Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə Krım tatarlarına müddətsiz yaşayış icazəsi verilməyə başlandı

Ahıska, uyğur, bolqar və yunan türklərinin sahib olduğu “türk soylu” statusuna daxil olan Krım tatarlarına da Türkiyədə uzunmüddətli yaşayış icazələri verilməyə başlanıb.

Türkiyənin Miqrasiya İdarəsi Müdirliyindən alınan məlumata görə, ölkənin daxili işlər naziri Süleyman Soylunun 2022-ci ilin iyun ayında verdiyi açıqlamadan sonra Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verilməsi üçün hərəkətə keçilib.

Qeyri-Türkiyə vətəndaşının uzunmüddətli yaşayış icazəsi ala bilməsi üçün Türkiyədə səkkiz il fasiləsiz yaşaması tələb olunur. Miqrasiya Siyasəti Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən, uzunmüddətli yaşayış icazəsi yuxarıda qeyd olunan vaxt tələbi olmadan bolqar, yunan, ahıska və uyğur türklərinə verilə bilər.

Türkiyəyə gələn Krım türkləri lazımi şərtləri yerinə yetirdikləri və uyğun görüldüyü təqdirdə uzunmüddətli yaşayış icazəsi ala biləcəklər.(TRT Haber)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar