Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək

NATO-nun Madriddə keçirilən sammitindən sonra Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin Şimal ölkələrinin alyansına üzvlük məsələsi ilə bağlı ilk görüşü avqustun 26-na planlaşdırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

“Hələ ki İsveç və Finlandiya tərəfindən NATO-ya üzvlüklə bağlı memorandumda təsbit olunmuş və şifahi olaraq söz verilmiş öhdəliklərin yerinə yetirildiyini görmürük. Bununla belə, biz danışıqlara hazırıq. İsveç və Finlandiya nümayəndələri ilə ilk belə görüşün avqustun 26-da keçirilməsi planlaşdırılır”, - Çavuşoğlu Ankarada mətbuat konfransında deyib.

Türkiyə hökuməti daha əvvəl bəyan etmişdi ki, NATO-nun iyun sammiti çərçivəsində İsveç və Finlandiya ilə imzalanmış memorandum yekun xarakter daşımır və Stokholm və Helsinki terror təşkilatlarına qarşı mübarizə üzrə orada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, Türkiyə parlamenti onu təsdiq etməyə bilər.

Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri iyunun 28-də iki ölkənin NATO-ya qəbulu qarşısındakı maneələri aradan qaldıran memorandum imzalayıblar. Sənəd terrorizm, o cümlədən Türkiyənin terror təşkilatı hesab etdiyi PKK, onun qolları, eləcə də Türkiyənin 2016-cı ildə hökumət çevrilişinə cəhddə iştirakda ittiham etdiyi FETÖ təşkilatı ilə mübarizədə Ankara ilə əməkdaşlığın qurulmasını nəzərdə tutur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar