Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avroviziya 2023”ə ev sahibliyi uğrunda 7 şəhər mübarizə aparacaq

Avropa Yayım Birliyinin (AYB) qərarına əsasən, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün İngiltərənin altı şəhəri və Qlazqo namizədlərin qısa siyahısına düşüb.

PİA.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə AYB ilə birlikdə qalib şəhəri seçəcək "BBC" Yayım Korporasiyası məlumat verib.

"Birminqem, Qlazqo, Lids, Liverpul, Mançester, Nyukasl və Şeffildi təbrik edirik. Böyük Britaniyanın hər yerindən gələn müraciətlərin müxtəlifliyi heyrətamiz idi",- deyə korporasiyanın nümayəndəsi Keyt Fillips bildirib.

Müsabiqəyə ev sahibliyi etmək üçün Böyük Britaniyanın 20 şəhəri tərəfindən müraciətlər olunub, onlardan yeddisi bu miqyasda tədbirlərin təşkilində təcrübəyə malik şəhərlər kimi seçilib. "BBC" tərəfindən qiymətləndirilərək bir sıra göstəricilər üzrə ən yüksək bal toplayan şəhər qalib olacaq. Müsabiqənin keçiriləcəyi şəhərin adı payızda açıqlanacaq.

Qeyd edək ki, Turində keçirilən 66-cı "Avroviziya" mahnı müsabiqəsində Ukraynanın hip-hop qrupu Kaluş Orchestra "Stefaniya" mahnısı ilə qalib olub. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub. Ənənəyə görə, "Avroviziya" müsabiqədə qalib gələn ölkədə keçirilir. Ukrayna 2023-cü ildə "Avroviziya"ya ev sahibliyi etməyə hazır olduğunu bəyan edib, lakin AYB iştirakçıların təhlükəsizliyinin təmin edilməsində çətinliklər səbəbindən müsabiqənin bu ölkədə keçirilə bilməyəcəyini bildirib. Bununla bağlı AYB Böyük Britaniyada müsabiqə təşkil etmək üçün "BBC" ilə danışıqlara başlayıb və razılıq əldə edib. Böyük Britaniya digər ölkələrdən fərqli olaraq səkkiz dəfə "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi edib. Sonuncu dəfə bu müsabiqə Böyük Britaniyada 1998-ci ildə keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar