Bazar ertəsi, 26 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 3-də Ermənistanın qanunsuz silahlı qüvvələrinin bir Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən təxribatını pisləyib.

PİA.az-ın xəbərinə görə, İƏT bununla bağlı yaydığı bəyanatda Azərbaycan, ErmənistanRusiya arasında 2020-ci il noyabrın 10-da əldə olunmuş razılaşmaya əsasən, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırıb.

Bəyanatda daha əvvəl Pakistanın paytaxtı İslamabadda keçirilən İƏT Xarici İşlər Nazirlərinin 48-ci sessiyasında qəbul edilmiş qərara toxunan bəyanatda bildirilir ki, AzərbaycanErmənistan arasında münasibətlərin qarşılıqlı tanınma, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanınmağa çağırış edilib.

Azərbaycan Müdafiə Nazirliyi avqustun 3-də qanunsuz erməni silahlı birləşmələrinin atəşi nəticəsində bir Azərbaycan əsgərinin şəhid olması barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidəki erməni silahlı bölmələri Laçın rayonu ərazisindəki Azərbaycan mövqelərini intensiv atəşə tutub.

Bəyanatda həmçinin həmin təxribat zamanı şəhid olan Azərbaycan əsgəri Anar Kazımovun ailəsinə və yaxınlarına başsağlığı verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

“Gəlin S-400-ləri Azərbaycana verək" — Generaldan şok açıqlama

Güney Azərbaycanın həyati problemi: Kürd separatizmi...

Bakıda toy sahiblərini kütləvi şəkildə aldatdılar - Administrator tutuldu

Neftçinin baş məşqçisi ilə arvadının əlbəyaxa dava görüntüləri yayıldı - Video

Şuşaya ilk daxil olan kəşfiyyatçılardan biri məktəb direktoru təyin olundu

Bu hansı ağır çəkili nazirdi ki, vətəndaşlar ona görə əlavə 6 km əlavə yol getməyə məcbur olurlar... – Video

Şəhid bulağının krantını qıranın qulağını kəsən şəxslə bağlı hökm oxundu 

“Hansısa “ağır çəkili” nazirin tapşırığına görə 6 kilometr artıq yol getməli oluruq” – Video

Lavrov Ukraynada hansı halda nüvə silahı tətbiq ediləcəyini açıqlayıb

İran polisi etirazçı qadınları gülləbaran etdi - Foto, Video

Ən çox oxunanalar