Şənbə, 24 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ən çox və ən az satılan avtomobillər - Siyahı

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin sayı 1 349 307 ədəd olub.

Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir ildə ölkədə minik avtomobillərinin sayı 6,7% və ya 84 765 ədəd artıb.

Azərbaycanda insanlar ən çox VAZ markalı minik avtomobillərindən istifadə edirlər. VAZ-lardan sonra ən çox istifadə olunan avtomobil markası “Mercedes-Benz” hesab olunur. Çox istifadə olunan minik avtomobillərin sırasında növbəti yerlərdə “Hyundai”, “Toyota”, “Opel”, KİA, “Chevrolet” və “Nissan” qərarlaşıb.

Ən az istifadə olunan avtomobil isə “Tatra” və “Chrysler” markalı avtomobillər olub. Bundan başqa ölkədə 17 ədəd “Oldsmobil”, 23 ədəd “Talbot”, 24 ədəd “Asiya”, 31 ədəd “Datsun”, 60 ədəd “Saab”, 91 ədəd “Rover”, 110 ədəd “Buick” avtomobilinin olduğu bildirilir.

Açıqlanan məlumatlardan belə görünür ki, son bir ildə Azərbaycanda “Toyota” və “Chevrolet” avtomobillərinin satışı daha çox artıb. Son bir ildə qeydiyyata alınan avtomobillərin 32,5% və ya 27 560 ədədi bu iki markanın payına düşüb.

Onu da qeyd edək ki, ölkədə qeydiyyatda olan avtomobillərin 91,1%-i benzin, 8,2%-i dizel, 0,7%-i isə qaz ilə işləyir.

Son 5 ildə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərindən bəzilərinin sayı bu cür olub:

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Bandotdel Milli Parkın direktorunu saxladı – “Ecofront” məlumat yaydı

Kreml Qarabağa yeni general qubernator təyin etməyə hazırlaşır

Çində hərbi çevriliş olub və Si Tsinpini deviriblər?..

Rusiyada səfərbərliyə niyə ən çox milli azlıqların nümayəndələri çağırılır?

A.Yeniseydən təhsil nazirinə: Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır - Foto

İş adamı: Hökumət imkan versə, bir kisəsi 35 manata əla növ unu Azərbaycana gətirmək olar

Ermənilər Fransada mədəniyyət mərkəzinə hücum ediblər

“Meyvəli”nin direktoruna məxsus şirkət ləğv olunur – Rəsmi

Paşinyan özünü ifşa etdi - sülh istəyən lider belə danışmaz

Ən çox oxunanalar