Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP İdarə Heyətinin iclası keçirilib, tədbirlər planı təsdiqlənib

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında genişləndirilmiş iclası keçirilib.

Bu barədə partiyadan məlumat verilib.

Bildirilib ki, iclasda partiyanın Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin və yerli təşkilatlarının sədrləri, YAP Mərkəzi Aparatının məsul əməkdaşları və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru iştirak edib.

İclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədar Tədbirlər planı və partiyanın fəaliyyəti ilə bağlı cari məsələlər çıxarılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyini, möhtəşəm nailiyyətlər qazandığını diqqətə çatdırıb. Yüksək nüfuza malik olan YAP-ın qalib xalqımızın Zəfər partiyası olduğunu və sıralarının ildən-ilə genişləndiyini bildirən Tahir Budaqov yubiley çərçivəsində həyata keçiriləcək tədbirlərin Heydər Əliyev irsinin, Prezident İlham Əliyevin siyasətinin, partiyanın 30 illik inkişaf yolunun öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu deyib.

YAP Sədrinin müavini partiyanın Tədbirlər planında əks olunmuş məsələlərlə bağlı geniş məlumat verib.

Sonra YAP İdarə Heyətinin üzvləri Elmar Qasımov, Asif Əsgərov, Bayram Aslanov, Musa Quliyev və Hikmət Məmmədov Tədbirlər planının yüksək səviyyədə hazırlandığını və partiyanın 30 illiyinin qeyd edilməsi ilə əlaqədar bütün zəruri məsələlərin nəzərə alındığını vurğulayıblar.

Tədbirlər Planı yekdilliklə təsdiq edilib.

Sonra iclasda digər məsələlərə baxılıb.

YAP İdarə Heyətinin üzvləri Tahir Mirkişili, Elmar Qasımov, Cavid Osmanov, Bahar Muradova, Ramiz Hüseynov, Elnur Sadıqov və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev cari məsələlərlə əlaqədar çıxış ediblər.

Müzakirəyə çıxarılan hər bir məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar