Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Deyirlər ki, narkomanları polis tutur, sonra da buraxır, amma..."

Ötən illərlə müqayisədə son illər ölkəmizdə narkotik maddələrin satışı və istifadəsi çoxalıb. Belə ki, bu ilin ilk 6 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4 min 91 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək 7 nəfər, 18-25 yaşadək 306 nəfər, 26-29 yaşadək 710 nəfər, 30 yaş və ondan yuxarı isə 3068 nəfər təşkil edir. Bu dövr ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 134 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 704 kiloqram 776,032 qram və 2 min 48 ədəd kapsul müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

2021-ci ilin I yarımilliyi ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1647, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 560, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1072 olmaqla artıb.

Məsələnin aktuallığını nəzərə alaraq Gundem.az saytı narkomaniya üzrə ekspert Emil Maqalovla müsahibə hazırlayıb.

Materialı təqim edirik:

- Emil bəy, narkotikə qurşanan adamlar arasında çoxluğun sosial-mədəni statusu, ailə vəziyyəti necə olur?

- Narkotik istifadəçisi olan şəxslərin sosial-mədəni statusunun heç bir fərqi olmur. İçərisində varlı da var, kasıb da var. Varlı şəxslər qoşulduqdan ən çox 2 il sonra sosial vəziyyəti dəyişərək olur kasıb. Bu müddət şəxsə görə də dəyişir. Elə olur 3 aya, 1 ilə şəxsin sosial-mədəni statusu dəyişir.

- Ən təhlükəli narkotik növü hansıdır?

- Bütün narkotik maddələr təhlükəlidir. Lakin hazırda Azərbaycanda ən təhlükəli narkotik növü amfetamin, metamfetamin (xalq arasında “patı” kimi tanınır-red.), kimyəvi üsullarla hazırlanmış narkotiklər hesab olunur.

- Narkotik maddələrdən istifadə edilməsinin bu qədər çox olmasına səbəb ucuz olmasıdırmı? Necə olur ki, insanlar bu maddələri asanlıqla əldə edə bilirlər?

- Narkotik istifadəçiləri ağrı çəkirlər. Ağrıları olduğuna, aludəçi olduğuna görə narkotik preparat artıq onun dərmanı hesab olunur. Nə olursa, olsun onu vurmalıdır, ya da digər ağrıkəsici dərmanlardan istifadə etməlidir. Bu dərmanlar da tapılmır, yaxud da çox bahadır. Narkotik maddələrdən istifadə edənlərin çoxalmasının səbəbi isə onların qiyməti deyil. Həm internet vasitəsilə bu maddələri əldə etmək asanlaşıb, həm də narkotikin özünün istifadəsi asanlaşıb. Əvvəlki narkotiklər dırnaqarası təbii idi və təbii narkotikdən istifadə etmək üçün bir neçə kimyəvi maddə, şpris, yəni 4-5 əlavə əşya lazım olurdu. O əşyalardan biri olmadıqda vurmaq mümkün olmurdu. İndi isə ümumiyyətlə heç nə lazım deyil. Ya 1 ədəd şpris lazım olur, ya da heç nə lazım olmur.

"7-8 min manatın olmalıdır ki, narkotika asılılığından xilas olasan..."

- Maraqlıdır, neçə müddət sonra insanlar artıq aludəçi hesab olunur?

- İlk istifadədən artıq aludəçi olmaq olur. Bir neçə dəfədən sonra isə fiziki və psixoloji asılılıq yaranır. Fiziki asılılıqdan çıxmaq mümkündür. Psixoloji asılılıqdan çıxmaq üçün isə reabilitasiya olunmalıdır. Reabilitasiya mərkəzlərimiz var və bunlar özəl sektorlardır. Hazırda psixoloji asılılıqdan çıxmaq və özəl reabilitasiya mərkəzlərində müalicə olunmaq üçün minimum 7-8 min manat pul lazımdır.

- Bəs, bir narkomanın müalicə müddəti və müalicə xərci nə qədər çəkir?

- Müalicə müddəti detoksdan sonra, yəni bədən təmizləndikdən sonra, narkomanların diliylə desək, "lomkadan" çıxdıqdan 20 gün-1 ay sonra minimum 3 ay, maksimum 1 ildir.

- Müalicə olduqdan sonra yenidən narkotikə qurşananlar da olur. Buna səbəb müalicənin yarım qalmasıdır, yoxsa necə?

- Demək olar ki, bütün detoks olunmuş, müalicə müddətini bitirmiş şəxslərin 90%-i yenidən narkotik maddələrdən istifadə edir. Çünki o şəxslər tam müalicə olunmayıb. Sadəcə fiziki asılılıqdan çıxıb, psixoloji asılılıqdan çıxmayıb.

"Seçilmiş adamları reabiltasiya mərkəzində müalicə etmək lazımdır..."

-Ölkəmizdə narkomaniya ilə bağlı aparılan mübarizədə çatışmayan cəhətlər nələrdir, daha hansı addımlar atılmalıdır?

- Ölkəmizdə narkomaniya ilə bağlı aparılan mübarizədə çatışmayan cəhətlər ancaq narkodispanserlər və reabilitasiya mərkəzləridir. Keyfiyyətsiz və sayı az olan müalicə mərkəzlərində yer tapmaq da çətin məsələdir. Belə ki, müalicə mərkəzlərindən növbəni ən tez 1 ay sonraya almaq olar. Məsələ budur ki, bu reabilitasiya mərkəzləri fiziki ağrıdan çıxmaq üçün kömək edir. Fiziki ağrıdan çıxdıqdan sonra bu adamların psixoloji ağrıdan çıxmaq üçün pulu olmur. Çünki dövlətin özünün pulsuz reabilitasiya mərkəzi yoxdur. Demirəm ki, hökümət reabilitasiya mərkəzləri açıb hamını pulsuz müalicə etsin. Ora da seçilmiş, cəmiyyətə lazım olan, hansıki o adamlardan hökümət yenidən istifadə edib digər narkomanların da xilas olmasında istifadə edəcək onlar müalicə olunmalıdır. Hazırda mənə "filan yerdə narkomanlar var" deyə çox sayda müraciətlər olunur. Mövcud vəziyyəti atırlar polisin boynuna. Deyirlər ki, polis tutur, buraxır. Məsələ burasındadır ki, polisin işi onları tutmaqdır. Onların buraxılması, yaxud digər işlər məhkəmənin işidir. Məhkəməni də başa düşmək olur ki, nə müalicə mərkəzlərində boş yerimiz var, nə də həbsxanada. Bu halda məhkəmə bu şəxsləri hara yığsın? Ona görə də müalicə mərkəzləri artırılmamış bu məsələnin həlli qeyri-mümkündür. Bu məsələ ilə bağlı neçə illərdir ki, Qeyri Hökumət Təşkilatları işləyir və onların işi dövlət qurumlarının işindən daha çoxdur. Lakin məsələ burasındadır ki, QHT işçilərinin maaşı çox azdır. Onlar ən çox 400 manat maaş aldıqlarına görə onlarda da maraq qalmır. Xahiş edirəm, bu məsələyə bir daha baxılsın, bu işlə məşğul olanların əməkhaqlarına baxıb onlarda maraq yaratmaq lazımdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar