Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Abbasov sakinlərlə səyyar qəbul-görüş keçirib

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 4 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar qəbul-görüş keçirib...

11 avqust 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 4 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar qəbul-görüş keçirib.

PİA.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamladıqdan sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində Şanlı Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərlə bütün şəhidlərimizin qisasının alındığını, bu qələbə ilə hər bir vətəndaşın Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi olduğunu bildirib. İşğaldan azad edilmiş ərazilərdə surətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin dövlət başçısının qətiyyətinin və iradəsinin təcəssümü olduğunu diqqətə çatdırıb. Həmçinin, 2 il əvvəl dünyada pandemiyanın geniş yayılmasına baxmayaraq, ölkə başçısının düşünülmüş siyasəti nəticəsində respublikamızın koronavirus infeksiyası ilə mübarizəyə hərtərəfli hazırlaşdığını, dövlət səviyyəsində dünyaya nümunə ola biləcək addımlar atıldığını, qısa müddətdə yeni səhiyyə ocaqlarının yaradıldığını, müasir tibbi avadanlıqlarla və təcrübəli həkim personalı ilə təmin olunduğunu xatırladıb. Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də geniş abadlıq-quruculuq işlərinin aparıldığını, küçələrin işıqlandırıldığını, asfaltlandırıldığını, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulduğunu, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yeni yaşıllıq zolaqlarının salındığını, sosial layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Şəhidlər Xiyabanında ardıcıl aparılan təmir-bərpa işlərinin qürur yerimiz olan müqəddəs məkana, şəhidlərimizin xatirəsinə göstərilən sonsuz diqqət və ehtiramın təcəssümü olduğunu vurğulayıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət etdiyini bildirib.

Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək son illərdə Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən danışıb, görülən işlərin sakinlər tərəfindən razılıqla qarşılandığını qeyd edib.

Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar