Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abonentlərə xəbərdarlıq etmədən internetin qiymətini qaldırmaq nə qədər doğrudur?

“Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lər heç bir xəbərdarlıq etmədən internetin qiymətinin qaldırdılar...

Sosioloq: “Onsuz da bizdə internet qiyməti baha idi. İndi də qiyməti ucuzlaşdırmaq əvəzinə, daha da bahalaşdırdılar”.

“Dünyanın heç bir ölkəsində belə biabırçılığa rast gəlinmir. Dünya ölkələrində normal rəqabət və normal da qiymət olur”.

Bu sözləri sosioloq Elçin Bayramlı Azərbaycanda internetin qiymətinin qaldırılmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik etdi və qiymətləri qaldırdılar. Bu iki şirkət qiymətlərin qalxması haqqında vətəndaşlara xəbərdarlıq etmədilər və özlərini heç borclu da saymadılar.

Əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 manat olub. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 manat təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 manat olub.

Bəs vətəndaşlara xəbərdarlıq edilmədən, qəfil qiymətlərdə artım edilməsi nə dərəcədə doğrudur?

İnternetin qiymət artımının PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “İnternetin qiymətinin qalxmasının heç bir iqtisadi əsasları yoxdur. Sadəcə monopolist bir sistem qurulub və vətəndaşlardan artıq pul alırlar”.

Azərbaycanda internetin qiymətlərinin artığını, keyfiyyətinin isə aşağı düşdüyünü vurğulayan Elçin Bayramlı bildirib ki, belə soyğunçu bir sistem ola bilməz. İnternetin qiymətinin qalxması açıq şəkildə korrupsiya əməlidir:

“Bütün dünyada internetin qiymətləri aşağı salınır. Çünki texnologiyaların inkişafı ilə resurslar artır. Onsuz da bizdə internet qiyməti baha idi. İndi də qiyməti ucuzlaşdırmaq əvəzinə, daha da bahalaşdırdılar.

Bu açıq dələduzlar faktıdır. Yəni istehlakı hüquqlarının kobud surətdə pozulmasıdır. İnternetin qiymətinin qalxmasının heç bir iqtisadi əsasları yoxdur. Sadəcə monopolist bir sistem qurulub və vətəndaşlardan artıq pul alırlar. Abonentlər rəsmi qiymətdən iki dəfə artıq pul ödəyir. Amma heç deyilən surəti də abonentlərə vermirlər.

Elçin Bayramlı: “Bu açıq dələduzlar faktıdır. Yəni istehlakı hüquqlarının kobud surətdə pozulmasıdır”.

Tək dövlət şirkətləri deyil, özəl şirkətlər də müxtəlif variantlarda vətəndaşların ciblərinə girirlər. Məsələm Azeurotel şirkəti qiyməti açıq şəkildə qaldıra bilmir. Buna görə də abonentlərin ödəniş etməsinə problem yaradır. Yəni ödənişdən bütün sistemlər imtina edir. Bir müddətdən sonra isə şirkət vətəndaşa deyir ödəniş etmədiyinizə görə müqaviləniz qüvvədən düşüb və yenidən müqavilə başlanılmalıdır. Amma bu dəfəki müqavilə baha qiymətlə vətəndaşa təklif olunur.

Dünyanın heç bir ölkəsində belə biabırçılığa rast gəlinmir. Dünya ölkələrində normal rəqabət və normal da qiymət olur. Bir prosedur həyata keçmədən öncə abonentlərə xəbərdarlıq edilir. Qiymət bahalaşmasının səbəbi də vətəndaşlara izah olunur.

Azərbaycanda internetin qiymətləri artır, keyfiyyəti isə aşağı düşür. Belə soyğunçu bir sistem ola bilməz. İnternetin qiymətinin qalxması açıq şəkildə korrupsiya əməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar