər qalıb, ancaq onların buraxılış imkanları çox zəifdir. Ən əsası, Ukrayna gücləri hər şeyi atəş altında saxlayır. Elə ki, rusiyalılar təmir işlərinə başlayırlar, onların sonrakı logistik imkanlarının bərpa olunmasının qarşısını almaq üçün yeni zərbələr endirilir. Rusiya ordusu müəyyən ehtiyat toplayıb, lakin bu, nə vaxta qədər bəs edəcək? Bax, bu, zaman məsələsidir. Bunun uzunmüddətli olacağını fikirləşmirəm. Ukrayna Ordusu düşmənin ehtiyatını tükəndirmək üçün hər şeyi edir.

- Lakin Ukrayna şəhərlərinin atəşə tutulması güclənib. Nikolayev belə atəşlərdən hər gün əziyyət çəkir. Bu yaxınlarda Odessa üzərində Rusiyanın raketi vuruldu, rusiyalılar yenidən Zaporojye AES-i atəşə tutublar... Bütün bunların hamısı Ukrayna Ordusunun rusiyalıları cənubdan vurub çıxarmağa hazırlaşmaları ilə bağlıdırmı?

- Doğrudan da şəhərlərin atəşə tutulması halları artıb. Nikolayevi düşmən “S-300” komplekslərindən atəşə tutur. Bu raketlərin yerüstü hədəfləri vurması üçün onların üzərində yenilənmə işi aparılıb. Rusiyalılar bəyanat verdilər ki, Zaporojye AES minalanıb. Demək istəyirlər ki, ya bura rus torpağı olacaq, ya da səhralaşacaq. Əlbəttə, bu, müəyyən mənada Ukrayna Ordusunun cənubdaki taktiki uğurları ilə əlaqədardır.

Digər tərəfdən, bütün bunların hamısı Rusiyanın dəyişməyən raket terroru ilə bağlıdır. Bu cür üsullarla Rusiya Ukraynaya, Avropaya və dünyaya təzyiq göstərmək istəyir.

- Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bu yaxınlarda bəyan edib ki, Ukrayna aviasiyası işğalçılara cənubda genişmiqyaslı zərbələr endirib. Bunu bizim tərəfdən aktiv fəaliyyət hesab etmək olarmı?

- Ukrayna aviasiyadan bütün müharibə boyu istifadə edib. Əlbəttə, bu, böyük risk hesabına baş verib, axı, Rusiya işğal etdiyi ərazilərdə böyük sayda Hava Hücumundan Müdafiə sistemləri yerləşdirib. Bizim güclərin cənub istiqamətindəki strategiyası kompleksdir.

Birincisi, Rusiya ordusunun hərbi arsenalına dəqiq zərbələr vurulur. İkincisi,  loqistik təchizatın dağıdılması baş verir. Üçüncüsü, Ukrayna Ordusu düşmənin HHM vasitələrinə zərbələr endirir. Bunu xüsusilə son iki-üç həftə ərzində daha aydın sezmək olar.

Məsələn, Xerson yaxınlığında Rusiyanın müasir “Podlyot” radiolokasiya stansiyası məhv edilib. Həmçinin Ukrayna ordusu bir neçə “S-300” kompleksini sıradan çıxarıb. Elə məhz buna görə də bizim aviasiyanın intensivliyi artıb. Ən mühüm məlumat odur ki, Ukrayna yaxın vaxtlarda düşmənin radarlarını məhv edəcək raketlər alacaq. Bütün bunların hamısı aviasiyanın daha geniş istifadə edilməsinə imkan yaradır.

- Son zamanlar zarafatlar eşidirik ki, Rusiyanın hava hücumundan müdafiəsi “arıqlayıb”. Doğrudanmı işğalçıların hava hücumundan müdafiəsi “deşik-deşik”dir?

- Mən onların HHM-lərinin “deşik-deşik” olduğunu söyləməzdim. Rusiyalılar HHM sistemlərindən aviasiyaya qarşı effektli şəkildə istifadə edə bilərlər. Amma “Himars” və “M-270” raketlərinə qarşı Rusiya HHM-lərinin əksəriyyəti həqiqətən də işə yaramır. Müxtəlif mənbələrdən gələn məlumata görə, Rusiya HHM-ləri “Himars”ın altı raketindən yalnız birini aşakarlayıb vura bilər. Əlbəttə, əgər aşkarlaya bilsələr, bu baş verər. Qalan raketlər hədəflərə çatırlar. Bunu istər cənub, istərsə də şərq cəbhəsində müşahidə etmək olar.

- Ukrayna DİN rəhbərinin keçmiş müşaviri Viktor Andrusov güman edir ki, Rusiyanın Novofyodorovka aerodromundakı partlayışa səbəb 300 kilometrlik məsafəni vura bilən raketlərdir. Bu, həqiqət ola bilərmi? “ATACMS” ballistik raketləri ola bilərmi? Bu raketlər hədəfi bu cür vura bilərmi?

- Nəzəri baxımdan bəli. Gəmilər əleyhinə raketlər bunu edə bilərmi? Əlbəttə, nəzəri baxımdan edə bilər. Bunu PUA-lar da edər. Məsələn, ”Bayraktar-TB2” dronu və ya güclü “Kamikadze” dronu belə zərbə endirə bilər. Səhlənkarlıq üzündən də partlayış baş verər, belə şeylərə Rusiya ordusunda tez-tez rast gəlinir. Naməlum səbəblərdən baş verən partlayışları mən “Allahın cəzası” adlandırıram.

Əsas nəyə diqqət etmək lazımdır, əgər PUA və ya raket zərbəsi vurulubsa, onlar aerodromu qoruyan Rusiya HHM sistemlərini keçməli idilər. Ancaq onları aşkarlaya bilməyiblər, ya da gec aşkarlayıblar. Yəni, görürük ki, Rusiya HHM vasitələri işləməyib.

- Avqustun əvvəlində Ukrayna öz tərəfdaşlarından “Gepard” və “Mars II” sistemləri alıb. Bəs, düşmənin hər hansı yeni silahı peyda olubmu?

- Onlarda “S-400” sistemləri və “Buk-M3” sistemləri var. Məsələn, “S-400” sistemlərini ışğal olunmuş Krımda görüblər. Belə silahlar Xersonda da var. Lakin biz görürük ki, bu silahlar onları “Himars” raketlərindən xilas etmir.

Rusiya hərbi texnikası modernləşəcəkmi? Nəzəri cəhətdən bu mümkündür. Amma hazırda Rusiyanın nəyisə təkmilləşdirməsi çox çətindir. Ən müasir raketin işləmə prinsipini anlamaq üçün xeyli vaxt tələb olunur.

Bundan başqa, indi Rusiya texnoloji inkişaf və müasir silahlar istehsal etmək imkanları baxımından heç də yaxşı vəziyyətdə deyil. Sanksiyalar Rusiyaya daha çox təsir etməyə başlayır və komponentlərin çatışmazlığı özünü büruzə verir.

- Əgər biz rusiyalıların silahları modernləşdirə bilməyəcəyini söyləyiriksə, o zaman deməli onlardakı köhnə hərbi texnika qurtarmaq üzrədir...

- Bəzi zirehli texnika növləri üzrə vəziyyət belədir. Xüsusən də tanklarla bağlı paradoksal şeylər görürük. Rusiyalıların ehtiyat anbarlarından böyük sayda texnika çıxarmalarına baxmayaraq, onların heç də hamısı saz vəziyyətdə deyil. Beləliklə, onlar cəbhənin texnikaya olan ehtiyacını tam ödəyə bilmirlər. Nəyə görə mən məhz tankaları yada saldım. İş ondadır ki, Rusiya zərbə qruplarını əsasən modernləşmiş “T-72” və ya “T-90” tankları ilə formalaşdırır. Düşmənin böyük sayda modernləşdirilmiş və ya ən yeni texnikası müharibənin ilk ayında məhv edilib. İndi döyüşə artıq köhnə seriyadan olan “T-72” və hətta “T-64” tankları qoşulur. Rusiya anbarlarında müəyyən sayda tank var, onlar hələ qurtarmayıb.

Rusiyanın artilleriya sistemlərində çatışmazlıq yaşadığını da görmək mümkündür. Elə ona görə də “Pion” kimi artilleriya komplekslərini dartıb gətiriblər. Düşəmən artıq aviasiyadan daha az istifadə edir, çünki Ukraynanın HHM sistemlərindən qorxurlar.

- Rusiyalıların canlı qüvvəsi də çatışmır?

- Bu, aydın görünür. Biz görürük ki, bununla paralel olaraq Rusiya Ukraynaya aktiv silah daşımağa cəhd göstərir, gizli səfərbərlik tədbirlərini gücləndirir. Mən xüsusilə qeyd etmək istərdim ki, rusiyalıların bəzi döyüş texnikaları bitmək üzrədir. Texnikadan istifadə edə biləcək və ona xidmət edəcək peşakar hərbçilərin çatışmazlığı özünü göstərir. Mən, həmçinin, Rusiya hərbi heyətindəki mənəvi əhval-ruhiyyənin aşağı düşməsini qeyd edərdim. Belə görünür ki, bəzi istiqamətlərdə hərbçilər rotasiya və aktiv döyüş bolgəsindən çıxarılmalarını gözləyirlər. İlovaysk istiqamətində bu cür meyl müşahidə olunur.

Onlar böyük itkilər veriblər və hərbi birləşmələr tam komplektləşdirilməyib. Bəli, Rusiyanın döyüş qabilyyətinin 30-50 faizini itirən dəstələri var. Onlar yalnız kağızda mövcuddurlar və heç bir motivasiyaları yoxdur, çünki onlara dəstək göndərmirlər. (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar